Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? - İTTİHAM
Tarix: 23-10-2018, 10:40 | Çap et
AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir?
DİA.AZ: - "Tort kəsilir, paylaşımlar edilir, qalib gəldik deyirlər. Bu şadyanalıq 4 sentyabr 2018-ci il tarixində Azərbaycan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompüter və notbuk oğurlandığı rəsmi şəkildə təsdiq olunandan və AMEA-nın Rəyasət Heyəti aparatına məlumat verilməsinə dair qərar çıxarılandan sonra baş verir. Nə baş verir, kimə qalib gəlinir, maraqlıdır". Bu ifadələr DİA.AZ-ın elektron ünvanına göndərilən məqalədə yer alıb.

Daha sonra diaaz.space-a göndərilən məqalədə deyilir: "Beləliklə, belə başa düşülür ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş verən oğurluq hadisəsindən hələ də nəticə çıxarılmayıb. Görünür, bir zamanlar məşhur “Soros fondu”nun əməkdaşı olmuş, amma hansısa səbəbdən kitabxana direktoru təyin olunmuş Leyla İmanova və onun himayəçisi rolunda bu sahəyə cavabdeh AMEA-nın vitse-prezidenti qəbul etmək istəmirlər ki, ilk baxışdan asan və əlçatan kimi təsir bağışlayan Mərkəzi Elmi Kitabxananın mühüm işlərini kənara atıb tort kəsmək və paylaşımlar etməklə oradakı problemlər həll olunmur. Minlərlə qiymətli elmi kitabların saxlanması diqqət, peşəkarlıq və məsuliyyət tələb edir. Neçə illərin nadir kitablarına münasibət də maraq doğurur. Kitabxanada mübadilə fondu, xaricə göndərilən və oradan alınan qiymətli elmi kitabların formatlara bölünüb, işlənməsi və inventarlaşmaya qəbul olunması bərbad vəziyyətdədirsə, Leyla İmanovanın ətrafı olan, “ailə ansambl”ının üzvləri hansı günlərinə tort kəsir, bayram edirlər, kimə qalib gəlmiş hesab olunurlar. Və yaxud, AMEA-nın hörmətli vitse-prezidentinin “kurasiya”sında olan Mərkəzi Elmi Kitabxanadan oğurlanmış 113 ədəd kompüter və notbukun yerinə bir neçə “Kür” kompüterlərini yerləşdirməklə də məsələ həllini tapmış hesab olunmur. Axı bütün hallarda baş verənlər birbaşa AMEA-nın prezidenti, akademik Akif Əlizadənin əleyhinə işləyir. Çünki, ölkədə fəaliyyətdə olan bütün kitabxanalarda mütəxəssis direktorlardan fərqli kitabxana işindən anlayışsız bir həkimin – İmanova Leyla Bəkir qızının fəaliyyəti necə təqdir oluna bilər ki, hələ də “Kitabxana işi haqqında” qanun kobud şəkildə pozulur, orada kitabxanaya üzvülük pullu olaraq həyata keçirilir. Və yaxud AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova və onun himayəçisi rolunda çıxış edən vitse-prezident, deputat nədən düşünmək istəmirlər ki, “Milli Rəqəmsal Yaddaş” kimi təqdim olunan, ancaq içi hələ də boş olan bu format (http: //mek.az/mry.aspx) işlənilməyibsə, hansı dünya ədəbiyyatı kitabxanasına inteqrasiyadan və ya elmi mübadilədən söhbət gedə bilər.

Bakı Dövlət Universitetindən sonra yeganə yüksək ixtisaslı kadr hazırlayan, ümummilli lider Heydər Əliyevin fərmanı ilə elmi status alan bu müəssisəni adi kitabxanaya çevirib, idarəçilərini də bibioğlu, xalaoğlu, qardaşoğlu, dost, rəfiqədən təşkil ediblərsə, demək AMEA-nın Mərkəzi Elmi Kitabxanası ali mqsədə xidmətdən çox-çox uzaqdır.

Bilirsiz, niyə? Çünki, 90 illik ənənəsi olan elmi kitabxana hazırda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq kimi əsas meyarlardan çox-çox geridə qalıb. Belə görünür, orada nadir və qiymətli kitabların, elmi vəsaitlərin aqibətini bir uşaq belə müalicə etməmiş, həkim Leyla İmanova və ətrafının ixtiyarına buraxmaqla, AMEA-nın Mərkəzi Aparatı hələ də seyrçi mövqe sərgiləyir, orada baş verənlərin ciddiliyindən yayınmaq təşəbbüsünə üstünlük verir. Belə olmasaydı, yəqin ki, ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompüter və notbukun oğurlanmasına dair cinayət işinin təsdiqindən sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Yeni Tenologiyalar üzrə direktor müavini Ruzi

Məmmədovun, Təsərrüfat Şöbəsinin müdiri İbad Əliyevin, Ümumi İşlər üzrə direktor müavini Fuad Aslanovun və digərlərinin işdən çıxarılmasına dair AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 26 sentyabr 2018-ci il tarixli təqdimatı ilə AMEA-nın prezidentinə olunan müraciətə əsasən ikincinin çıxardığı qərar icra olunardı. Yəni adları yuxarıda çəkilən Mərkəzi Elmi Kitabxananın müavinlərinin işdən çıxarılmasına dair qərar Leyla İmanova tərəfindən icra olunardı, heçə sayılmazdı.

Məlum müavinlər işlərində hələ də qalırsa, direktor Leyla İmanovaya töhmət verilibsə, adı çəkilən digər məsul şəxslərin isə işdən azad edilməsi mümkünləşməyibsə, Mərkəzi Elmi Kitabxanada mövcud vəziyyət görünür ki, bundan sonra da düzəlməyəcəkdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilən Leyla İmanova və məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilən müavinlər mövcudluqlarını kitabxananın kollektivinə diktə şəklində tort kəsib, paylaşımlar etməklə hələ də sürdürürlərsə, onlar hansı haqla fakt üzrə məsuliyyət daşıyan digər işçiləri müəyyən edib, onlar barəsində ciddi intizam, tənbeh tədbiri görüb, nəticəsi barədə də AMEA-nın Rəyasət Heyəti aparatının kadrlar şöbəsinə məlumat verəcəklər. Demək, Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanova edilmiş müraciət və onun da 28 sentyabr 2018-ci il tarixli məktubu ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının adı çəkilən məsul vəzifəli şəxsləri barəsində ciddi intizam tənbeh tədbiri görülməsi, formal olaraq kağız üzərində qalacaq, kitabxana bir neçə ildən sonra daha acınacaqlı duruma düşəcəkdir. Yəqin ki, gec-tez buna məsul olan şəxslər baş verənlərin məsuliyyətinə dair cavabdehlik daşıyacaqlar. Lakin onda gec olacaq və mətbuat da bu məsələyə hazırkı şəkildə seyrçi münasibət bəsləməyəcək.

Qeyd edək ki, bir az əvvəl mətbuatda xəbərlər yayılmışdı ki,AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub.Eləcə də ,kitabxananın direktoru Leyla İmanova qardaşının kürəkəni, həm də həyat yoldaşı Nazim İmanovun bacısı oğlu Məmmədov Ruzi Məharət oğlunu Yüksək Texnologiyalar və Layihələr üzrə, Ruzi Məmmədovun dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə, bibisi oğlu Əliyev İbad Barat oğlunu Təsərrüfat İşləri üzrə direktor müavinləri təyin edib. Xalası oğlu Quliyev Elman Rəqəmsallaşma, rəfiqəsi Səfərova Aygünü isə kitabxana xidməti şöbələrinə müdir qoyub".

diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir?
AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Dünən, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Dünən, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Dünən, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru