AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur .....                     MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... .....                     Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib .....                     Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR .....                     Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi .....                     Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb .....                     Zülfəlinin DAHA BİR QURBANI... .....                     İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar .....                     Müharibəyə son qoymaq üçün real perspektiv var .....                     İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib .....                     Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik .....                     "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" .....                     Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... .....                     Rusiyada əksər şəhərlər yanacaqsız qalıb .....                     "Üfunət iyindən durmaq olmur!" .....                     "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" .....                     "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." .....                     Xanım işçidən Nail Abdullayevə ETİRAZ! .....                     Ceyhun Cəlilov özünü XAN kimi aparır .....                     "Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" .....                     Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? .....                     "Gərək sənətkarın enerjisi tükənməsin..." .....                     Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı .....                     Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib .....                     Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək .....                     Erməni siyasilər Danelyanı ələ saldılar: .....                     “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” .....                     Dövlət qurumu geyim alır .....                     Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək .....                     “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” .....                     Tsarukyan niyə isterik vəziyyətə düşüb? .....                     İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq .....                     Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar .....                     Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü .....                     ABŞ şirkətinin Azərbaycandakı filialı .....                     Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri .....                     “Arzum”un 4 uşağı kimin ümidinə qaldı? .....                     Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi .....                     Anardan Əkrəm Əylislinin mükafat almasına .....                 

Ağsuda səfərbərlik idarəsi hansı ölkənin qanunları ilə işləyir - Narazılıq var...
Tarix: 15-04-2015, 12:04 | Çap et
Ağsuda səfərbərlik idarəsi hansı ölkənin qanunları ilə işləyir
Qəzetimizin 08 aprel 2015-ci il tarixli sayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Ağsu rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair aldığımız məlumatlar əsasında hazırladığımız tənqidi material dərc olunmuşdu. Bu xüsusda redaksiyamıza yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda qeyd olunmuşdu ki, əvvəllər Ağsu rayon Hərbi Komissarlığının fəaliyyətində də müşahidə olunan bütün neqativ hallar, bu gün Elməddin Cəfərovun rəhbərlik etdiyi şöbə üçün də xarakterikdir. Başqa sözlə, mənbələr iddia edirlər ki, qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, Səfərbərlik xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Halbuki vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik xidmətinə verilməsindən sonra ümid etmək olardı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin yerli mənbələrin iddialarına görə, son nəticədə bütün bu islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Hətta əvvəllər komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib. Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, bəzi korrupsioner səlahiyyət sahibləri bu strukturlardan öz qanunsuz əməlləri üçün bir şirma kimi istifadə etmək planlarından hələ də əl çəkmək fikrində deyillər. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, hazırda Ağsu rayonunun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Daxil olan məlumatlarda da bildirilir ki, Ağsuda hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilər. Bu xüsusda mənbələrin təqdim etdikləri məlumatlarda Elməddin Cəfərov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi də iddia olunur. Qeyd etməliyik ki, sözügedən materialın sonunda biz Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin rəhbərliyinin də məsələyə dair mövqeyini dərc etməyə hazır olduğumuzu bildirmişdik. Məqalənin dərcindən sonra Elməddin Cəfərovun redaksiyamıza açdığı telefon zəngini də biz məhz məsələyə münasibət bildirmək istəyi kimi qiymətləndirmişdik. Lakin Elməddin müəllim aldığımız məlumatlarda irəli sürülən ittihamlar barədə deyil, özünün keçmiş xidmətləri barədə danışmağa başladı. Belə ki, özünün Qarabağ müharibəsinin iştirakçısı olması faktını vurğulayan Elməddin müəllim, məhz bu əsasla onun rəhbərlik etdiyi şöbənin fəaliyyətinə dair tənqidi yazılara son qoymalı olduğumuzu bildirdi. Əlbəttə ki, Qarabağ uğrunda gedən döyüşlərdə özünün və ən əsası da düşmənin qanını tökmüş hər bir Vətən oğlu qarşısında biz baş əyirik. Lakin keçmiş xidmətlər gələcək nöqsanları ört-basdır eləmək üçün deyil. Əksinə, bizim fikrimizcə məhz Qarabağ müharibəsinin iştirakçısı kimi, Elməddin müəllim gənclərimizin Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirmələrinin vacibliyini digərlərindən daha yaxşı başa düşməlidir. Belə olan təqdirdə isə səfərbərlik şöbəsinin rəisi kimi, Elməddin Cəfərovun vəzifəsi hərbi xidmətdən yayınmağa meyilli olan bəzi gənclərimizə onların səhv mövqeydə olduqlarını və ordu sıralarında xidmətin sadəcə borc deyil, həm də ilk növbədə şərəf və namus məsələsi olduğunu onlara anlatmaqdan ibarət olmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Bu gün, 09:44
MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Bu gün, 09:35
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Bu gün, 09:03
Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Bu gün, 08:38
Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Bu gün, 08:30
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Bu gün, 08:23
Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Bu gün, 08:11
Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Bu gün, 08:07
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Bu gün, 08:05
Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:56
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Bu gün, 07:52
"Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Bu gün, 07:43
Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Bu gün, 07:40
Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Bu gün, 07:37
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Bu gün, 07:34
"Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Bu gün, 07:28
"Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Bu gün, 07:20
Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Bu gün, 07:08
Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 06:50
"Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Bu gün, 06:36
Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:34
"Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Bu gün, 06:32
Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Bu gün, 06:26
Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Bu gün, 06:20
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Bu gün, 06:18
Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
Dünən, 13:23
“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
Dünən, 13:20
Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
Dünən, 13:14
Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
Dünən, 13:07
“Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
Dünən, 12:56
Tsarukyan niyə isterik vəziyyətə düşüb?
Dünən, 12:52
İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
Dünən, 12:46
Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
Dünən, 12:41
Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
Dünən, 12:29
ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Dünən, 12:27
Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri - MƏQALƏ
Dünən, 12:23
“Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...”
Dünən, 12:19
Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi
Dünən, 12:15
Anardan Əkrəm Əylislinin mükafat almasına MÜNASİBƏT
Dünən, 12:11
ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu -Milyonluq dələduzluq...
Dünən, 12:08
Marketlərdə satılan bu qidaları ALMAYIN - ARAŞDIRMA
Dünən, 11:17
"Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş - FOTO
Dünən, 11:11
İynə üstündə oturan məmurlar... - HƏR AN QƏRAR VERİLƏ BİLƏR...
Dünən, 10:58
“Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” - Koçinyan
Dünən, 10:47
Arayik Arutyunyanla bağlı qərar verildi - TƏFƏRRÜAT
Dünən, 10:46
Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır - İNCƏLƏMƏ
Dünən, 10:43
Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 10:39
“Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” - Radio aparıcısı
Dünən, 10:33
"Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" - Cümşüd Nuriyev
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru