“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                     Əməkdar artist komaya düşüb .....                     Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi .....                     Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                     18 yaşlı azərbaycanlı İsveç siyasətində .....                     "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" .....                     Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb .....                     "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı .....                     Yasamalı rəsmən xaraba günə qoyublar... .....                     "Azğın məmur öz bildiyini edir..." .....                     Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                     Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                     Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” .....                     "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" .....                     Şəhidlərin adlarını orada görmək məyus etdi .....                     Paşinyan sülhə görə nə qədər pul alıb... .....                     30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? .....                     Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır .....                     Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz .....                     Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... .....                     Vuçiç belə asanlıqla gedənə bənzəmir... .....                 

Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib... - İTTİHAM
Tarix: 4-01-2020, 12:14 | Çap et
Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib...
65 yaşlı Mirbala Yolçuyev özü Oğuzun Qarabulaq kəndinin sakini olsa da, Ağdaşın icra başçısından narazıdır. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş bildirir ki, Tofiq İbrahimov ona bir parça çörək qazanıb, ailəsini dolandırmağa imkan vermir.

Mirbala Yolçuyev 16 yaşından heyvandarlıqla məşğuldur, uzun illərdir Ağdaş ərazisindəki qış otlaq sahəsində sürü ilə xırdabuynuzlu heyvan saxlayır: “1971-ci ildən heyvandarlıqla dolanırıq. Bu illər ərzində qazancım yaratdığım təsərrüfat, bir də halal çörəyimdi. Buna da imkan versələr...”

Kənd sakini deyir ki, hazırda heyvan saxladığı örüş sahəsi kollektiv təsərrüfat dövründən qalıb. Kolxoz ləğv olunandan sonra 1996-cı ildə qardaşlarıyla birlikdə fermer təsərrüfatı yaradıb: “Püşkatma oldu, mənim püşkümə düşən ərazidə heyvandarlıqla məşğul olurduq. 2001-ci ildə Oğuz Rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin ərazidən 200 hektar torpağı 15 illik icarəyə götürdüm. Bu müddətdə yenə işlədim, təsərrüfatımı böyütdüm. 2006-cı ildə Nazirlər Kabinetinin qərarıyla həmin torpağın sərəncamı Ağdaş Rayon İcra Hakimiyyətinə verildi”.

Fermerin sözlərinə görə, 2016-cı ildə icarə müddəti başa çatanda yeni müqavilə üçün Ağdaş Rayon İcra Hakimiyyətinə üz tutub. Etiraz etməyiblər, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məktub göndərilib ki, həmin ərazini yenidən bu vətəndaşa vermək olarmı? Komitə əvvəlki sənədləri də araşdırıb, müsbət rəy verib: “2017-ci ildə sənədi alanda gördüm ki, uzun illərdir istifadə etdiyim yerlə indi mənə ayrılmış yer bir-birinə uyğun gəlmir. Mənim hərəkətlərimi məhdudlaşdırıblar. Qapının ağzından sərhəd qoyublar ki, burdan aşağı sənin ərazin deyil. Guya həmin ərazi qonşu Şəkili kəndinin bələdiyyəsinə aiddir. Mən təəccübləndim ki, bu necə ola bilər? Dərhal komitə ilə əlaqə saxladım, çağırdılar. Kadastr Mərkəzində Ramiz müəllimlə görüşdüm, mütəxəssisləri çağırdı, araşdırdı, gördü ki, məndə olan sənədlər başqadı, yeni sənədlə ayrılan ərazi başqa. Yəni yeni sənəd onların verdiyi rəyə uyğun işlənməyib. Qərar çıxarıldı ki, bu sənəd ləğv olunsun. Komitənin sədri Kərəm Həsənovun da qəbulunda olmuşdum. Göstəriş verdi, dedi ki, əməkdaşlar əraziyə ezam olunsun, yeni sənəd hazırlayıb gətirsinlər”.

M.Yolçuyev deyir ki, xeyli gözləyib, amma məsələ həllini tapmayıb. Bir neçə dəfə Ağdaşın icra başçısı Tofiq İbrahimovun qəbulunda olub. Onun sözlərinə görə, icra hakimiyyətində təklif ediblər ki, istifadəsində olan ərazinin bir hissəsini başqalarına versin. O da razılaşıb: “Axırda gəlib dirəşdilər ki, qapımın ağzından sərhəd qoysunlar. Deyirəm, ay kişi, mənim heyvanlarım gündə azı bir dəfə də olsa, suya getməlidir”.

Fermer problemin həlli üçün məhkəməyə üz tutub, icra başçısına qarşı iddia qaldırıb. İlyarımdır ki, bu iş Şəki İnzibati-İqtisadi Məhkəməsindədir, hələ yekun qərar çıxarılmayıb. Məhkəmə prosesi müvəqqəti dayandırılıb. Çünki 15 gün öncə hakim qərar çıxarıb ki, ekspertiza keçirilsin, mübahisəli ərazinin sxemi hazırlansın.

İcra başçısı 2018-ci ilin noyabrında və 2019-cu ilin noyabrında məhkəməyə məktublar göndərib. Bu məktubların hər ikisində eyni məsələdən söhbət getsə də, icra başçısı fərqli fikirlər yazıb. Məhkəmənin ekspertiza qərarında qoyulan suallardan biri də budur ki, icra başçısının hər iki məktubu və onlara əlavə olunan sxemlərin bir-birindən fərqi nədədir?

M.Yolçuyev bildirir ki, məhkəmənin nəticəsini gözləməyə icra başçısının səbri çatmır, qonşu kəndin sakinlərini ona qarşı qaldırır. Nəticədə əhali arasında gərginlik yaranır: “10-15 gün olar ki, mənim ərazimlə həmsərhəd olan qonşu kəndi mənə qarşı ayağa qaldırıblar. Deyirlər, sən oğuzlusan, Ağdaşa aid torpaq səndə olmalı deyil. Bu, nə deməkdir?! Dörd dəfə qarşıdurma baş verib. Gəlib heyvanlarımı aparırlar, oğlumu, yeznəmi döyüblər. Bütün bunlar da polislərin gözü qarşısında baş verir, heç bir tədbir görmürlər. Çünki hamısı quraşdırılmış oyundur. Dörd halın hamısında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişəm. Əlim hər yerdən üzüldü, dekabrın 27-də təcili Bakıya gəldim ki, mərkəzi icra orqanlarına rayondakı biabırçılığı çatdırım. Deyim ki, icra başçısı insanların problemini həll eləməkdən əhali arasında gərginlik yaradır. İqtisadiyyat Nazirliyinə getdim, Prezident Administrasiyasında oldum. Elə mən Bakıya gedəndə yolda xəbər verdilər ki, yenə bir qrup adam gəlib oğlumu döyüb, yaralayıb. Mən Bakıda şikayət edəndən sonra icra hakimiyyəti ilə əlaqə saxladılar. Bundan sonra nisbətən sakitlik yarandı”.

Fermer bütün bu baş verənlərə görə şəxsən icra başçısını ittiham edir. Deyir ki, əgər bu cür insidentlərin ağır nəticəsi olsa, buna görə məsuliyyət T.İbrahimovun üzərindədir. Ona görə də bəri başdan prezidentə üz tutub deyir: “Cənab prezident, sizdən xahiş edirəm, sadə kənd adamlarına kömək edin. Məmurlara başa salın, imkan versinlər, ailəmizi dolandıraq. Vəzifəli şəxslərin borcu odur ki, əhali arasında gərginlik yaratmasınlar. Amma özləri gərginlik yaradırlar. Mən qanunların tərəfindəyəm. Qan tökülsə, məsuliyyəti icra başçısı daşıyacaq”.

Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib...
Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib...
Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37
Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28
Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru