Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                     Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                 

Eldar Mahmudovu bağ evində də tapmadılar... - FOTOLAR
Tarix: 31-10-2016, 09:03 | Çap et
Eldar Mahmudovu bağ evində də tapmadılar...
Bakıdan çıx, üz tut Pirşağıya, yaxud bir başqa şəhərətrafı qəsəbəyə, həəə, hazır ol, yol boyu ölkənin bütün əyər-əskiyini, nöqsanlarını, eyiblərini görəcəksən. Nöqsanlar isə bir deyil, iki deyil. Payız yağışlarından sonra yollar Atlantik okeanına dönüb, zirzəmiləri su basıb. Bax indi yağış qurtarıb, buluddaşıyan xəzrini gilavar əvəzləyib... amma görürsən dəəə... FHN-in işçiləri, üstü yazılı avtomaşınları hələ də küçələrdən yığışmayıblar. Yağış suyu qarışıb çirkab sularına, vəssəlam, aləmi iy götürüb. Avtobus dayanacaqlarında xalqın kasıb görkəmi xüsusən gözə girib, adamın ürəyini ağrıdıb dağlayır.

Bax, bu da səfərimizin son nöqtəsi - Pirşağının 17-ci əsrə aid qədim kənd məscidi. “Yeni Musavat” əməkdaşlarından biriylə - gülərüz Elşən Balaxanski ilə görüşümü bu qəliz ünvana təyin etmişəm. 179 saylı sərnişin avtobusundan elə təzəcə aşağı enmişdim ki, arxamca siqnal səsi gəlir. Köhnə “Jiquli”nin açıq pəncərəsindən tanış əl çıxıb mənə irəlidəki magistral yolu nişan verir.

- Nərdarana gedən bax bu yoldu. Tez elə, əyləş yanımda. Yol özü dartıb aparacaq bizi Eldar Mahmudovun bağ evinə. Səs eləmə. Gizli gedirik...

***

Bir neçə saat sürən məxfi əməliyyatımızı uğurla başa vurub geri qayıdırdıq. Fikrimiz, xəyallarımız az sonra Balaxanıda içəcəyimiz ətirli samovar çayı ətrafında qanad çalır. Əlini sükandan ayırmayan Elşən qəfil dillənir.

- Heç gözləyərdin, o yekəlikdə nazir bizim qabağımıza özü çıxsın, Həmid? Olan-keçəni bittə-bittə, xırdalıqlarına qədər, deyib-danışsın? Ölkəni vursun biri-birinə?

- Nə danışırsan, Elşən? Ağlıma gətirə bilməzdim bunu. Deyirdim, Eldar Mahmudov heç Azərbaycanda yoxdu. Qaçıb, yaxud da qaçırdıblar. Şükür... Eşitdin dediklərini... Əhvalat mətbuatda yazılan kimi deyilmiş heç. Heyif, fotosunu çəkməyə, videogörüntüsünü almağa imkan vermədilər.

Zabrat artıq arxadaydı. Balaxanaya çataçatdaydıq. Qəfil eşitdiyim bu sözlər məni əməlli-başlı özümdən çıxardı.

- Video çəkirdin ki sən? Telefonunun, özüm gördün, düyməsini basmışdın. Elşən, qorxutma məni. Şəklini də çəkmədin?

Yol boyu izlənib güdülməyimizi düşünən Elşənin ayaq pəncəsi nəhayət, qaz pedalının üstündən ayrıldı. O, əlinin bircə dəqiq hərəkətiylə döngə işığını yandırıb dedi:

- Girdik eyyy Balaxanıya. Bura kiçik vətənimdi. Kimin ağzı nədi burda məni tutub saxlasın. Ay Həmid, Eldara gəldikdə, onun videosunu da çəksəydik, lap belə canlı yayımda müsahibəsini də versəydik, xeyri yoxdur, deyəcəkdilər Eldar özü deyil, oxşarıdır. Jurnalistlər ucuz sensasiya dalınca qaçıb, bu oxşarı tapıb danışdırıblar.
Arxaya boylandım. Əmin oldum, daha bizi güdən-filan yoxdu.

***
Nardaranda Eldar Mahmudovun bağını axtara-axtara neyçünsə, özümüz də bilmədən gəlib çıxırıq pirə. Rəhimə xanımın uca dərgahına. Yeddinci imam Museyi-Kazımın qızının məzarına. Məhərrəmlik günləridi. Amma əvvəlki gur izdihamdan indi Nardaranda əsər-əlamət yoxdu. Pirin daxilində həm də hava çox soyuqdu - danışanda, yaxud dua pıçıldayanda ağzından ağ buxar sütunu çıxır. Bunu görən bir kənd balasının elə bil dərdi açılır.

- Günümüz göy əskiyə bükülüb. Bir ayda 170 kənd sakinini işığa görə cərimələyiblər. Bəhanələri də odur ki, bəs biz işıq naqillərinə qanunsuz müdaxilə edirik. İş yoxxxx...güc yoxxxx....evdə uşaqlar donur, həyət-bacada ağac-filan qalmayıb, camaat kəsib doğrayıb. İstixanaların taxta-tuxtasını kəsib basmışıq sobalara. Qış da, görürsüz, tərslikdən bu il tez gəlib. Hələ pirin ayağına 46 min borc yazıblar. Bundan danışın eyyyy...

- Mətbuat bəs yazırdı ki, prezident bu pirə gəlib? Camaatın 12 milyon manatlıq işıq borcunu sildirib... Camaat da elə bunu deyir - “İlham Əliyev gəldi, borclarımızı sildi, bəs bu borc hardan çıxdı, həəə?

Pirin həyətindəyik bu saat. Yanımızdan təpədən-dırnağacan silahlanmış hərbçi patrullar keçib biz tərəfə tərs-tərs baxırlar. Onlara uzaqdan-uzağa təbəssümlə cavab verməyi anında özümüzə borc bilirik.

Ancaq bu təbəssüm elə bizim sifətimizdədi. Kənd camaatının üzündən bu təbssüm çoxdan silinib.

- Ağsaqqalarımıza işıq idarəsində dedilər ki, bəs silinən borclar qeyri-əhalinin olub. Bu qeyri-əhali kimdi? Desinlər, bilək, bu qeyri-əhali 12 milyon borcu necə yığıb, nə vaxt yığıb? Prezident Nardaran camaatının 12 milyonluq işıq borcunu silmişdi axı...
Pirin qoşa minarələri arasında pərvazlanan ağ göyərçinlər qıy vurub yanımızdan ötürlər. Bir an bu bədii ricət diqqətimizi mövzudan yayındırır. Pirim ən yüksək nöqtəsindən Nardarana baxıb onun bu qəmli günlərini həmişəlik yaddaşımıza həkk etmək istəyirik. Sonra qayıdırıq bayaqkı mövzumuza.

- Bəlkə “qeyri-əhali” dedikləri, kəndinizdəki qırağyerli bağ sahibləridir, hə? Milyoner rəislər, korrupsioner məmurlardı? Bəlkə deyirəm Eldar Mahmudovun işıq borcuna siliblər bu 12 milyonu? Bağı burdadır da Eldarın...

- Bu kənddə kimin bağı yoxdu ki... Biz də bilirik Eldar Mahmudovun bağ evi bu ətrafdadı.

- Eldar Mahmudov nazirkən bu kəndə, bu pirə bir xeyri dəyib heç?

Sualım, qabağımdakı kənd balasını diksindirib qorxudur. O, səsini bir pillə aşağı salır.

- Nəzir-niyazı bura, bir nazir var, onun anası hər il göndərərdi. Bu il o da olmadı. Yetim-yesirə nəzir-niyaz çatmadı. Biz ancaq Eldarın adını eşitmişik. Bilirik OBXSS olandan özünə kəndimizdə bağ sahəsi alıb. Koma qaraldıb. Sonra da nazir oldu. Komanı çevirdi imarətə. Dörd tərəfi qala divarı. Üstü də ki, videokameralar. Gələni-gedəni güdür...

Həmsöhbətimiz sükuta qapıldı. Əliylə kəndin qurtaracağını nişan verib əlavə etdi.

- Bağı odey, o başdadır. Gedin irəli. Qoşa anqarlar olan yerdə burulun sağa, sallanın aşağı. Daharlıqdan sonrakı yekə, heyvərə mülk Eldar Mahmudovundu.

***

Deyildiyi kimi gəlib çıxdıq daharlığa. Sallandıq aşağı. Axır yetişdik Eldar Mahmudovun dəmir darvazasına. Darvaza bilmirəm niyə, hansı səbəbdən qara rəngə boyanmışdı. Təzəcə rəngləmişdilərmi onu, yoxsa əvvəldən rəngi beləydi, bilinmədi bu. Məncə, Eldar Mahmudov özü bilərəkdən qapısını qara rəngə boyatdırmışdı.

Mətbut yazır ki, Eldarın bağ evi dörd tərəfdən xüsusi nəzarət altındadır. Ətrafında əlisilahlılar keşik çəkərək Eldarın hər bir hərəkətini diqqət mərkəzində saxlayırlar.
Ay-hay... Heç də belə deyilmiş. Bağın ətrafında bir xeyli gəzişdik. Qarşımıza bir ins-cins çıxıb “burda nə gəzirsiz?” sualını vermədi. Videonəzarət kameralarının önündə foto çəkib içərdikələrin səbrini imtahana çəkmək qərarını verdik. Xeyri olmadı.

Axır, daha sizdən nə gizlin, cürətləndim. Qara darvazaya yaxınlaşıb, gözətçi hücrəsinin tünd şüşəsini taqqıldatdım. Gözlədim xeyli. Hay verən tapılmadı. Lap cürətlənib qara darvazaya yaxınlaşdım... Əlimi elə təzəcə qapıya tərəf uzatmışdım ki, qapı yerindən tərpəndi. Gördüm qapı öz-özünə, avtomatik açılır. Başa düşdüm ki, səs eləmə, bağda kimsə var. İki addım geriyə çəkilib görmə əhatəmi azca genişləndirdim. Bu vaxt qəfil qapı öz-özünə bağlandı. İçəridən addım səsləri gəldi. Əynində nişansız hərbi geyim, əlində ratsiyatəhər ev telefonu tutan mühafizəçi qarşımızda peyda oldu. Eldar Mahmudovla görüşə gəldiyimizi bilincə əlindəki telefonu qurdalamağa başladı. Arada bizdən xəbər sordu.

- Kimsiz? Niyə gəlibsiz bura?

Cavabımız çoxdan hazırdı.

- Köhnədən tanışıq.

- O burda yoxdu. Adınızı deyin, xəbər verərik ki, gəlmişdiz.

Suala cavab verməmək naminə “Eldar müəllim nə vaxt burda olur? Nə vaxt gəlsək onunla görüşə bilərik?” cümləsini pıçıldayırıq. Hərbiçi çiyinlərini çəkib, özünəməxsus sərt şəkildə “Bilmərəm” deyib təzədən adımızı soruşur. “Jurnalistlərik” deyib Eldar Mahmudovla müsahibəyə gəldiyimizi daha gizlətmirik. Nəzarətçi “Çıxıb gedin. O, burda yoxdur” deyərək qara qapıların arxasında gözdən itir.

Qonşuları da soraqlayıb Eldar Mahmudov barədə əlavə məlumat toplamağa çalışırıq. Qonşulardan biri “Eldar Mahmudov nazir olarkən də bağına nə vaxt gəlib-getdiyini kənar şəxslərdən kimsə bilməzdi. Maşınları bir-birinə oxşayırdı. Nömrələri 10-la başlayıb 009-la bitirdi. Bilmək olmurdu hansı maşınla glib, hansı maşınla gedir. İndinin özündə də bağı əvvəlki kimi çiraqban olur. Kim bilir burdadı, burda deyil”.

***

Nardarandan qayıdanda bizi düşündürən bir sual vardı - 12 milyon işıq borcunun Eldar Mahmudova dəxli olub? Nazir olanda ondan alınmayan işıq pulunu kim ödəyəcək?

Eldar Mahmudovu bağ evində də tapmadılar...
Eldar Mahmudovu bağ evində də tapmadılar...
Eldar Mahmudovu bağ evində də tapmadılar...
Eldar Mahmudovu bağ evində də tapmadılar...
Eldar Mahmudovu bağ evində də tapmadılar...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55
Bu qrupa yeni sədr seçildi
Dünən, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Dünən, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Dünən, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Dünən, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Dünən, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Dünən, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Dünən, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Dünən, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Dünən, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Dünən, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Dünən, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Dünən, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Dünən, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Dünən, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Dünən, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Dünən, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Dünən, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Dünən, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Dünən, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Dünən, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Dünən, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Dünən, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Dünən, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Dünən, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru