Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

Rabitə sektorundakı mafiyaya onun da dəxli var... - İDDİA
Tarix: 22-11-2016, 09:46 | Çap et
Rabitə sektorundakı mafiyaya onun da dəxli var...
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun və onunla birgə həbs olunmuş nazirliyin digər əməkdaşlarnın istinataqa verdiyi ifadələr bu qurum daxilində korrupsiyanın miqyası barədə aydın təsəvvürlər yaradır

İfadələrdən görünür ki, sözügedən nazirlikdə əsas söz sahibi əslində Vidadi Zeynalov olub. Nazir Əli Abbasov formal olaraq birinci səxs statusunu daşıyıb və elə onun özü də Vidadi Zeynalovun əlinə baxıb.

V.Zeynalov nazirlikdə fəaliyyət göstərdiyi müddətdə əməlli-başlı oliqarxa çevrilib və çox qısa zamanda özünün varidatını milyardlarla ölçüləcək səviyyəyə çatdırıb. Bu gün mətbuatda V.Zeynalovun üzərinə həbs qoyulmuş əmlakının siyahısı yayılıb. Lakin V.Zeynalovun səltənəti heç də bununla yekunlaşmır.

Missiya.Az etibarlı mənbədən V.Zeynalova məxsus daha bir neçə əmlakın siyahısını əldə edib. Diqqət edək:

1. Şamaxıda (Pirqulu – Kirovkaya çatmamış) Yanacaqdoldurma məntəqəsi;
2. Zirədə 10 hektar ərazidə qurulmuş istixana;
3. Goranboyda 6 hektar ərazini əhatə edən “Gülüstan” İstirahət Mərkəzi;
4. Şamaxıda (Çuxuryurd) 5 hektar ərazini əhatə edən ailəvi istirahət kompleksi;
5. Bakıda Xətai Metrostansiyası yaxınlığında üçmərtəbəli ofis binası;
6. Bakıda 10 villası:
7. Kürdəmirdə (Bakı-Qazax yolunun 220 kilometrliyində) böyük restoran kompleksi (İcra başçısının obyekti kimi tanınır. Kürdəmirin icra başçısı Vidadi Zeynalovun yeznəsidir);
8. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olmuş onlarla özəlləşdirilmiş obyekt.

Bu siyahıda Kürdəmirdəki böyük restoran kompleksi daha çox diqqəti çəkir. Qeyd olunduğu kimi, adıçəkilən rayonun icra başçısı V.Zeynalovun yeznəsidir. Maraqlıdır ki, yeznə-qayın arasında münasibətlərin təkcə qohumluq ənənələrinə söykənmədiyi və arada ciddi biznes ilişgilərinin olması barədə mətbuatda çoxsaylı məlumatlar yayılmasına baxmayaraq, Ceyhun Cəfərov “məşəl ayağına” çəkilməyib. Lakin artıq heç kesə sirr deyil ki, C.Cəfərovun vəzifə karyerası bilavasitə V.Zeynalov tərəfindən qurulub. Biz iki qohumun əməkdaşlığı nəticəsində ərsəyə gəldiyi bildirilən çoxsaylı obyektlərdən bəhs etmək istəmirik. Bu barədə mətbuatda yazılanların da nə dərəcədə doğru olduğunu dəqiq söyləmək çətindir. Bütün bu kimi məqamları araşdırmaq müvafiq dövlət qurumlarının üzərinə düşür və güman edirik ki, artıq bu istiqamətdə müəyyən işlər aparılıb. Bu sırada V.Zeynalovun Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüddətli icarəyə götürməsi və bunun necə mümkün olması məsələsinə də diqqət ayrılması ümumi işin ancaq xeyrinə ola bilər.

İndi isə gələk Ceyhun Cəfərovun tərcümüyi-halı və vəzifə karyerasına. O, 1965-ci ildə Yevlax rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Diqqət etdinizmi? 2007-ci il. C.Cəfərov Dövlət İqtisad Universitetinə qəbul olunanda, yəni 2002-ci ildə, universitetin rektoru Əli Abbasov, prorektoru isə Vidadi Zeynalov olub.

C.Cəfərov 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 16 aprel 2014-cü ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Göründüyü kimi, C.Cəfərovun əmək fəaliyyətində mənzil kommunal təsərrüfatı səhəsi xüsusi yer tutur. Bu fakt isə daha bir şəxsi diqqət mərkəzinə gətirir - Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehrəliyev. Bu şəxs də Vidadi Zeynalovun yaxın qohumudur və illərdi ki, mətbuatda onun adı sabiq aparat rəhbəri ilə qoşa çəkilir. Yenə də mətbautda yazılanlara istinad etsək, görərik ki, R.Mehrəliyevin himayəçisi qismində ancaq bir nəfərin – V.Zeynalovun adı çəkilir. Faktlara diqqət edək: Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb və iddialara görə öz varidatını formalaşdırmağa da elə həmin illərdə başlayıb. Eyni zamanda, yazılarda o da qeyd olunur ki, 90-cı illərin əvvəllərindən Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə məhz Vidadi Zeynalov nəzarət edib. Daha dəqiq desək, bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz Vidadi Zeynalov həyata keçirib. Elə bu məqsədlə də, o, Bakı şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz yaxın qohumu Rəfail Mehralıyevi təyin etdirib.

İddialara görə, 1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub. Amma yaxın qohumunun işdən qovulması Rəfail Mehrəliyevin statusuna təsir göstərməyib. Sadəcə olaraq, onun tərəfindən bəzi əməliyyatlar müvəqqəti olaraq dondurulub. Lakin bu hal da uzun davam etməyib. Belə ki, Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfail Mehrəliyevin də mövqeylərini möhkəmlətməyə nail ola bilib. Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yaxın qohumluq əlaqələrində olduğundan, Rəfail Mehrəliyevin də karyera yüksəlişi asan həyata keçirilib. R.Mehrəliyev 2012-ci ildə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi vəzifəsinə təyin olunub. Vidadi Zeynalov isə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta sahib çıxmaqla paytaxtın kommunal təsərrüfatına ayrılan külli-miqdarda vəsaitlərin xərclənməsinə nəzarətini daha da gücləndirmiş olub.

Maraqlıdır ki, V.Zeynalovun ağır ittihamlarla həbsə alınmasına baxmayaraq onun yaxın qohumları hələ də vəzifədədir. Amma bunun belə qalacağı və adıçəkilən şəxslərin statusunda hər hansı dəyişiklik baş verməyəcəyini düşünmək də sadəlövhlük olar. Hər halda, daha doğrusunu dövlət bilir. Son nəticədə hər şey dövlətin müəyyən etdiyi kimi olacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Dünən, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Dünən, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Dünən, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru