“Qanuni haqqımı ala bilmirəm” - Prezidentə müraciət
Tarix: 5-07-2019, 11:50 | Çap et
 Dövlət Sərhəd Xidmətindən yaşla əlaqədar ehtiyata buraxılmış hərbi qulluqçu Məlahət Yusifova prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətin surətini AFN-ə göndərən hərbi qulluqçu bildirir ki, vaxtilə Milli Təhlükəsizlik Nazirliyində, sonradan isə Dövlət Sərhəd Xidmətində, ümumilikdə 18 il qüsursuz xidmət edib: “Cənab prezident! Bu muraciəti etməyə məcburam. Aidiyyati qurumlara muraciət etdim. Haqlı olsam da, rədd cavabı aldım.
Cənab prezident! Diqqətinizə çatdırım ki, nə Səbayel bələdiyyəsi, nə Səbayel Rayon İcra Hakimiyyəti, nə də Səbayek Rayon Məhkəməsi Azərbaycan qanunlarına riayət etmir. Mənim 3 ovladım 7 nəvəm var. 62 kv metrlik şəraitsiz mənzildə 12 nəfərlə bərabər yaşayıram. Hələ mənzilimizin neft buruqları arasında yerləşdiyini nəzərə alsaq buna yaşamaq deyilməz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Səbayel Bələdiyyəsinə dəfələrlə müraciət etmişəm. Ailəm böyükdür, ona görə də dövlətin hərbi qulluqçulara verilməsini qanunla təsbit etdiyi torpaq sahəsi alıb ev tikmək istəyirdim. Səbayel Bələdiyyəsi bildirir ki, onlara aid torpaqların hüdudları, növləri, ölçüləri və elektron xəritəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verildikdən sonra bizə torpaq sahəsi ayrılması məsələsinə baxa bilərlər. Qanunvericilikdə isə hərbi qulluqçunun müraciət etdikdən sonra 6 ay müddətində torpaq sahəsi almaq hüququ olduğu göstərilir, və illərdir mənim müraciətlərimə baxılmır. 18 ildən artıq silahlı qüvvələrdə hərbi xidmət keçmişəm. Həyatımı bu sahəyə həsr etmişəm və yaş həddinə görə ehtiyata buraxılmışam. Dövlətimizin qəbul etdiyi qanunlara müvafiq olaraq torpaq sahəsi almaq üçün müraciət etdiyim orqanlar məni get-gələ salıb. Bu qədər süründürməçilik olarmı?! İnsanı yaşadığına peşiman edirlər. Bu mənim haqqımdır və haqqımı tələb edirəm. Səbayel bələdiyyəsi torpaqları satıb ciblərini doldurmaqdansa, canını, həyatını, ömrünü vətənə xidmətə həsr edən insanları düşünsün.
Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini isə mənə bələdiyyələrə aid qanunları xatırladır. O, qanunları mənə xatırlatmaqdansa, dəvət edib istəyimə əsasən başqa bir bələdiyyədən fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmasına göstəriş verə bilərdi. Əgər baş idarələrdə oturan böyük məmurlar insanların hüquqlarını belə pozurlarsa, yerlərdə fəaliyyət göstərən kiçik məmurlardan nə gözləmək olar?! Bu məmurlar bilərəkdən və ya bilməmizlikdən mənə torpaq sahəsi ayrılmasında maraqlı deyillər. Ehtiyatda olan hərbçi olaraq ədliyyə naziri, ədliyyə general-polkovniki Fikrət Məmmədova da müraciət etmişəm. Prezident Administrasiyasına, Bələdiyyələrlə İş Mərkəzinə ünvanlanan məktublarım bələdiyyəyə yönləndirilir, onlar da eyni məzmunlu cavabı verirlər. Bələdiyyələrlə İş Mərkəzi isə ünvanladığı cavablarda bildirir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Ədliyyə Nazirliyinin hər hansı bir səlahiyyəti yoxdur. Bəs bələdiyyə ilə bağlı şikayətimizi hara bildirək?! Əminəm ki, cənab Prezident Sizin bu özbaşınalıqlardan xəbəriniz yoxdur. Men 1 saylı İnzibatı İqtisad Məhkəməsinə də müraciət etmişəm. Lakin məhkəmə iddianı əsas olmadan rədd edib. Halbuki məhkəmənin qərarında hərbçilərə torpaq sahəsinin ayrılmalı olduğu vurğulanıb və mənim torpaq sahəsi tələb etmək hüququm olduğu qeyd edilib. Əgər hüququmu bilərək, qanunların aliliyini nəzərə alaraq haqqımı tələb edirəmsə, niyə hakimlər qanunları əsassız pozub istədikləri qərarı verirlər? Həm də əsaslandırmadan. Məhkəmənin müvafiq qərarında “İddia təmin edilməsin” yazılır, lakin hansı səbəbdən rədd edilsin, bu yazılmır. Müvafiq qurumlar mənim haqlı olduğumu yazılı şəkildə bildirsələr də, müraciətimi təmin etmirlər. İstədikləri kimi davranır, istədikləri qərarı verirlər. Bəs onda qanunlar nəyə və kimə lazımdır? Cənab prezident! Əminəm ki, mənim problemim yalnız Sizin göstərişinizdən sonra öz həllini tapacaq və özbaşınalıq edən məmurlar cəzalarını alacaqlar”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10 |
|
|
|
| • 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06 |
|
|
|
| • Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02 |
|
|
|
| • İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01 |
|
|
|
| • Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49 |
|
|
|
| • “MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44 |
|
|
|
| • “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29 |
|
|
|
| • Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26 |
|
|
|
| • İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23 |
|
|
|
| • Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21 |
|
|
|
| • “Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19 |
|
|
|
| • Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16 |
|
|
|
| • "Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12 |
|
|
|
| • Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11 |
|
|
|
| • Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08 |
|
|
|
| • Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04 |
|
|
|
| • Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55 |
|
|
|
| • Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51 |
|
|
|
| • BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
| • Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41 |
|
|
|
| • Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39 |
|
|
|
| • Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37 |
|
|
|
| • İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32 |
|
|
|
| • Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28 |
|
|
|
| • “Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18 |
|
|
|
| • Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16 |
|
|
|
| • Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09 |
|
|
|
| • Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06 |
|
|
|
| • Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00 |
|
|
|
| • Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55 |
|
|
|
| • Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51 |
|
|
|
| • Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44 |
|
|
|
| • Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40 |
|
|
|
| • Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
| • Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36 |
|
|
|
| • İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11 |
|
|
|
| • Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10 |
|
|
|
| • YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09 |
|
|
|
| • İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06 |
|
|
|
| • Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00 |
|
|
|
| • Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48 |
|
|
|
| • Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24 |
|
|
|
| • Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
| • Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15 |
|
|
|
| • Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02 |
|
|
|
| • Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59 |
|
|
|
| • “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54 |
|
|
|
| • Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52 |
|
|
|
|