Qohum başçılar yol üstündədir - Onlar daha çox narazılıq yaradırlar...
Tarix: 15-01-2019, 11:22 |
Çap et
DİA.AZ: - Ölkədə hakimiyyətin siyasətinə xələl gətirən icra başçılarının yola salınması prosesi davam etməkdədir. İqtidar xalqı qıcıqlandıran və problemlərlə baş-başa qoyan rayon icra hakimiyyəti başçılarını istefaya göndərməyi planlaşdırıb. Qeyd edək ki, dünəndən bəri təmərküzləşmə siyasətinə üstünlük verdiyini nümayiş etdirən rəsmi Bakı bu addımı ilə təkcə izafi büdcə xərcələmələrindən yayınmır, həm də xalqın rəğbətini hədəfləyir ki, bu əsnada daha çox xalqla təmasda olan məmurlardan hesab olunan icra başçıları ilə bağlı nümayiş ediləcək dəst-xətt də xüsusi önəm daşımaqdadır.
Məlumatlı mənbə iddia edir ki, qeyd olunan şərtlər fonunda ilk olaraq Xızı və Neftçala rayonlarına yeni təyinatlar gözlənilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.
Qeyd edək ki, hər iki icra başçısı qohumdurlar. Belə ki, Xızının icra başcısı Xəzər Aslanov Neftçalanın icra başcısı İsmayıl Vəliyevin qaynıdır. Deməli ilk hədəfdə olan qohum başçılardır.