“Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                 

Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?
Tarix: 22-01-2021, 11:30 | Çap et
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Ölkə mətbuatı kimi, araz.az xəbər portalı tərəfindən də, xeyli vaxtdır ictimaiyyətin diqqətinə çıxarılan diaspor mövzulu bir sıra araşdırma yazılarında, Rusiya Federasiyasının ayrı-ayrı regionlarında məskunlaşan soydaşlarımızın ətraflarında birləşdikləri diaspor təşkilatlarının, artıq, separatçı təfəkkürə malik həmyerlilərimizin əvvəlcədən düşünülmüş iyrənc planlı təhlükələri ilə üz-üzə qalmaları xüsusi vurğulanıb. Elə, oxucularımızın diqqətinə çatdırdığımız bundan əvvəlki iki yazımızda da, xüsusi olaraq onu qeyd etmişik ki, artıq, xarici dövlətlərdə, ələlxüsus, dünyanın Rusiya Federasiyası kimi ən nəhəng bir ölkəsində məskunlaşan soydaşlarımız, bir ara, bütün dünyada Azərbaycan diasporunun birləşməsi məsələsində böyük ümidlər bəslədikləri "Azərbaycanlıların Federal Milli -- Mədəni Muxtariyyəti" -- "AzərRos" da belə bir təhlükə ilə üz-üzə qalıb.
1999-cu ildə Rusiyada təsis edilən və az bir müddət ərzində çox sayda diaspor təşkilatını özündə birləşdirə bilən, lakin uzun zaman ayrı-ayrı fərdlərin əlində alətə çevrilərək, getdikcə qazandığı nüfuzunu itirən "AzərRos"un Moskvada yerləşən mərkəzi ofisi də, separat təfəkkürlü belə həmyerlilərimizin "hücumlarına məruz qalıb" və onlar bu qurumun prezidenti postunda da, məkrli niyyət sahibi olan Xanoğlan Əliyev ad-soyadlı bir iş adamını əyləşdirə biliblər. Dəhşət ondadır ki, Rusiya vətəndaşı olan bu həmyerlimiz də, ötən illər ərzində Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən imkan sahibi kimi tanınıb. Azərbaycan qarşısında onun da vətəndaş məsuliyyəti hansısa vətənpərvərlik əməlində heç vaxt nəzərə çarpmayıb.
Daha dəqiq desək, Xanoğlan Əliyev öz ətrafı ilə birlikdə, həmişə, ölkəmizin cənub bölgəsində bir vaxtlar "Talış -- Muğan Respublikası" adlı qondarma bir qurum yaratmağa cəhd edən, buna görə layiqli cəzasını alan, həbsdən çıxandan sonra isə, xaricdə özünə "siyasi sığınacaq" tapan Əlikram Hümbətovun dəstəkçisi kimi də tanınıblar. Hətta onlar Rusiyada da, milli maraqlarımız əleyhinə olan belə bir qurum yaradıblar. Bu azmış kimi, Əlikram Hümbətovla tez-tez görüşlər keçirib, öz iyrənc məqsədlərinə daha tez çatmaq üçün ondan məsləhətlər alıblar. Həmin yazılarımızda, əlimizdə olan foto-şəkilləri də, video-görüntüləri də, Xanoğlan Əliyevin və onun ətrafının öz Facebook səhifələrindəki status-yazışmalarını da, deyilənlərin sübutu kimi ortaya qoyub, dərc etmişik...WhatsApp Image 2021 01 21 at 01.12.01
...Rusiyanın Samara boyda böyük bir vilayətində diaspor təşkilatı rəhbəri kimi özünü təqdim edən Şirvan Kərimov barəsində araz.az-ın bu yaxınlarda dərc etdiyi digər iki yazı da, yuxarıda haqqında danışdığımız acı həqiqətlərimizi özündə əks etdirir. Azərbaycanın bu böyük regiondakı diasporunun uğursuz taleyindən yazanda, öncə onu qeyd etmişik ki, bu xoşagəlməzliklərin əsas günahkarı, 15 ildən çoxdur Rusiyada rəsmi qeydiyyatdan keçmədən, qanunsuz olaraq fəaliyyət göstərən "Rusiya Azərbaycanlıları Liqası" adlı bir təşkilatın bu vilayətdəki rəhbəri kürsüsünü əlində bərk-bərk tutub, buraxmayan və indiyədək ona heç bir uğur qazandırmayan, bu azmış kimi, Federasiyanın dörd bir yanında məskunlaşan və ölkəmiz əleyhinə olan separatçı təfəkkürə malik həmyerliləri ilə hər yöndən əlaqə qurub, ortaq işləməkdən belə çəkinməyən həmin şəxsdir. Hər kəsin: "Şirvan Kərimov kimdir?" -- sualına ətraflı cavab tapması üçün, araz.az-ın onun haqqında dərc etdiyi həmin yazıları oxuması kifayətdir.
Doğrudan da, onun iç üzünü açan əksər yazılarda, o, "sapı özümüzdən olan balta", yarımədəni bir insan kimi təqdim edilib. Və İlk növbədə, Azərbaycan diasporunun belələrindən yaxa qurtarmasının vacibliyi önə çəkilib. Xüsusi olaraq o da vurğulanıb ki, əks təqdirdə, həqiqətin və reallığın nə olduğunu anlayan heç bir azərbaycanlı belə birisinin başında durduğu, heç rəsmi dövlət qeydiyyatından da keçməyən "Rusiya Azərbaycanlıları Liqası" adlı bu saxta və qondarma təşkilata gəlməyəcək. Həm də ona görə ki, Samarada fəaliyyət göstərdiyi müddət ərzində, yalnız intriqalar yaradan Şirvan Kərimov, diasporumuzu parçalayan bir nəfər kimi yadda qalıb. Bir sözlə, diasporumuzun işinin normal inkişafına əngəl yaradanların, eləcə də, xaricdə nüfuz sahibi olan soydaşlarımızın əleyhinə iyrənc planlar əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyalarının təşkilatçıları sırasında, onun da adı başda çəkilib. Konkret desək, diaspor fəalları arasında düşünülmüş şəkildə "ortaya qarşıdurma toxumu səpmək", eləcə də şahidi olduğumuz saysız-hesabsız intriqa və ədavətlər çox vaxt onun da adına çıxılıb.
Həmin yazılarda cəmiyyətin diqqətinə onu da çatdırmışıq ki, ümumiyyətlə, Şirvan Kərimovun diasporumuzun işinə əngəl yaradan bəd əməlləri, həm də, düşmən "dəyirmanına su tökməkdən" betər bir biabırçılıq, milli diasporumuzun tarixinə vurulan qara bir ləkədir. Özünə, ailəsinə, xalqına sayğı duyan hər kəs isə, Şirvan Kərimovun belə bəd və murdar əməllərinə qarşı həmişə vaxtında reaksiya göstərib. Di gəl ki, heç bir rəsmi dövlət qurumu, bu ad altında min oyundan çıxan, istədiyini edən bu arzuolunmaz şəxs haqqında indiyədək ciddi ölçü götürməyib. Konkret desək, hələ də onun xətrinə dəyən tapılmayıb. Bütün bunlar azmış kimi, diasporumuzun taleyi ilə oynayan, "Rusiya Azərbaycanlıları Liqası" adı altında milli maraqlarımız əleyhinə getməkdən çəkinməyən, diasporumuzun imicinə yalnız böyük ziyanlar vuran bu arzuolunmaz şəxs, hətta "Diaspor fəaliyyətində xidmətə görə” medalına da layiq görülüb. Axı, bu medala layiq görülməsi üçün, Şirvan Kərimovda diaspor rəhbərinə xas hansısa bir xarizmatik xarakter belə yoxdur. Onun Samaradakı mövcud "diaspor təşkilatı" isə, özündəndeyən müxtəlif şəxslərin 90-cı illərin əvvəllərində ölkəmizdə mövcud olmuş “batalyon” və “dəstə”lərini xatırladıb, yada salır. Elə, bunlara görə də, o, diaspor təşkilatı adı altında etdiklərinə görə, medala yox, qatı cinayətkar kimi ciddi cəzaya layiqdir.

Çünki diasporumuzun liderlərindən biri kimi özünü qələmə verən və reputasiyası təmiz olmayan belə birisinin, diaspor fəalı kimi yaxşı tanıdığımız çox soydaşımızın da yaşadıqları bu vilayətin respublikamızla əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə ölkəmizlə bağlı obyektiv informasiyaların yayılmasında, eləcə də doğma dilimizin və mədəniyyətimizin xarici ölkələrdə təbliğində, doğma Vətənimizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında yaxşı mənada yadda qalası heç bir xidməti olmayıb. Konkret desək, bunlar barəsində indiyədək ortada hansısa bir məlumat da yoxdur. Şirvan Kərimov haqqında yazılan əksər mətbu materiallarda da, həmişə belə qeyd edilib ki, onun rəhbəri olduğu təşkilat adından heç vaxt ölkəmizin haqlı mövqeyi müdafiə edilməyib, düşmən təxribatlarına bütün səviyyələrdə layiqli cavab verilməyib. Bunlar azmış kimi, o, saxtakar erməni tarixçisinə istinad etməklə, milli maraqlarımıza ciddi zərbələr vuran çıxışlar etməkdən də çəkinməyib. Erməni sevgisi hədsiz güclü olan Şirvan Kərimov, hətta, Samarada buraxdırdığı "Ocaq" adlı mətbu nəşrin əksər yazılarında dövlətimizin atributlarını, rəmzlərini, eləcə də məsul vəzifələrdə çalışanları təhqir etməkdən, millətimizin qatı düşməni, Ermənistan adlı murdar bir dövlətə bir vaxtlar rəhbərlik etmiş Serj Sarkisyanla sevinclə badə qaldırmaqdan belə çəkinməyib...
...Azərbaycanda doğulan və barələrində yuxarıda bir daha danışdığımız iki şəxsi -- Xanoğlan Əliyevi və Şirvan Kərimovu bu yazımızın da "qəhrəmanları" etməkdə əsas məqsədimiz, onları bir daha ittiham etmək, qaralamaq, fəaliyyətlərinə kölgə salmaq deyil. Biz, yeri gəlmişkən, sadəcə, onu da bildirmək istəyirik ki, bu iki şəxsin, bu günkü yazımızın reputasiyaları çirkli "əsas qəhrəmanları" ilə də, hərtərəfli əlaqələri var. O "qəhrəmanlarla" ki, yaratdıqları təşkilatın adıyla, nifrət doğuran fəaliyyətlərini birbaşa Azərbaycanın dövlət maraqları əleyhinə yönəldiblər, hətta öz siyasi ambisiyalarını həyata keçirmək üçün, ən çirkin məqsədlərə əl atmaqdan,
milli ləyaqəti alçaldan, ortaya düşmənçilik "toxumu səpən", hədsiz narahatlıqlar yaradan... milli və irqi çağırışlar etməkdən belə çəkinmirlər. Bu yerdə, nə qədər acı olsa da, bir daha qeyd etmək istəyirik ki, Xanoğlan Əliyevlə Şirvan Kərimov hal-hazırda Rusiya Federasiyasının Kemerovo vilayətində məskunlaşan və Azərbaycanın maraqları əleyhinə işləyən separat təfəkkürlü bu həmyerlilərinin milli diasporumuza qarşı iyrənc planlarının həyata keçməsinə də yardımçıdırlar.WhatsApp Image 2021
Yeri gəlmişkən, artıq, onu da qeyd etmək istəyirik ki, Xanoğlan Əliyevin və Şirvan Kərimovun separatçı həmin ortaqları, Kuzbas kimi yaxşı tanıdığımız Kemerovo vilayətində 2020-ci ilin may ayının 14-də "Talış Federal Milli-Mədəni Muxtariyyəti" adlı təşkilat yaradıblar. Mərkəzi ofisi vilayətin mərkəzi şəhəri Novokuznetskdə yerləşən bu qurumun təsisçisi Müşfiq Cahangir oğlu Abbasovdur. Onun və ətrafına topladığı separatçıların əllərində, hətta, "Azad Talışıstan Televiziyası" adlı internet televiziya kanalı da var. Onlar bu adlar altında Azərbaycan əleyhinə istədiklərini etməkdən belə çəkinmirlər.
Dəhşət ondadır ki, bu separat düşüncə sahibləri də, özünü qondarma "Talış-Muğan Respublikası"nın prezidenti elan etmiş Əlikram Hümbətovla, eləcə də həmin "TMR"-in təsisçilərindən biri olan, Rusiyadan deportasiya edilərkən, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakı Hava Limanında saxlanılaraq, həbsə atılan, dövlət əleyhinə yönələn əməllərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunan, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlanan, istintaq zamanı özünün də bildirdiyi kimi, düşmən ölkəyə səfərləri zamanı xüsusi xidmət orqanı əməkdaşı ilə əlaqələr yaradıb, görüşlər keçirən, bu düşmən ölkədə keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq, respublikamız və onun ərazi bütövlüyü əleyhinə çağırışlar səsləndirən Fəxrəddin Abbasovla dəfələrlə görüşlər də keçiriblər.
Həmin separatçıların xoşagəlməz fəaliyyətlərinin əksi olan və çoxdan əlimizdə olsa da, indi dərc etdiyimiz foto-şəkillər də, video-görüntülər də, onların öz Facebook səhifələrindəki status-yazışmaları da yuxarıda deyilənlərin sübutudur. Açıq-aydın göründüyü kimi, Kuzbasda məskunlaşan talışların adıyla Novokuznetsk şəhərinin ədliyyə orqanlarında təsis edilən bu diaspor təşkilatının adından, birmənalı olaraq, dövlətimizin maraqlarına qarşı istifadə olunur. Bütün bunlar barədə, etibarlı mənbələrdən araz.az-ın redaksiyasına daxil olan məlumatlardakı çoxsaylı faktların dəqiqləşdirilməsi üçün, araşdırmalarımızı davam etdiririk. Bu səbəbdən, bu barədə ətraflı yazıları yaxınlarda dərc etməyi planlaşdırırıq. Məqsədimiz kimlərləsə intriqa yaratmaq, düşmənçilik etmək yox, diasporumuzun birgə fəaliyyətinə nail olmaq, dövlətimizin maraqları əleyhinə olanlara qarşı vahid cəbhədən mübarizə aparmaqdır.
araz.az

Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?
Dövlət Komitəsi bu xainləri niyə susdurmur?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru