"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                     "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." .....                     SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... .....                     TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... .....                     Rafiq Ədilov kimə belə güvənir ki... .....                     ABB yenə də problem yaradır... .....                     Həmişəki Yaponiyadır... .....                     Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi .....                     İrəvan üçün NƏFƏSLİK... .....                     Rəsmi Bakının hələ ümidi var... .....                     Qaluzinin dilindən çıxan HƏDƏLƏR... .....                     İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. .....                     KAPİTAL BANK-ın BİRMARKET tələsi... .....                     "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" .....                     TENDER ÜÇÜN ƏLYERİ... .....                     "Əhali onsuz da çətinlik çəkir..." .....                     Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? .....                     Əmrullayevin əmrindəki QORXU REJİMİ .....                     İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                     “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” .....                     Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır .....                     Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi .....                     4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü .....                     Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                     Nəsimidə HAKİMİ-MÜTLƏQ... .....                     Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub .....                 

Bu sistem rəsmən çöküb... - İDDİA
Tarix: 12-05-2021, 15:52 | Çap et
Bu sistem rəsmən çöküb...
Penitensiar sistem sahəsində köklü ishalatların aparılması günün əsas tələblərindən birinə çevrilib. Bu sahədə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi və islahatların ən effektiv şəkildə aparılması olduqca vacibdir. Əminliklə demək olar ki, Penitensiar Xidmət ölkədə aparılan çevik islahatlar prosesindən kənarda qalıb. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan yeni hədəflər müəyyənləşdirib, ölkədə, regionda və dünyada fərqli reallıqlar yaranıb. Ona görə də ölkənin yeni müstəvidə inkişaf etdirilməsindən başqa çıxış yolu yoxdur. İslahat kosmetik şəkildə yox, daha dərin və köklü şəkildə aparılmalı, heç bir qurum bu prosesdən kənarda qalmamalıdır.

Azərbaycan qanunvericiliyində məhbusların saxlanılması üçün “insani münasibətin sərgilənməsi” açıq şəkildə ifadə olunsa da, reallıqda fərqli mənzərə görürük.

Həbs edilən məmurlar və varlı məhbuslar üçün komfort şərait yaradılır: ayrı otaq, kondisioner, televizor, mebel və s. Digər məhbuslar isə yay aylarında istidən nəfəs ala bilmirlər, 100 nəfərə 3-4 sərinkeş verilir.

Tualet-hamam şəraitinin bərbad durumda olması, hamamdan istifadənin pulla mümkünlüyü, isti və soyuq su təminatındakı problemlər məhbuslara qarşı insani münasibətin olmadığının göstəricilərindəndir. Bir daha qeyd etmək lazımdır: cinayətkar həbs edilirsə, onun azadlığı əlindən alınır, ancaq onun bütün hüquqları əlindən alına bilməz. Harda olmasından asılı olmayaraq, insanın məişət ehtiyacları qarşılanmalıdır, onun normal yaşam hüququ əlindən alına bilməz.

Əgər pulsuz məhbus acınacaqlı durumdadırsa, o necə islah olunacaq? Əksinə, onu ağır yaşam şərtləri altnda saxlayıb və daha da aqressivləşdirib həbsxanadan cəmiyyətə açıb buraxmaq cəmiyyətə də, dövlətə də ağır zərbədir. Cinayət törəmiş şəxs həbsxanada islah olunmalıdır, o, daha təhlükəli cinayət “təfəkkürü” ilə yüklənib cəmiyyətə trasnfer edilməməlidir. Təəssüf ki, Azərbaycan həbsxanlarında bu işin öhdəsindən gələ bilmirlər.

Dövləti insan bədəninə bənzədək. Deyək ki, bir insanın bütün orqanları sağlamlaşdırılıb, lakin funskional orqanlardan biri çürükdür. Bu zaman nə baş verəcək? Bu çürük orqan vaxtında müalicə ilə bərpa edilməyəcəksə, o zaman bir müddət sonra insan tamamilə iflic, xəstə və fəaliyyətsiz olacaq. Heç bir sahə köklü islahatdan kənarda qalmamalıdır, eləcə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti. Bu sistemdə inqilabi dəyişikliklər baş verməlidir. Deyərdim ki, ölkədə ən bərbad və acınacaqlı durum məhz bu sahədədir. Sadəcə həbsxanalar qapalı müəssisələr olduğuna görə, Penitensiar Xidmətin fəaliyyəti bir o qədər də diqqət çəkmir. Penitensiar sistemdə islahatların aparılması Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər və ölkənin müsbət imicinin formalaşdırılması baxımından mühüm məsələdir. Təəssüf ki, yerli və beynəlxalq təşkilatlar da ölkəmizdəki həbsxanalarda məhbusların saxlanma şəraiti ilə bağlı müsbət rəy verməkdə çətinlik çəkirlər.

Cinayətkar təkcə cəzalandırılmaq üçün həbsxanaya göndərilmir, o, həm də islah olunmalıdır. Bəs Penitensiar Xidmət məhbusları islah edə bilirmi? Xeyr! Buna görə də təkrar cinayətlərin sayı günbəgün artır. Bir adam eyni tərkibli cinayət əməlini yenidən törədir, eyni maddə ilə yenidən həbs edilir və bu hallar artmaqda davam edir.

Azərbaycan həbsxanaları barədə hesabatlarda nə deyilir?

Aprelin 8-də Avropa Şurasının məhbusların sayı barədə açıqladığı hesabatında göstərilir ki, Azərbaycanda 21012 məhbus var və onların 2,7%-i qadınlardır, hər 100 min nəfərə isə 208,7 məhbus düşür. Məhbus sayında azalma müşahidə olunsa da, keyfiyyətdə heç bir dəyişiklik yoxdur, kəmiyyət azaldıqca, elə keyfiyyət də azalır. Yerli və xarici hüquq-müdafiə təşkilatlarının Azərbaycan həbsxanalarındakı vəziyyətlə bağlı açıqladığı hesabatlar da ümidverici deyil.

Məsələn, aprelin 12-də Siyasi Məhbuslar Monitorinq Mərkəzi hüquq-müdafiə təşkilatının məhbusların hüquqları barədə açıqladığı hesabatda göstərilir ki, çox vaxt infeksion və virus xəstəlikləri olan xəstələri, xüsusən hepatit C, vərəm, QİÇS xəstələrini, COVİD-19-a yoluxanları digər məhbuslardan təcrid etmirlər: “Qanunla müəyyən edilmiş hər şey üçün isə pul ödəmək lazımdır. Demək olar ki, bütün cəzaçəkmə müəssisələri 20-ci əsrin ortalarında, bəziləri isə hətta Stalin dövründə tikilib. Bu müəssisələr Avropa penitensiar standartlarına uyğun deyil. Cəzaçəkmə müəssisələri məhbuslarla həddindən artıq doludur. İkimərtəbəli baraklarda 350-500 və daha çox insan saxlanılır. Baraklarda yataq otaqları basketbol meydanı ölçüsündədir. İkiyaruslu çarpayılar 8-10 cərgədə yerləşdirilib. Hər otaqda 40-80 nəfər saxlanılır. Cəzaçəkmə müəssisələrində kifayət qədər tualet və duş otağı yoxdur. Tibbi xidmətin keyfiyyəti aşağı olduğuna görə məhbuslar arasında ölüm halları çoxdur, intihar və intihara cəhd halları var…”.

Həbsxanalarımıza beynəlxalq baxışвЂ¦

2020-ci ilin sonlarında xarici təşkilat 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində ciddi pozuntular, mənfi hallar aşkarladılar. Bundan sonra cəzaçəkmə müəssisəsinin rəisi işdən azad edildi. Bəs rəisin işdən çıxarılması ilə problemlər həll edildimi? Xeyr! Sistemin özü, mahiyyəti və məhkumlara baxış dəyişməlidir. Hər hansı vəzifəli şəxsin işdən çıxarılması problemləri həll etməyəcək. Qəbul etmək lazımdır ki, bu sahədəki bir çox vəzifəli şəxslər Penitensiar sistemdəki rüşvət və korrupsiya maşının ən yarıtmaz vintillərindən, kiçik detallarından biridir.

Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr var ki, həmin müqavilələr əsasında ölkəmizdə Penitensiar Xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi-aktlar qəbul olunub.

Nəticə isə belə olur: Hansısa beynəlxalq qurum ölkədə hər hansı cəzaçəkmə müəssisəsində qanun pozuntuları aşkarlayırsa, bu hansısa vəzifəli şəxsin yox, birbaşa Azərbaycan dövlətinin ayağına yazılır. Həbsxanalarda insan hüquqları ən etibarlı şəkildə qorunmursa, burada Penitensiar Xidmət yox, Azərbaycan dövləti hədəfə gətirilir.

Qısası, Penitensiar Xidmət Azərbaycan dövlətini beynəlxalq hədəfə, nişangaha çevirir.

Bunun siyasi-hüquqi ağırlığını, fəsadlarını da dövlət daşımalı olur. Ancaq Penitensiar Xidmət yenə də öz işini, öz “ənənəsini” davam etdirir.

Həbs edilən məmurlar cəzaçəkmə müəssisələrində cəza çəkir?

Heç kəsə sirr deyildir ki, rüşvət, korrupsiya əməllərinə və digər ağır cinayətlərə görə həbs edilən yüksək vəzifəli şəxslər həbsxanada komfort şəraitdə yaşayırlar. Onlara aylıq pul müqabilində ayrıca otaqlar verilir, soyuducusundan tutmuş televizoruna, müxtəlif məişət əşyalarına qədər hər bir avadanlıqla təmin edilirlər. Bir çoxları isə aylarla, illərlə “xəstə” adı altında bütün həbs müddətini tibb məntəqəsində istirahət edərək başa vurur.

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov əvvəl də həbs edilmişdi, 50 milyon dollar maliyyə maxinasiyasına görə. Həmin vaxt Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışan S.Müslümov qısa müddət həbsdə qalmalı oldu. Əsas sual isə budur: O, islah olundumu? Olmadı! Ona görə də yenidən eyni əmələ görə həbsdədir: yeyinti, rüşvət, vəzifəli səlahiyyətlərini aşma və s. və i.

Bəs məmurlar nəyə arxayındırlar? Həbs həyatı yaşamış məmurlardan biri ilə söhbət zamanı maraqlı məqamlara diqqət çəkdi: “Tutaq ki, dövlətin 10 milyon pulunu yedin, həbs etdilər səni. Həbsxanada pulun varsa, şah kimi yaşayırsan, qazandıqlarından bir az xərcləyirsən. 2-3 il əməlli-başlı istirahət edirsən, pul verirsən və həbsxanda sənə ən gözəl şərait düzəldirlər. Dövlətdən oğurladıqların da yenə özünə qalır”.

Məhbusların saxlanma, ərzaq, tibb problemləri…

Hər bir məhbusun haqqıdır ki, onun üçün müəyyənləşdirilmiş hüquq və imtiyazlardan istifadə etsin, onlar tibb, ərzaq və digər təminatlardan heç bir rüşvət vermədən yararlana bilsinlər. Ancaq biz nə görürük?

– Həbsxanalarda ərzaq köşkləri fəaliyyət göstərir və onlar soyğunçuluqla məşğuldur;

– Məhbusların yaxınları görüş zamanı əməlli-başlı soyğunçuluğa məruz qalırlar, girişdən çıxışa qədər həbsxana işçilərinə pul paylamalı olurlar;

– Əgər məhbusun pulu yoxdursa, normal qidalanması da olmayacaq;

– Əgər məhbusun pulu yoxdursa, tibb məntəqəsinə gedib müalicə də ala bilməyəcək;

– Az qala nəfəs almaq da pula çevrilir.

Penitensiar Xidmətin Kadrlar İdarəsinin rəsinin qohumu niyə intihar etdi?

Azərbaycan həbsxanalarındakı əsas problemlərdən biri də itihar və intihara cəhd halları ilə bağlıdır. Təkcə 2019-cu ildə Azərbaycan penitensiar müəssisələrində 93 nəfər ölüb, bunlardan 2-si intihar edib. Ölüm səviyyəsi 2019-cu ildə hər 10 000 məhbusa 44,3 hadisə təşkil edib, bu da orta Avropa göstəricisində xeyli yüksəkdir.

Bir məqama diqqət edək. Bu ilin əvvəllərində 13 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verdi, 1974-cü il təvəllüdlü, əslən Gədəbəy rayonundan olan məhbus Rəsul Zakir oğlu Rüstəmov özünü asaraq intihar etdi. Maraqlısı budur ki, intihar edən məhbus R.Rüstəmov Penitensiar Xidmətin Kadrlar İdarəsinin rəisi, ədliyyə polkovniki Əflatun Məmmədovun qohumudur. Məsələ ilə bağlı ilginc məlumatlar dolaşmaqdadır. Bildirilir ki, Penitensiar Xidmətdə rüşvət və korrupsiya halları o qədər çoxalıb ki, artıq bu, sistemin əsas idarəçilik prinsiplərindən birinə çevrilib. Xüsusilə də, Penitensiar Xidmətə işə qəbulla bağlı vətəndaşlardan külli miqdarda pulların yığıldığı qeyd olunur. Vətəndaşlar artıq öz pullarını tələb edirlər. Bütün bu məsələlərdə öz vəzifələrini qorumaq üçün kimlərsə qurban verilir. Kim, necə qurban verilib, bütün bunları araşdırıb növbəti materialda dərc edəcəyik. Eyni zamanda, bir məqamı da xüsusi əminliklə diqqətə çatdıraq ki, R.Rüstəmovun intiharının arxasında qaranlıq məqamlar dayanır.

Məhbuslara nə qədər pul xərclənir: xaricdə və bizdə…

Avropa Şurası məkanında Azərbaycan məhbuslara ən az pul xərcləyən ölkələr sırasındadır. Belə ki, ölkədə 2019-cu ildə həbsxana administrasiyasının ümumi büdcəsi 55 091 752 avro təşkil edib. Hər bir məhbusa bir gündə xərclənən orta məbləğ 7,9 avro təşkil edib. Hazırda bu məbləğin 5,9 avro təşkil etdiyi bildirilir. Ermənistanda bu məbləğ 18,8, Gürcüstanda 12,6 avro təşkil edir. Azərbaycandan az xərcləyən ölkələr də var. Məsələn, Rusiya (2,8 avro) və Bolqarıstan (5,7 avro). Bu məbləğin daha yüksək olduğu ölkələr də var: Danimarka 202 avro, Hollandiya 265 avro, Norveç 318 avro və s.

Bəs biz hansı addımları atmalıyıq?

Birincisi, müharibədən sonra ölkədə bir çox sahələrdə ciddi kadr islahatları aparılıb və qurumların rəhbər heyəti dəyişib. Hesab edirəm ki, Penitensiar Xidmət də bu prosesdən kənarda qalmamalıdır.

İkincisi, məhbusların islahı üçün onlar faydalı əməyə cəlb edilməlidir, bu, onlar üçün həm mənəvi-psixoloji, həm də maddi baxımdan yetərli təminata çevrilməlidir. Düzdür, Penitensiar Xidmət bu istiqamətdə işlərin aparıldığını bildirir, ancaq ortada nəticə yoxdur, nə islah olunan var, nə də maddi-mənəvi-psixoloji təminat əldə edən…

Üçüncüsü, həbsxanalara mütəxəssislər və psixoloqlar mütəmadi, sistemli şəkildə dəvət edilməli, məhbusların psixoloji hazırlığı təmin edilməli, onlara “məhbus olmalarının həyatlarının sonu olmadığı” davamlı olaraq diktə edilməli, əksər məhbuslardakı sabaha olan ümidsizlik sindromları darmadağın edilməlidir.

Dördüncüsü, mövqeyindən, maddi imkanlarından asılı olmayaraq, bütün məhbuslara eyni cür şərait yaradılmalı, onlar arasındakı ayrıseçkiliyə son qoyulmalıdır. Hansısa imkanlı məhbus komfort şəraitdə yaşayırsa, o zaman digər məhbuslar da eyni “komfort”da islah olunmayacaqlar.

Beşincisi, Penitensiar Xidmət məhbusa həbsxanada varlı və kasıb insan arasındakı dərin uçurumu, fərqli yaşam şərtlərini göstərməməlidir. Bunun üçün də həbsxanalara, məhbusa, cinayətkara, saxlanılan şəxslərə sağlam, dövlətçi və konseptual münasibət ortaya qoyulmalıdır. Deməli, mütəxəssislər təkcə məhbuslarla yox, Penitensiar Xidmətin əməkdaşları ilə də davamlı dərslər təşkil etməlidir.

Altıncısı, Penitensiar Xidmətə işə qəbul məsələləri “şəxsi” maraqlar müstəvisində yox, mənəvi-hüquqi qiymətləndirmə əsasında həyata keçirilməlidir.

Yeddincisi, qapısından pəncərəsinə qədər rüşvət yuvasına çevrilən həbsxanalar bu bataqlıqdan xilas edilməlidir. Bunun üçün dövlətin hər bir məhbusa ayırdığı günlük xərc onun özünə xərclənməlidir: qidalanmalı normal şəkildə təşkil edilməli, məhbusların tibbi yoxlanışları pulsuz təşkil edilməlidir.

Həbsxana işçiləri məhbusa cinayətkar kimi yox, islah olunan şəxs kimi baxmalıdırlar.
//hurriyyet.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Dünən, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Dünən, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Dünən, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Dünən, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Dünən, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Dünən, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Dünən, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Dünən, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Dünən, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Dünən, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Dünən, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru