Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

“Nikoil Bank” da vətəndaşların evinə məhkəməsiz müştəri də tapırlar? - ŞİKAYƏT VAR
Tarix: 14-10-2016, 10:05 | Çap et
“Nikoil Bank” da vətəndaşların evinə məhkəməsiz müştəri də tapırlar?
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən Bakı şəhəri Nizami rayon sakini, 1963-cü il təvəllüdlü Fatma Heydər qızı Əliyeva bildirib ki, o, “Nikoil Bank”ın 9 saylı filialında baş mütəxəssis işləyən Azad Abıyev adlı şəxs tərəfindən aldadılıb və hətta zorakılığa məruz qalıb. Şikayətçinin sözlərinə görə, Azad Abıyevin saxtakarlığı üzündən, o evindən məhrum olub və “Nikoil Bank”indi onun mənzilini əlindən almaq istəyir: “Evimi təmir etdirmək və şəkər xəstəsi olan bacımın müalicəsi üçün 2014-cü il noyabrın 24-də həmin banka müraciət edib kredit ayırmağı xahiş etmişəm. Orda işləyən Azad Abıyev adlı baş mütəxəssis sənədlərə 12500 (on iki min beş yüz) manat yazmaqla, 10000 (on min) manat kredit verdi. Mən dedim ki, mənə 10 min lazımdır, o isə sənədlərə 2500 manat artıq yazdı və dedi ki, bu artıq məbləğ bankın xərcidir.
Məndən 400 manat da notarius xərci aldı, evimi banka girov qoyduq. Mənimlə ilk dəfədən mehriban davranmış, isti münasibət göstərmişdi. Mən də ona “oğlum” deyirdim və səmimiyyətinə inanırdım. Daha sonra evimin təmiri zamanı ortaya əlavə xərclər çıxdı, mən yenidən banka getdim. 2014-cü il dekabrın 18-də Azad Abıyevin yanına gedərək, 3 min manat da kredit ayırmalarını xahiş etdim. O dedi ki, sabah tezdən gəl, direktor Seymur müəllim burda olmayacaq, mən tələsik sənədləri hazırlayaram, gedərsən. Dekabrın 19-da mənə 3 min manat verdi, amma sənəddə 24300 (iyirmi dörd min üç yüz) ABŞ dolları yazdı. Əlavə olaraq, məndən ikinci dəfə girov müqaviləsi üçün 400 manat notarius pulu alındı. Mən sevincək pulu alıb getdim evə, sənədlərə də baxmadım”.
O qeyd edib ki, növbəti ay banka pul ödəməyə gedəndə, ondan krediti manatla yox, dollarla ödəməyi tələb ediblər. “Mən işçidən səbəbini soruşanda, Azad Abıyev qolumdan tutub öz otağına çəkdi və dedi ki, “Fatma xanım, səndən üzr istəyirəm, mənim yadımdan çıxdı, sənə müqavilənin dollarla olduğunu demədim”.
Onun dediyinə görə, 24300 ABŞ dolları ümumi məbləğ idi. Amma 10 min manatın üstünə 3 min manat gələndə 24300 dollar eləmir axı? Azad Abıyev məndən xahiş etdi ki, hələlik “sakit” durum, o da öz maşınını satıb mənim üstümə yazılan artıq məbləği özü ödəyəcək.
Yeddi ay ərzində məni aldatdı, “atamın goruna and olsun” deyə andlar içərək, məni pis vəziyyətə qoydu. Sonra bank 2015-ci ilin dekabrında məni məhkəməyə verdi. Nizami Rayon Məhkəməsində hakim Məzahir Sadıqov məni dinlədi, dedi narahat olma, sənə kömək edəcəyəm. Amma iyunun 9-da qətnamə çıxarıldı ki, evimdən çıxarılım.
Ondan qabaq isə Səliqə adında bir qadın gəlmişdi evə, dedi ki, Azad müəllim onu göndərib, evi 30 min manata Azada sat, yoxsa bank əlindən alacaq. Mənsə o qadını qovdum. Birinci məhkəmədə uduzandan sonra, mən iyunun 14-də Azadın yanına getdim, dedim ki, “Azad müəllim, sən məni aldatdın, şikayətim olmadığı barədə kağızlara imzalatdırdın, amma indi özünü kənara çəkmisən”.
O da məni təhqir etdi və qolumu qıraraq bankdan qovdu”, – deyə şikayətçi bildirib. Fatma Əliyeva polisə şikayət etdiyini qeyd edib: “Mən 102-yə müraciət etmişəm, bu dəqiqə bütün sənədlərim hazırda Nərimanov Rayon Polisindədir, Xıdır Xıdırov araşdırıb. Nərimanov Rayon Prokurorluğunda Vüqar Əliyev mənə dedi ki, bir ay içində iki dəfə kredit verilməsində vəzifə saxtakarlığı və korrupsiya elementləri var. Digər tərəfdən, Azad Abıyev 96 saylı notariusda girov müqaviləsi üçün 34 manat rüsum keçirib, amma məndən 400 manat alıb, özümü maşında saxlamış, özü isə gedib sənədləri rəsmiləşdirmişdi. Hazırda Bakı Apellyasiya Məhkəməsində proses gedir. Sizdən xahiş edirəm ki, məsələnin ictimailəşməsi və haqq səsimin ölkə rəhbərliyi tərəfindən eşidilməsi üçün, mənə dəstək verəsiniz. Azad Abıyev və “Nikoil Bank”ın məni məruz qoyduğu fırıldaqlar cəzasız qalmamalıdır”.
Oktyabrın 5-də Qafqaznews.az-a zəng edən Azad Abıyev adlı şəxs bildirdi ki, Fatma Əliyevanın sözlərinə münasibət bildirmək istəyir.
“O, bizdən birinci manatla kredit götürmüşdü, sonra gəldi ki, pul mənə azlıq edir, yenə kredit istəyirəm. Biz bildirdik ki, ancaq dollarla verə bilərik, o da razılaşdı. Birinci müqavilənin borcunu bağlamaqla, ikinci müqavilə imzaladıq. Burda qanunsuz heç nə yoxdur. Onun dediklərinin heç bir əsası yoxdur, nə qədər pul yazılıbsa, hamısını alıb. Heç bir “şapka”dan, “bank xərci”ndən söz gedə bilməz. Sadəcə, birinci devalvasiyadan sonra pulu ödəyə bilmədi, çətinlik çəkdi. Biz Fatma Əliyevanı çağırdıq ki, adamlar var, evi sat, banka borcunu ödə, sənə də pul qalacaq. O isə imtina etdi. İkinci devalvasiyadan sonra da gəlmişdi, ərizə yazdı ki, həqiqətən də o qədər pulu alıb və hətta ərizəsində bank işçilərinə təşəkkür etmişdi. Bu il iyunun 14-də gəldi banka hay-küy saldı, bizim də Mühafizə Polisiylə müqaviləmiz var deyə, düyməni basdıq, gəldilər. Sonra özü 102-yə şikayət etdi.. Gedib polisdə ifadə də vermişəm. Ona qarşı heç bir zorakılıq olmayıb, şahidlər də var”, – deyə A.Abıyev bildirdi.
Qeyd edək ki, redaksiyamıza məlumat verən başqa bir mənbə Azad Abıyevin qardaşı Zaur Əzizağa oğlu Abıyevin yaxın aylara qədər “Nikoil Bank”da idarə heyətinin üzvü olduğunu, 2014-2015-ci illərdə, yəni, Fatma Əliyevanın kredit mübahisəsi getdiyi vaxtlarda da öz qardaşını “qoruduğunu” bildirdi.
“Azad müəllim, atanızın adı nədir?”, – deyə Azad Abıyevdən soruşduq.
“Atamın adını nə edirsiniz, çoxdan rəhmətə gedib”, – deyə həmsöhbətimiz cavabdan yayındı.
“Allah rəhmət eləsin! Atanızın adı Əzizağa olub?”, – deyə dəqiqləşdirmək istədik.
“Bəli. Əzizağa olub”, – deyə Azad Abıyev təsdiqlədi.
“Zaur Əzizağa oğlu Abıyev…. “Nikoil Bank”ın İdarə Heyətinin üzvü… Sizin qardaşınızdır?” – deyə soruşduq.
“Bəli, mən qardaşımdır, onun bura nə dəxli var ki? Hazırda işləmir, mən özüm də 20 gündür ordan çıxmışam. İxtisara düşmüşəm. İkimiz də işsizik”, – deyə Azad Abıyev cavab verdi.
“Nikoil Bank”ın mətbuat xidmətinin rəhbəri Rəşad Cümşüdov isə bildirdi ki, məsələdən xəbəri var və Fatma Əliyeva dəfələrlə “Nikoil Bank”ın baş ofisinə şikayət üçün gəlib.
“Daxili araşdırma aparmışıq, heç bir qanunsuzluq aşkarlanmayıb. O qadın sadəcə devalvasiyadan sonra krediti ödəmək istəməyib, ona görə belə edir. Kreditlərin sənədləşdirilməsində hər şüy hüquqi və qanunidir. Onun döyülməsi ilə bağlı iddia isə əsassızdır, ekspertiza da müəyyən edib ki, bu xəsarət sonradan olub, “Nikoil Bank”dakı hadisəylə heç bir əlaqəsi yoxdur”, – deyə R.Cümşüdov bildirdi.
“Əgər müştərinin ödəmə ilə bağlı problemi olarsa, siz hansısa güzəştlər, restrukturuzasiya təklif etmirsiniz? Axı xanım evsiz qalacaq”, – deyə qeyd etdik. “Əlbəttə, biz o xanımın problemini anlayırıq, amma o, ümumiyyətlə kredit ödəməkdən imtina edib. Biz müştərilərimizə restrukturuzsiya təklif edirik. Hətta bu yaxınlarda bir kampaniyanı uğurla bitirdik ki, devalvasiyaya qədər dollarla kredit götürən vətəndaşların ödənişlərini 1 dollara 1,03 manat məzənnə ilə qəbul edirdik”, – deyə bank rəsmisi cavab verdi. “Məhz Fatma Əliyevaya restrukturuzasiya təklif olunubmu?”, – deyə dəqiqləşdirmək istədik.
“Bu barədə deyə bilmərəm, ona nə təklif olunması barədə dəqiq məlumatım yoxdur”, – deyə “Nikoil Bank”ın mətbuat katibi cavab verdi.
Şikayətçi Fatma Əliyeva isə Azad Abıyev və Rəşad Cümşüdovun sözlərini belə şərh etdi: “18-ci bölmədə ərizəmi götürdülər, “napravleniya” ilə həkimə göndərdilər. Həkim rəyi də var, saytda yerləşdirə bilərsiniz. Mən elə bankın içindən 102-yə zəng eləmişdim, amma ərizəmi bir neçə gün sonra götürdülər. Bir də ki, əgər mən dəfələrlə “Nikoil Bank”da olmuşamsa, Azad Abıyevdən şikayət etmişəmsə, necə olur ki, bank işçilərindən şikayət olmadığını da yazmışam? Məni Azad Abıyev aldadıb arxayınlaşdırmışdı. Yoxsa, mən dəfələrlə şikayət etdiyim adamdan yazılı surətdə razılıq bildirərdimmi? Onlar məni aldatdılar. Heç bir restrukturuzasiya da təklif etmədilər”. Bizə maraqlı gəldi, “Nikoil Bank” əməkdaşları hansı hüquqi əsasla borclunun evinə müştəri tapırlar? Məgər, vətəndaşın evinin satılıb-satılmamasına yalnız məhkəmə qərar vermir?
Oktyabrın 6-da bu suallara cavab almaq üçün, “Nikoil Bank”ın mətbuat katibi Rəşad Cümşüdovla yenidən əlaqə saxladıq. “Mən Azad Abıyevin yerinə cavab verə bilmərəm. Ümumiyyətlə, qanunvericiliyə görə, borclu müştərinin evi ancaq hərracla, məhkəmə qətnaməsindən sonra icraçı vasitəsiylə satıla bilər”, – deyə R.Cümşüdov cavab verdi. “Siz demişdiniz ki, ekspertiza rəyi var… Vətəndaş bizə həkim rəyi təqdim edib, orda xəsarət faktı təsdiqlənib”, – deyə xatırlatdıq.
“O bizə şikayət edib, onun sözləri dinlənilib, araşdırma keçirilib və ona müvafiq cavab verilib… Fatma Əliyeva həkim rəyini bizə də təqdim edib. Sizdə varsa bizdən niyə soruşursunuz?… Siz istintaq orqanı deyilsiniz, mediasınız… Məhkəmə gedir, prokurorluq araşdırır… Məhkəmə nə qərar versə, onu icra edəcəyik. Əgər məhkəmədə hər hansı qanunsuzluq faktı ortaya çıxsa, onu aradan qaldıracağıq”, – deyə R.Cümşüdov bizim suallarımıza cavab verdi.
Azad Abıyev isə Qafqaznews.az-a bildirdi ki, F.Əliyevanın evinə şəxsən öz təşəbbüsütlə müştəri tapıb: “Mən yaxşılıq məqsədiylə onun evinə müştəri tapdım, o isə boyun qaçırdı. Bütün banklarda bu praktika var, heç bir qanunsuz şey yoxdur. Bank zamin durur, borc ödənilir, əlavə pul verilir ev sahibinə, notraiusda alqı-satqı olunur, ev girovdan çıxarılır. Mən ona restrukturuzasiya da təklif edim, məsələsini bankın kredit komitəsinə çıxarıb, 180 aylıq qrafik tərtib elədim, o isə dedi ki, yox, mən 1 dolları 0,78 qəpik məzənnəsi ilə ödəmək istəyirəm. Bu isə mümkün deyildi. Ona dollar vermişiksə, dollarla da qaytarmalı idi. İnanın mənə, dedikləri böhtandır, heç bir əsası yoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Dünən, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Dünən, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Dünən, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru