Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                 

Mikayıl Cabbarova həvalə olundu... o da bacarmadı... - Əmlak Məsələləri Dövlət Xidməti köhnə ovqatda...
Tarix: 26-06-2021, 11:38 | Çap et
Mikayıl Cabbarova həvalə olundu... o da bacarmadı...
Heç kimə sirr deyil ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasına, böyük həcmli investisiyaların qoyulmasına şərait yaradır, ölkə iqtisadiyyatına müsbət keyfiyyətlər qazandırır. Qeyd edək ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından bu cür kimi təsnifatlaşdırılır: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; Azərbaycan Respublikası prezidentinin qərarı ilə özəlləşdirilən əmlak; Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilən əmlak.

Qanuna görə, icarəyə verilmiş dövlət əmlakı özəlləşdirilərkən onu satın almaq ilk növbədə icarədara təklif olunmalıdır

Onu da bildirmək lazımdır ki, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Lakin görünən odur ki, Əmlak Məsələləri Dövlət Xidməti bu və digər səbəblər üzündən dövlət əmlakının özəlləşdirilməsi zamanı bir sıra problemlərin ortaya çıxmasına şərait yaradır. Məsələn, bununla bağlı apardığımız araşdırma zamanı bəlli olub ki, bəzi hallarda dövlət əmlakı özəlləşdirilərkən uzun illər əzrində həmin əmlakı icarəyə götürən şəxsin maraqları təmin olunmur, ona qarşı ədalətsiz mövqe sərgilənir və nəticə etibarıyla həmin şəxsin özəlləşdirmə prosesində iştirakı süni şəkildə əngəllənir. Halbuki, “İcarə haqqında” Qanunun 10-cu maddəsində deyilir ki, icarəçi icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın ala bilər. Qanunun 13-cü maddəsində isə qeyd olunur ki, icarə müqaviləsinin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Bundan başqa, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 2-ci maddəsində bildirilir ki, dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, özəlləşdirmə prosesində bütün alıcılar üçün bərabər şəraitin yaradılmasıdır. Qanunun 22-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Və icarəyə verilmiş dövlət əmlakı özəlləşdirilmək məqsədi ilə açıq tipli səhmdar cəmiyyətinə çevrildiyi halda onun səhmləri satılmaq üçün ilk növbədə icarədara təklif olunur. 33-cü maddəyə əsasən, bu qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məsuliyyət daşıyırlar. Yəni, bu, o deməkdir ki, dövlət əmlakının özəlləşdirilməsi zamanı icarəçinin maraqlarını heçə sayan, onun özəlləşdirmə prosesində iştirakı süni şəkildə əngəlləyən Əmlak Məsələləri Dövlət Xidməti bu əmməllərinə görə qanun qarşısında məsuliyyət daşıyır.

“İcarədə olan obyektin özəlləşdirilməsiylə bağlı rəsmi formada müraciət olunduqdan sonra qarşı tərəfdən – Əmlak Məsələləri Dövlət Xidmətindən rəsmi qaydada cavab verilməlidir”

Beləliklə, mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Əmlak Ekspert Mərkəzinin direktoru, daşınmaz əmlak üzrə mütəxəssis Ramil Osmanlı “Hürriyyət”ə açıqlamasında Azərbaycan Respublikası prezidentinin dövlət müəssisələrinin, torpaq sahələrinin və dövlətə bağlı olan səhmdar cəmiyyətlərin özəlləşdirilməsi haqqında fərmanının olduğunu bildirdi: “Və bu, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” ilə təsdiq olunur. Qeyd edim ki, özəlləşdirməyə çıxarılan əmlakların siyahısı bilavasitə Prezident Administrasiyası tərəfindən müəyyən olunur. İcraçı qurum kimi isə bu prosesi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Yəni, özlləşdirməyə çıxarılan müəssisələrin, əmlakların müəyyən olunması, onların müvafiq işçi sənədlərinin hazırlanması, hərrac prosesinin təşkili və keçirilməsi, eyni zamanda özəlləşdirmə Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət sahəsinə aiddir. Odur ki, dövlət əmlakının özəlləşdirilməsi zamanı ilk növbədə, icraçı qurum kimi Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi qaydada müraciət olunmalıdır. Təbii ki, 10-20 il və ya daha uzun müddət icarədə olan obyektin özəlləşdirilməsiylə bağlı rəsmi formada müraciət olunduqdan sonra qarşı tərəfdən – Əmlak Məsələləri Dövlət Xidmətindən rəsmi qaydada cavab verilməlidir. Çünki dövlət müəssisələrinin və yaxud dövlətin balansında olan torpaq sahələrinin, əmlakların özəlləşdirilə bilən və özəlləşdirilə bilməyən kateqoriyaları mövcuddur. Elə obyektlər ola bilər ki, həmin obyektin özəlləşdirilməsi qanunvericiliklə məhdudlaşdırılır və ona icazə verilmir. Bu halda həmin obyektin özəlləşdirilməsi mümkün deyil. Yaxud digər qaydaya əsasən sahibkarın, yəni icarədarın özünə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq sənəd göndərilir və bildiriş nəticəsində həmin əmlakın özəlləşdirməyə açıldığı müəyyən olunur. Ola bilər ki, vətəndaşın icarəsində olduğu əmlakı özəlləşdirməyə imkanı olmasın. Bu halda təbii ki, onun əvvəllər həmin əmlakdan icarə və istifadə hüquqları nəzərə alınaraq, əmlak bazar dəyəri ilə qiymətləndirilir və əmlakın bazar dəyərinin 3 faizi həcmində illik icarə haqqı müəyyənləşdirilir”.

“Müddət tamam olduqda və bununla bağlı heç bir addım atılmadıqda qarşı tərəf – dövlət əmlakını icarəyə götürən şəxs və ya daimi istifadəçi müvafiq qaydada məhkəməyə müraciət edib öz hüquqlarını tələb edə bilər”

Əmlak Ekspert Mərkəzinin direktoru qeyd etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti qanunvericiliyə əsasən ona edilən müraciəti 1 ay ərzində cavablandırmalıdır: “Bu müddət ərzində edilən müraciətə cavab verilməlidir. Əks halda, yəni qeyd olunan müddət tamam olduqda və bununla bağlı heç bir addım atılmadıqda qarşı tərəf – dövlət əmlakını icarəyə götürən şəxs və ya daimi istifadəçi müvafiq qaydada məhkəməyə müraciət edib öz hüquqlarını tələb edə bilər. Onu da nəzərinizə çatdırım ki, qanunvericiliyə əsasən, icarədə olan hər hansı bir obyekt özəlləşməyə açılarkən bu halda özəlləşməni təşkil edən qurum ilk növbədə həmin əmlakın icarəçisinə üstünlük verməlidir. Yəni, özəlləşdirmə prosesində icarəçinin üstünlük hüququ var və bu səbəbdən də əmlak ilk öncə müvafiq bazar qiymətiylə ona təklif olunmalıdır. Həmin təklif də icarəçi və yaxud istifadəçi tərəfdən qəbul olunursa, o zaman əmlak onun uzun müddətli icarəsinə satılır”. Ramil Osmanlının sözlərinə görə, bu və digər obyekt icarəçiyə təklif edilmədən hər hansı bir tikinti şirkətinin adına özəlləşdirilə bilməz: “Açığı deyim ki, bu, qanunvericiliklə mümkün deyil və təcrübədə də mən bu məsələyə rast gəlməmişəm. Lakin istisna hal kimi texniki yanlış formasında və s. halda ola bilər. Hesab edirəm ki, bu da qanunvericilikdə nəzərdə tutulan qaydada öz həllini tapmalıdır”.

“Elə hallar olur ki, müqavilənin müddəti başa çatır və yeni müqavilə bağlanmır, lakin obyekt həmin şəxsin istifadəsində qalmaqda davam edir”

Dövlət obyektinin icarəsiylə bağlı müvaqilənin müddətli olduğunu vurğulayan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov isə “Hürriyyət”ə bildirdi ki, bu müqavilə məhdud əşya hüququdur: “Yəni, burada məhdud hüquqdan söhbət gedir. Belə ki, həmin şəxs ancaq istifadə ilə bağlı hüquqlar əldə edir. Bu halda icarəçi obyekti mülkiyyətinə keçirdiyi təqdirdə əmlakla bağlı sərəncam verə və digər hüquqlarını həyata keçirə bilər. Bu isə ancaq özəlləşdirmə zamanı mümkündür. Onu da qeyd edim ki, özəlləşdirmə zamanı üstünlük hüququ olan şəxslər kateqoriyası da var. Təbii ki, əgər müqavilənin müddəti bitibsə orada müəyyən yaxşılaşdırma işlərinin aparılması, yəni obyektin təbii görünüşünün qorunub saxlanılması, eyni zamanda onun istismarıyla bağlı mütəmadi olaraq xərclərin çəkilməsi də nəzərə alınmalıdır. Məsələn, elə hallar olur ki, müqavilənin müddəti başa çatır və yeni müqavilə bağlanmır, lakin obyekt həmin şəxsin istifadəsində qalmaqda davam edir. Belə olan təqdirdə, əgər həmin şəxs müqavilə ilə bağlı hər hansı bir dövlət qurumu tərəfindən iddia qaldırılıb obyektdən uzaqlaşdırılmayıbsa, o zaman icarəçi qədər onun da hüquqları var. Bu halda özəlləşdirmə prosesində bu məqam da nəzərə alınmalıdır”.

“Şəxs obyektin mülkiyyətçisi deyilsə, o birbaşa satınalma prosesində xüsusi rol oynaya bilməz, icarəçi sadəcə olaraq, icarə hüquqlarını sata bilər”

Özəlləşdirmə prosesinin hələ də tam şəffaf əsaslarla aparılmadığını deyən vəkilin fikrincə, bununla bağlı məlumatlar ictimaiyyətə açıq şəkildə verilmir: “Eyni zamanda, süni əngəllər yaradaraq bir sıra obyektlərin özəlləşdirməyə çıxarılmaması məsələsi də mövcuddur. Onu da qeyd edim ki, dövlət əhəmiyyətli layihələrin icrası zamanı icarəçi istifadəsində olan obyekti özəlləşdirə bilməz. Çünki bu halda ictimai və rəsmi maraqların qorunması, eyni zamanda dövlətin tikinti ilə bağlı siyasəti məsələsi var. Odur ki, buna mane olmaq olmaz. Tutaq ki, ətraf ərazilərin abadlaşdırılması, köhnə tikililərin yenilənməsi prosesi gedirsə, yalnız bir tikiliyə görə bu işi dayandırmaq olmaz. Yəni, şəxs obyektin mülkiyyətçisi deyilsə, o birbaşa satınalma prosesində xüsusi rol oynaya bilməz. İcarəçi sadəcə olaraq, icarə hüquqlarını sata bilər. Bundan başqa, icarəçi tərəfindən icarəyə götürülən əmlak üzərində hər hansı iş görülübsə bu məsələni mübahisələndirə bilər”. Roman Qaraşov da qeyd etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti edilən müraciəti 1 ay müddətində cavablandırmalıdır: “Yox, əgər əlavə araşdırma tələb edirsə, onda 1 ay da əlavə oluna bilər. Yəni, cavablandırma maksimum 2 ay çəkə bilər. Əgər məktubun çatdırılmasında texniki problem yoxdursa, adətən qeyd olunan müddət ərzində cavab verilir”.

“Hürriyyət”in Araşdırma Qrupu











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Dünən, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Dünən, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Dünən, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Dünən, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Dünən, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Dünən, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Dünən, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Dünən, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Dünən, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Dünən, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Dünən, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Dünən, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Dünən, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Dünən, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Dünən, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Dünən, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Dünən, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru