Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                 

Bankların "YASMİN" TAMAHI... - İTTİHAM
Tarix: 21-10-2019, 11:20 | Çap et
Bankların "YASMİN" TAMAHI...
Ölkə banklarından böyük həcmdə götürülən kreditlərlə bağlı meydana çıxan çətinliklərin daha çox girovla bağlı olduğu hamıya məlumdur. Hamıya o da məlumdur ki, girovların real dəyərini çox aşağı qiymətləndirən bankirlər, öncədən qurduqları çirkin niyyətli planlarını, elə, prosesin gedişi zamanı reallaşdırmış, konkret desək, xoşlarına gəldiyindən, çoxdan gözlərini dikdikləri sahibkar obyektlərini ələ keçirmiş olurlar. Bu səbəbdən, imkanlı əksər bank rəhbərləri Mərkəzi Bank tərəfindən təsdiq edilən və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilən “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələblərinə məhəl qoymadan, sahibkarların böyük məbləğdə kredit götürmələrinə razılıq verirlər. Sonda isə, kredit götürən iş adamlarının bir çoxu həm əmlaklarından, həm də bizneslərindən məhrum olurlar. Eynən, "Xalq Bank" Açıq Səhmdar Cəmiyyəti ilə, 04 oktyabr 2013-cü il və 08 iyul 2015-ci il tarixlərində kredit müqavilələri bağlayaraq, birinci dəfə 10 milyon, ikinci dəfə isə, 17 milyon dollar məbləğində qanunsuz kreditlər götürən "Mars-M" MMC-nin təsisçisi və direktoru Mərhəmət Bəşirov kimi! Acınacaqlısı odur ki, qanun tələblərindən kənar verilən həmin kreditlər ucbatından, Mərhəmət Bəşirovla bərabər, 2008-2013-cü illərdə "Mars-M" MMC-nin tərkibində olan "Yasmin" ticarət mərkəzindəki müxtəlif ölçülü obyekt və ofislərin külli miqdarda qiymətləndirilən dəyərlərini tam ödəməklə, şəxsi əmlakları kimi öz adlarına alan 22 nəfər iş adamı da eyni taleni yaşayırlar. Bir sözlə, həmin sahibkarlar da, artıq, əmlak və bizneslərindən məhrum olmaq təhlükəsiylə üz-üzədirlər.


Paytaxt Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" ticarət mərkəzi ətrafında yaranan qalmaqallar, çoxdandır ki, müxtəlif instansiya məhkəmələrində mübahisə obyektinə çevrilib və indiyədək səngimək bilmir. Neçə vaxtdır, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da, deyilənlər barədə müxtəlif mövzulu yazılar dərc edir. "Mars-M" MMC-nin "Moren" kriminal ləqəbi ilə daha çox tanınan və hazırda həbsdə olan direktoru Mərhəmət Bəşirovla, "Xalq Bank" Açıq Səhmdar Cəmiyyəti rəhbərlərinin, həmin 22 nəfər sahibkarın üstündə "kredit qumarı" oynadıqları həmin yazıların əsas mövzusudur. Umumi sahəsi 20800 kvadratmetr olan 8 mərtəbəli "Yasmin" ticarət mərkəzi binasının bütöv olaraq qanunsuz "Xalq Bank"a girov qoyulduğu isə, həmin yazıların xüsusi vurğulanan kriminal süjet xəttidir. Doğrudan da, indiyədək adı bir sıra digər qatı cinayətlərdə hallanan Mərhəmət Bəşirovun bu "kredit hekayəsinin" belə özünəməxsus kriminal süjet xətti var. Bu süjet xəttinin əsası belədir ki, o, "Yasmin" adıyla tanınan qeyri-yaşayış binasından 22 şəxsə 30 müqavilə üzrə 1872,27 kvadratmetr sahənin satılması faktını qəsdən bildirmədən, "Xalq Bank"la kredit müqavilələri bağlamağa nail olub və külli miqdarda qanunsuz kreditlər götürüb. Bir ətək -- 5 milyon manatdan çox pul töküb, bu ticarət mərkəzində obyekt alan həmin iş adamlarına 10 ildən sonra məlum olub ki, şirkətin sahibi onların adına rəsmiləşdirdyi obyektləri də həmin banka girov qoyub. Sonda, "Mars-M” “Xalq Bank”-a külli miqdarda borclu qaldığı üçün, bank bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən həmin halal ofis və obyektlərinə də əl qoyub. Halbuki "Xalq Bank"ın həmin sahibkarlara qarşı heç bir iddiası olmamalıdır. Çünki həmin sahibkarların özləri bu bankdan kredit götürməyiblər və buna görə, öz əmlaklarını girov qoymayıblar. Qanunsuz yolla və saxta üsulla girov qoyub, kredit götürən isə, “Mars-M” firmasının təsisçisi və direktoru Mərhəmət Bəşirovdur. Hazırda həbsdə olan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri üzrə İttiham edilən Mərhəmət Bəşirovun taleyinin necə olacağını, iş üzrə cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, materialların baxılması üçün göndərildiyi Yasamal Rayon Məhkəməsi müəyyən edəcək. Hakim Hüseyn Səfərovun icraatına verilən və Mərhəmət Bəşirovun ciddi şəkildə təqsirləndirildiyi bu cinayət işinin məhkəmə araşdırması xeyli vaxtdır davam edir. İttihama görə, zərərçəkən “Xalq Bank” ASC ilə bərabər, mərkəzin binasından özlərinə obyekt alan həmin 22 nəfər də, işdə zərərçəkən şəxs qismində tanınıblar. Nə olsun, indiyədək obyektləri qanunsuz olaraq əllərindən alınan çətin durumlu həmin iş adamlarının bir neçəsinin haqlı tələblərinə bəzi məhkəmələrin məhəl qoymaması, “Mars-M” firmasının, o cümlədən “Xalq Bank” ASC-nin vəzifəli şəxslərinin məsuliyyətdən tamamilə kənarda qalmaları, gizli çox mətləbləri ortaya çıxarır. Elə, indi, zərərçəkən həmin iş adamlarını qorxudan da, budur. Çünki Bakı Apellyasiya, Respublika Ali və Konstitusiya məhkəmələrinin, həmin sahibkarların bəzilərinin xeyrinə 1 saylı Bakı İnzibati-İqtisadi və digər instansiya məhkəmələrinin çıxardıqları qətnamə və qərarları ləğv edərək, onların mənafelərinə qarşı ağlasığmaz qərarlar çıxarıblar. Bütün bunlar, “Xalq Bank” ASC-nin "Mars-M" MMC ilə birgə əvvəlcədən qurduqları oyunun -- qanundankənar sövdələşmənin nəticəsi olduğunu, 2008-ci ildən burada sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmin vətəndaşların əmlak hüquqlarını kobud şəkildə pozmaqla, sonda, bu şəxslərin üstündə 17 milyon dollarlıq kredit oyununa getməkdən belə çəkinmədiklərini ortaya çıxarır.
Artıq, Yasamal Rayon Məhkəməsinin son qərarını gözləməyən "Xalq Bank" rəhbərləri onların əmlaklarını, faktiki olaraq, qanunsuz ələ keçirmək istədiklərini bir daha sübut ediblər. Daha dəqiq desək, illər əvvəl “Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun məhkəmə mərhələsində belə binaya qanunsuz mühafizə yerləşdirib, onların öz obyektlərinə girişinə, qanuni əsaslarla aldıqları əmlaklarından təyinatına uyğun istifadə etmələrinə mane olmaqla, onları çoxdan qanunsuz ələ keçirdiklərini bir daha ortaya qoymuş olublar.
Ümumiyyətlə, banklara olan kredit borcu əgər vaxtında ödənmirsə, onda nə baş verir? Təbii ki, öhdəliyin təminatı olaraq, borclu əmlakını girov qoyubsa, tələb əmlaka yönəldilir -- əgər, həmin əmlakın girov qoyulması, sənədlərinin tam araşdırılması barədə məlumatların buna imkan verməsindən sonra mümkün olubsa. Bəs, "Yasmin" girov qoyulanda, mövcud qanunun tələblərinə əməl olunubmu?
Məhkəmədə çıxış edən sahibkarlar, onların vəkilləri və hüquqi nümayəndələri onu da xüsusi vurğulayırlar ki, bank bu zaman diqqətli olub, dəqiq məlumatlar toplamağa məhəl qoymayıb. Guya, banka sonradan məlum olub ki, ticarət mərkəzindəki obyekt və ofislər başqa-başqa vətəndaşlara satılıb. Mərhəmət Bəşirovun "Yasmin"i ümumilikdə “Xalq Bank”a girov qoymaqla kredit götürdüyü, külli miqdarda olan həmin pulu geri qaytarmadığı obyekt sahibləri Afət Ağazadəyə, Sahib Quliyevə, Azər və Akif Mahmudovlara, Fuad Ramazanova, Natəvan Bağırovaya, Anar Hüseynova, Zülfüqar Kazımova, Ədalət Zamanova, Vüqar Həsənova, Elçin Əliyevə, Yalçın Məlikova, Adil, Əliağa və Qalib Məmmədovlara və digərlərinə isə, adlarına rəsmiləşdirilən həmin əmlaklarını özlərinin bizneslərinə uyğunlaşdırıb, işə başlayandan çox sonra məlum olub.
Ümumən, hər hansı bank bu boyda kredit verəndə, daha diqqətli olmalıdır. Lakin "Xalq Bank" kredit götürənin kredit dosyesini (tarixçəsini) dəqiq hazırlamayıb. Yəni, kredit dosyesi hazırlananda Mərkəzi Bankın təsdiq etdiyi və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”nın müvafiq bənd və əlavəsində təsbit edilmiş şərtlərə əməl edilməyib. Amma qaydaların qısa məzmunu belədir ki, bankda bütün borcalanlar üzrə kredit dosyesi aparılmalı, orada müəyyən zəruri sənədlərdən əlavə, kreditlərin verilməsinin, monitorinqinin və nəzarətinin aparılması üçün tələb olunan minimum sənədlər belə mütləq olmalıdır. Təəssüf ki, "Xalq Bank" bu vacib şərtə də, başdansovdu yanaşıb, bunu nəzərə almayıb və indi, kredit dosyesindəki vacib sənədləri məhkəməyə təqdim etmək də istəmir. Çünki keçmişində qaranlıq məqamlar çoxluq təşkil edən Mərhəmət Bəşirovun fəaliyyəti araşdırılsaydı, ona kredit də verilməzdi. Zərərçəkmiş şəxs Afət Ağazadənin nümayəndəsi, vəkil Əkrəm Həsənov tərəfindən məhkəməyə təqdim edilən Vəsatətdə də, deyilən hər şey aydın göstərilib və həmin önəmli sənədlərin məhkəmənin bankdan tələb etməsinin vacibliyi önə çəkilib. Vəsatətdə o da qeyd edilib ki, indiyədək bank kredit dosyesindən lazım bildiyi sənədlərin surətini məhkəməyə təqdim edib. Təbii ki, həmin sənədlər bankın mövqeyinin əsaslı olduğunu sübut etməyə xidmət edir. Lakin işə tam və hərtərəfli baxılması üçün, kredit dosyesi bütövlükdə sübut kimi təqdim edilməlidir.
Maraqlıdır deyə, həmin Vəsatəti olduğu kimi təqdim edirik: "Təqsirləndirilən şəxs Bəşirov Mərhəmət Bəşir oğluna qarşı mövcud ittihamlar zərərçəkmiş şəxs “Xalq Bank" ASC-dən götürdüyü kreditlə bağlıdır. Bununla bağlı Bank kredit dosyesindən (tarixçəsindən) lazım bildiyi sənədlərin surətini təqdim etmişdir. Təbii, həmin sənədlər bankın mövqeyinin əsaslı olduğunu sübut etməyə xidmət edir. Lakin işə tam və hərtərəfli baxmaq üçün, kredit dosyesi bütövlükdə sübut kimi təqdim edilməlidir. Yalnız bu halda hadisələrin (hərəkətlərin) xronologiyasını və mahiyyətini, habelə bütün iştirakçıları (şahidləri) müəyyən etmək mümkündür. Kredit dosyesinin mövcudluğuna və tərkibinə (minimum sənədlərə) dair tələblər Mərkəzi Bankın 18 noyabr 2008-ci il tarixdə təsdiq etdiyi və Ədliyyə Nazirliyi tərəfindən 3426 nömrə ilə 10 dekabr 2008-ci ildə dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.22-ci bəndində və 1 nömrəli Əlavəsində təsbit edilmişdir. Qaydaların 4.1.22-ci bənddə deyilir: “Kredit dosyesinin (tarixçəsinin) məzmunu. Bankda bütün borcalanlar üzrə kredit dosyesi (tarixçəsi) aparılmalıdır. Müştərilər üzrə məlumatların məxfiliyi qorunmalı və qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü tərəfə açıqlanmamalıdır.
Kredit dosyelərində kreditlərin verilməsi, monitorinqin və nəzarətin aparılması üçün tələb olunan minimum sənədlər bu Qaydalara 1 nömrəli əlavədə açıqlanır. Həmin sənədlərin sırasında bizim iş üçün ən azı aşağıdakı sənədlər aktualdır və mütləq təqdim olunmalıdır:
-- Borcalanın özünün, yaxud onun vəkalətli şəxsinin (şəxslərinin) imzası ilə təsdiq edilmiş tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit sifarişi;
-- Borcalan hüquqi şəxs olduqda rəhbərin adı, soyadı, atasının adı;
-- Borcalanın fəaliyyət sahəsi (fiziki şəxsin məşğuliyyət sahəsi və ya sosial statusu) barədə məlumat;
-- Hüquqi şəxsin mövcudluğunu təsdiq edən hüquqi sənədlərin (təsis və dövlət qeydiyyatına dair sənədlər) müvafiq qaydada təsdiq olunmuş surətləri;
-- Borcalan hüquqi şəxs olduqda onun səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı və kredit sənədlərini imzalamaq hüququ olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
-- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) göstərməklə vergi orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surəti (qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda);
-- Kreditin ödənilməsi mənbəyi (əsas və ehtiyat mənbələr göstərilməklə);
-- Kreditin təminatlı və ya təminatsız olması barədə məlumat;
-- Kreditin təminatı;
-- Bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat;
-- Biznes-plan (kreditin növündən asılı olaraq tələb olduqda);
-- Daxili prosedurlarla nəzərdə tutulmuş qaydada kreditin verilməsinə dair bankın müvafiq bölmələrinin və ya səlahiyyətli şəxslərinin rəyi;
-- Bankın səlahiyyətli bölmələrinin kreditlərin verilməsinə dair iclas protokolunun surəti və ya müvafiq səlahiyyətli şəxslərin imzası ilə kreditin verilməsi haqqında çıxarılmış qərar;
-- Kredit müqaviləsi;
-- Bu Qaydalarda nəzərdə tutulmuş hallarda borcalanın öhdəlikləri barədə Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) əldə edilmiş arayış;
-- Borcalan hüquqi şəxs olduqda onun başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş son illik və son hesabat dövrünün maliyyə hesabatları. Borcalan banka aidiyyəti hüquqi olan şəxs olduqda onun auditor rəyi ilə təsdiq edilmiş ən azı son iki illik maliyyə hesabatları;
-- Borcalanlarla hüquqi şəxs olduqda, kreditin müddəti ərzində rüblük maliyyə hesabatları;
-- Borcalan hüquqi şəxs olduqda onun korporativ idarəetmə strukturuna dair bankın rəyi;
-- Bir borcalanla və ya bir-biri ilə əlaqədar borcalanlarla bağlı cəmləşmə riski barədə məlumat (belə hal baş verdikdə);
-- Borcalan hüquqi şəxs olduqda bank tərəfindən müəyyən edilmiş borcalanın reytinqi;
-- Kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlər (borcalanın satıcı və podratçılarla müqavilələrinin surəti, xərcləri təsdiq edən sənədlər və s.);
-- Kredit müddəti ərzində kreditin təyinatı üzrə istifadə olunması və borcalanın maliyyə vəziyyətinin yoxlanması və monitorinqinin nəticələrinə dair bankın müvafiq bölməsi tərəfindən tərtib olunmuş hesabat;
-- Kredit ödəmə qrafiki və faktiki ödənişlər (tarixlər və məbləğlər göstərilməklə) barədə məlumat;
-- Təminata dair mövcud qanunvericiliyə uyğun bağlanmış (təsdiq edilmiş) müqavilə;
-- Girov predmeti üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;
-- Girov predmeti birgə və ya üçüncü tərəfin mülkiyyətində olduqda onun rəsmiləşdirilməsi ilə əlaqədar bütün mülkiyyətçilərin razılığını təsdiq edən sənədlər (razılığın əldə edilməsi qanunvericilikdə nəzərdə tutulduğu hallarda);
-- Bank təqdim olunan girov predmetinin alınmasını maliyyələşdirdikdə (daşınmaz əmlak, avtomobil və s.) həmin aktivin alış qiymətini təsdiq edən sənədlər;
-- Mövcud qanunvericiliyə uyğun olaraq girov predmetinin qiymətləndirilməsi tarixi, metodu, qiymətləndirici göstərilməklə qiymətləndirmənin nəticələri barədə hesabat;
-- Girov predmetinin fiziki və texniki vəziyyətinin yoxlanılması haqqında hesabat: yoxlanılan girovun növü, yoxlamanın aparılma yeri və onu aparan şəxsin adı, habelə qiymətləndirmənin nəticələri (onun saxlanma vəziyyəti və s. göstəriciləri göstərilməklə) barədə məlumat;
-- Bank tərəfindən girov predmetinin bankın xeyrinə sığortalanması tələb edildikdə sığorta ilə bağlı sənədlər (sığorta müqaviləsi və şahadətnaməsi);
-- Təminatın bu Qaydalara uyğun həyata keçirilmiş yenidənqiymətləndirilməsinin nəticələri haqqında məlumat;
-- Borcun tutulmasına dair sənədlər (borcalanlara və onlarla əlaqədar şəxslərə ünvanlanmış məktublar, borcun tutulması tədbirlərinin nəticələri və s.);
-- Tikinti sahəsinə verilən kreditlər üçün tikinti layihələrinə dair sənədlər, o cümlədən layihələrin həyata keçirilməsi haqqında hesabatlar, smetalar, faktiki xərclər, layihələrin və onun mərhələlərinin başa çatdırılmasına dair sənədlər və tikintidə aparılmış yoxlamalar haqqında hesabatlar;
-- Digər hüquqi sənədlər (məsələn, borcalana qarşı həllini gözləyən hər hansı bir rəsmi iddia, yaxud borcalan tərəfindən banka qarşı qaldırılmış rəsmi şikayət/iddia);
-- Borcalanla yazışmalar;
-- Borcalanlarla danışıqlar haqqında məlumat (hər bir hal üzrə əlaqənin növü — məsələn, bank tərəfindən əhəmiyyətli hesab edilən telefon danışıqları, görüşləri və s., danışığın kiminlə aparılması, qısa məzmunu, tarixi, nəticəsi və s. barədə məlumat əlavə olunmaqla);
-- Bankın daxili qaydaları ilə nəzərdə tutulmuş digər sənədlər".
Göründüyü kimi, kredit dosyesi məhz borcalan üzrə aparılır və onun bütün kreditlərini əhatə edir. Deməli, Bəşirov üzrə kredit dosyesinə də onun həm ödənilmiş, həm də qaytarılmayan krediti üzrə bütün sənədlər daxildir. Məhkəmə işinə obyektiv baxılması üçün bütün sənədlərin, yəni kredit dosyesinin tam təqdim edilməsi zəruridir. Baş verən bütün qanunsuzluqlar isə ona dəlalət edir ki, vaxtilə Mərhəmət Bəşirovla saxta biznes əlaqələrinə girməkdən çəkinməyən "Xalq Bank" ASC rəhbərləri onların əmlaklarını əllərindən almaqda çox israrlıdır. Onlar kredit adıyla bir qrup iş adamının halal obyektlərinə əl qoymaqla, mövcud qanunvericilikdəki əmlak hüquqlarının tələblərini kobud şəkildə pozmaqdan belə çəkinməyərək, həmin sahibkarların gələcəyə dair planlarını tamamilə puça çıxarır, bizneslərini davam etdirməyə imkan vermirlər.
//araz.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru