Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

Bu müəssisələr 5 dəfə əl, 4 dəfə ad dəyişdirib: Məqsəd nədir? - ŞOK FAKTLAR
Tarix: 2-04-2019, 12:21 | Çap et
Bu müəssisələr 5 dəfə əl, 4 dəfə ad dəyişdirib: Məqsəd nədir?
Prezidentin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasında məqsəd dövlət əmlakının idarə edilməsində səmərəliliyi artırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrini yaratmaq, istehsal potensialının artırılmasına nail olmaq, ixracı stimullaşdırmaq, qeyri-neft sektorunun inkişaf sürətini yüksəltmək, regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılmasını təmin etmək kimi bir sıra məsələlərin həyata keçirilməsindən ibarətdir.

Deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün aktivlər, əsasən, “Aqrarkredit” QSC-nin Azərbaycan Beynəlxalq Bankı”(ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə edilmiş, onun balansında olan və “ASK” ASC-nin mülkiyyətinə verilən əmlak hesabına formalaşır.

Bu müəssisələr 5 dəfə əl, 4 dəfə ad dəyişdirib: Məqsəd nədir?

Aktivlərin üstündə “ASK”a 5 milyon manat da peşkəş edildi

5 milyon manat vəsait və “ASK” ASC-nin balansına verilən əmlak da daxil olmaqla, ABB kreditorlarının Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsinə dair Nazirlər Kabinetinin Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3 mlrd. 854 mln. 300 min (Gənclər və İdman Nazirliyinin və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına keçmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər də qurumun nizamnamə kapitalına yönəldildi.

Bundan sonra dövlət əmlakının bazar dəyərinin müəyyənləşdirilməsi üçün həmin əmlakların qiymətləndirilməsi aparılmalı idi.

2018-ci ilin əvvəlində “ASK” ASC 18 kommersiya hüquqi şəxsin – “Aqroinvestkom” MMC, “İnter Tobakko” MMC, “Şəki-İpək” ASC, “Şəki Aqro İndastriz” MMC, “Kainat”ASC, “Pərvanə” MMC, “CTS Agro” MMC, “BOT” MMC, “İnter Textile” ASC, “Mingəçevir İzolit” ASC, “Şəki Kərpic” MMC, “Azəralüminium” ASC, “Bakı Glass” MMC, “General Konstrakşn” MMC, “Steel Structures” MMC, “İnter Peşəkar İdman Klubu” MMC, “Det-Al Alüminium” MMC, “Det-Al Metal D “ MCC şirkətlərinin əmlakının bazar dəyərinə uyğun qiymətləndirilməsi məqsədilə tender elan etmişdi.

Dövlət əmlaklarını qiymətləndirmə üzrə tender keçirmədən götürüblər

Sonradan nəzərdə tutulan qiymətləndirmə üzrə tenderin ləğvini ASC-dən “vaxt darlığı” ilə izah etdilər, “qiymətləndirmə üçün başqa qanuni yollardan istifadəyə qərar verilib”, dedilər. Bu bəhanə o zaman da inandırıcı görünməmişdi, çünki nə əldə daşan süd vardı, nə də müəssisələr olimpiya oyunlarına hazırlanırdı, istənilən vaxt vəd olunan tenderi keçirə bilərdilər. Qiymətləndirmə üçün başqa yollardan istifadə elədilər, amma qanuni idimi, deyildimi, azacıq insafa gəlib bir rəqəm açıqlasalar, prosesin nə qədər şəffaf keçirildiyini anlamaqda yardımçı olar.

Başı restoranlarda yeyib-içməyə qarışan informasiya sahiblərinə – ASC rəhbərliyinə, jurnalistləri maraqlandıran məlumatları vermək əvəzinə, onlara söz atıb, cəngə çıxmaq daha rahat gəlir.

Şirkətlərin artıq tendersiz balansdan çıxarıldığını demiş, bir nəfərin gətirilib həmin şirkətlərin başında əyləşdiriləcəyi proqnozunu da vermişdik. Yanilmadıq. Gerçəkdən də qiymətləndirmənin necə aparıldığı, əmlaklara hansı dəyərin müəyyənləşdirildiyi sonra da deyilmədi.

Bir gün “ASK” adında bir təşkilat yaradılaraq həmin müəssisələr onun tərkibinə verildi. “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “ASK Xidmət” MMC, “ASK İdman Kompleksi” MMC, “ASK Şüşə” MMC, “ASK Şəki Şərab” MMC, “Azəripək” MMC, “ASK İzolit” MMC, “ASK Tekstil” MMC, “ASK Security” MMC, “ASK Ayaqqabı Fabriki” MMC, “ASK Heyvandarlıq” MMC bankın girovunda olmuş yuxarıda adları sadalanan müəssisələrin bazasında yaradılıb. Yalnızca adları bir qədər korrektəyə məruz qalıb, bir də korporasiyanın mülkiyyəti olduğunu sübut etməkdən ötrü böyürlərinə bir “ASK” əlavə ediblər. Elə ictimaiyyətə də daha çox qurumun yeni təsis etdiyi müəssisələr kimi təqdim olunur.

214 milyonu özəl təşkilat hansı yolla ələ keçirib?

Lakin buna qədər – 2017-ci ilin oktyabrında “Vergilər” qəzetinin xüsusi buraxılışında gedən elana istinadla bir ünvanda 7 şirkətin qeydiyyata alındığı barədə məlumatlar getmişdi. “Şəki Ət və Süd Məhsulları” MMC (nizamnamə kapitalı 9,028 mln. manat, qanuni təmsilçisi Asif Məhəmmədov, Müşahidə Şurasının (MŞ) üzvləri Orxan Mədətli, Sənan Piriyev, Vüqar Yaqubov), “Şəki Kərpic İstehsalı” MMC (nizamnamə kapitalı 21 mln. 577,5 min manat, qanuni təmsilçisi Tahir Alıyev, MŞ üzvləri Vüqar İbrahimli, Fəxrəddin Gəncəmalıyev, Ağamir Babayev), “Şəki Heyvandarlıq” MMC (nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi Elşən Ağalarov, MŞ üzvləri Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanov), “Mingəçevir İzolit” MMC (nizamnamə kapitalı 14,855 mln. manat, qanuni təmsilçisi İsmayıl Məmmədov, MŞ üzvləri Hidayət Sultanov, Rəşid Məmmədov, Ağababa Muradov), “Azərtütün” MMC (nizamnamə kapitalı 30 mln. 111,978 min manat, qanuni təmsilçisi Fazil Rüstəmov, MŞ üzvləri Nəcbəddin Sofiyev, Hidayət Sultanov, Məhəmmədəli Əfəndiyev), “Şəki İpək İstehsalı” MMC (nizamnamə kapitalı 37,550 mln. manat, qanuni təmsilçisi Nizami Qəribov, MŞ üzvləri Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov), “Azərpambıq” MMC (nizamnamə kapitalı 82 mln. 343,854 min manat, qanuni təmsilçisi Tural Eyvazov, MŞ üzvləri Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev, Zakir Əzimov) eyni gündə – iyulun 17-də dövlət qeydiyyatından keçib. Həmin şirkətlərdir, o zaman da adlarında cüzi dəyişiklik edilib. Hüquqi ünvanları da eynidir – Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033.

Göstərilən ünvan “Qlobus Plaza” biznes-mərkəzinindir və burada qeydiyyata düşən müəssisələrin nizamnamə kapitalı üst-üstə 214 milyon manatdır. “Qlobus Plaza”nın sahibi sabiq deputat Dünyamin Xəlilov da “Beynəlxalq Bank işi”nə görə həbsdədir. Həbsindən sonra mərkəzin satışa çıxarıldığı və türkiyəli iş adamına satıldığı barədə dərc edilən məlumatlar indiyəcən təkzib edilməyib. İndi “ASK”a verilən “İnter Tekstile” və “General Konstrakşn” şirkətlərinin də Xəlilovla bağlılığı olub.

“Aqrarkredit”-in balansındaki şirkətlər fiziki şəxslər adına qeydiyyata alınıb

“ASK”ın tərkibindəki müəssisələr siyahısına daxil olan “ASK Ayaqqabı Fabriki” MMC də sadalanan 7 müəssisə ilə eyni gündə “Bakı Ayaqqabı” MMC adı ilə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. 4 nömrəli Bakı Ayaqqabı Fabrikinin xələfidir.

Digər bir adı da “BOT” olub. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, nizamnamə kapitalı 11,5 mln. manat, qanuni təmsilçisi isə Həsənəli Şahverdiyev göstərilir. Fəaliyyətinə Bəhruz Camalov, Malik Nəsirov və Cahangir Kərimovun daxil olduğu MŞ nəzarət edir. İddiaya görə, şirkətin yaradılmasında məqsəd ABB-yə borc müqabilində girov qoyulmuş və ayaqqabı istehsalı ilə məşğul olan “BOT” əmlak kompleksini idarə etməkdir. Bildirilir ki, müəssisə hazırda Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC-nin balansındadır.

Milyardlıq müəssisələrin cəfasını hökumət, səfasını fürsətçilər görür

Dedik ki, “ASK” ASC 2017-ci ilin noyabrın 6-da yaradılıb, barəsində söhbət gedən 8 şirkət isə 2017-ci il iyulun 17-də qeydiyyatdan keçirilib. Yəni bunlar “ASK”a ötürülməzdən 4 ay əvvəl vergi oqranlarında yenidən qeydə aldırılıb, həm də başqa-başqa adamların adına, ünvan da şəxsidir. Saytında isə “ASK”ın ünvanı Bakı şəhəri, Cəfər Cabbarlı 40C-dir.

Şirkətlərin nizamnamə kapitalı üst-üstə 225 milyon manat təşkil edir. Və həm də nəzərə alaq ki, burada cəmi 8 müəssisənin adı çəkilir. Bu hesabla 18 müəssisənin təkcə nizamnamə kapitalı təqribən yarım milyard manat civarında olmalıdır. Aktivləri də ən az iki o qədərdir.

Sözügedən müəssisələr dövlət qurumunun balansındadırsa, dövlətə məxsus əmlaklar niyə “Aqrarkredit”-də yox, özəl ünvanlarda, həm də fiziki şəxslərin adına yenidən qeydiyyatdan keçirilib? Bəlli ki, kimlərsə özbaşına iş tutub, müəssisələri qanunsuz ələ keçirib . Təbii ki, “Aqrarkredit” rəhbərliyindən, o cümlədən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri, “Şapka Mamed” kimi tamınan Məmməd Musayevdən xəbərsiz olmayıb.

Sonradan işin üstü ört-basdır olunaraq “ASK” yaradılmaqla əmlaklarlardan geriyə qalanlar təzədən oraya ötürülüb. Hüquqi ünvan və şirkətlər rəsmi quruma aid olmayan adamların adında bəlkə indi də qalır.

Bunu anlamaq üçün onların son qeydiyyat sənədləri ictimailəşdirilməlidir. “ASK” bu məlumatı rəsmi saytında yerləşdirsə, məqsədəuyğundur, ən azından bundan sonrakı dövr üçün olan-qalan əmlakların əmin əllərə etibar edildiyini düşünmək insanı rahatladar. Hazırda isə belə bir mənzərə yaranır ki, hökumətin uzun illər güzəştli şərtlərlə kreditləşdirdiyi, eyni zamanda külli miqdarda borclarını bağışladığı müəssisələr onun balansından çıxarılıb, lakin dövlət adından yenə həmin şirkətlərə pul axıdılır. Cəfasını hökumət, səfasını dövlətin qulluğunda durmayanlar sürür.

“İz”i itirmək üçün mülkiyyət sahiblərini və adlarını dəfələrlə dəyişdi

Belə deyilsə, bu uzun proseslərdən keçməyə nə ehtiyac vardı? Ən başdan hərraca çıxarıb həmin şirkətləri satmaq olardı, bədəbəddə idarəetmə üçün İqtisadiyyat Nazirliyinə də verə bilərdilər. O zaman dəfələrlə qeydiyyatdan keçirib, adlarını dəyişməyə də lüzum qalmazdı. Bu qədər ciddi iş ya işbilməzlərə tapşırılıb, ya da bilərəkdən belə dolanbac yollarla gedilir ki, kimsə nə baş verdiyini anlamasın.

Lakin nə etsələr də, hansı yollardan getsələr də “iz” yenə aparıb eyni yerə çıxarır. İstəyirlər müəssisələrin təkcə adını, ünvanını yox e, profilini də dəyişsinlər, yerləşdikləri məkanı ki, dəyişə bilməzlər. Hər kəs bilir ki, “İnter Glass” zavodu Bakının Qaradağ rayonundadır, istər adını dəyişib “Bakı Glass” qoysunlar, istərsə də “ASK Şüşə” MMC, fərqli nəsə olmayacaq. Əsas odur ki, müəssisə işləsin, məhsul istehsal etsin, qazandığı mənfəətdən ölkənin büdcəsinə də xeyir versin. Əgər bacarıqları buna yetirsə.

Kənardan baxanda, bu müəssisələrin hansısa qurumların idarəetməsinə verilməsi, bəlkə də adi bir iqtisadi proses kimi görünə bilər. Lakin faktları yan-yana gətirdiyinizdə, ortada təmiz iqtisadi marağın olmadığını anlamaq çətin deyil. Başıbəlalı şirkətlər görün neçə əldən keçib! Xronoloji ardıcıllıqla baxıldığında, onlar bu 4 ildə nə az nə çox, düz 5 dəfə “əl dəyişib”, 4 dəfə də ad.

Əvvəlcə ayrı-ayrı fiziki şəxslər tərəfindən yaradılıb, sonra kredit müqabilində ABB-nin girovluğuna verilib, daha sonra “Aqrarkredit”in nəzarətinə keçib, sonra biznes-mərkəzdə birinə ötürülüb, ən axırda da “ASK”a verilib. Bu müəssisələrin belə əldən-ələ keçib əmlaklarının yağmalanmaması mümkünsüzdür. Bəlli ki, onlardan hərə bacardığı qədər faydalanıb.

Sadalananlar ABB qarşısında kredit öhdəliyi olan müəssisələrin hələ bir hissəsidir. Yüksək gəlirli xeyli şirkət var ki, onlar məxfi şəkildə satılıb. “ASK” ASC-nin tərkibinə verilmiş zavod və fabriklər “Azərbaycan Metanol” Zavodu (“AzMeCo”), “Bakı Fındıq Emalı” Zavodu (“BakFem” MMC), “Azərinşaatservis” MMC, Fuceyradakı “İntertekstil” və “İnterstil” zavodları ilə müqyisədə bəlkə də o dərərcədə “gözəgəlimli” deyillər, amma onları yenidən dirçəltməkdən ötrü keçirilən bahalı tenderlər dodaq uçuqladır. (azpolitika.info)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru