Zərdabda "əjdahalar" peyda olub... - bələdiyyə sədrinin görünməmiş özbaşınalığı
Tarix: 22-09-2016, 08:56 | Çap et
 "Zərdab rayonu Gödəkqobu kənd bələdiyyəsinin sədri Kapitay İxtiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə əmlakını şəxsi malı kimi talan edir. Bu səbəbdən Gödəkqobu kənd yolları yararsız vəziyyətdədir. Örüş torpaqları satılıb. Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarovun qanunsuz əməlləriniGöyçay Regional Ədliyyə Şöbəsinin rəisi Ruslan Osmanlı öz maraqlarına görə ört-basdır edir". Bu fikirlər Zərdab rayonu, Gödəkqobu kənd sakinləri tərəfindən "Gündəm xəbər"in redaksiyasına ünvanlanan şikayət məktubunda yer alıb. Sakinlər yazır ki, onlar şikayət ərizəsi ilə Göyçay Regional Ədliyyə Şöbəsinə müraciət edib və Kapitay İxtiyarovun 2016-cı il tarixə qədər fəaliyyətinin yoxlanılmasını xahiş ediblər: "Ancaq öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutan Ruslan Osmanlı bizim şikayətimiə başdansovdu münaisibətbəslədi. Belə ki, o, bələdiyyə sədrinin 2013-2014-cü illərə olan fəaliyyətini yoxlaması barədə bizə cavab yazdı. Birincisi, bələdiyyə sədrinin son iki ildəki fəaliyyəti yoxlanılmadı. Digər tərəfdən, yoxlama kənddə yerində aparılmalı olduğu halda Ruslan Osmanlının mebelli-kondisionerli kabinetində aparılmışdır ki, bu da qanunsuzluqdur. Kənd ərazisində olan kanallar zir-zibildən təmizlənmir. Kənddə 3 yerdə təbii axmaz göllər var ki, ümumi olaraq təxminən 45 hektar ərazini əhatə etsə də, sənəddə saxtakarlıq edilərək 22 hektar qeyd edilmişdir. Bu açıq-aşkar saxtakarlıq cinayətidir ki, bunu Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarov törədib. Kənd sakinləri təbii göldən istifadə edə bilmirlər. Hansı ki, həmin gölün icarə sənədləri saxtadır". Sakinlər yazır ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının Gödəkqobu kənd ərazi üzrə nümayəndəliyinin sədri Müzəffər İxtiyarov bələdiyyə sədri Kapitay İxtiyarovun əmisidir: "İcra Nümayəndəsinin müavini Xətai Novruzov isə həmin saxta icarə müqaviləsi ilə təbii gölü zəbt etmiş Bayram Novruzovun oğludur.Vəzifə səlahiyətlərindən sui-istifadə edən İxtiyarovlar və Novruzovların qanunsuz fəaliyyətləri nəticəsində kənd sakinləri çox əziyyət çəkirlər. Onların barələrində heç bir tədbirlər görülmür. Kənd İcra Nümayəndiliyinin müavini Xətai Novruzov açıq -aşkar bizə bildirir ki, Zərdab rayon icra başçısına 5000 manat pul vermişəm, buna görə də göldən ancaq biz istifadə etməliyik. Qeyd edək ki, həmin təbii axmaz gölün birini saxta sənədlə 8 hektar qeyd edib Xətai Novruzovun atası Bayramın icarəsinə veriblər. Əslində isə həmin göl təxminən 16-18 hektar ərazini əhatə edir. Həmçinin gölün yaxınlığında olan kollektoru da Bayram Novruzov zəbt edibdir. Bu barədə ortada sənədin olmasına baxmayaraq, heç bir tədbir görülmür. Biz dəfələrlə aidiyyatı orqanlara müraciət edib xahiş etmişik ki, kənd ərazisində olan göllər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ölçülsün. Çünki həmin 3 təbii göl qeyd etdiyimiz kimi 45 hektar ərazini əhatə edir, ancaq sənəddə 22 hektar qeyd edilib.Adicə metrə ilə ölçəndə bunu aydın etmək olur". Sakinlər qeyd edir ki, Gödəkqobu kənd sakinləri dədə-baba vaxtından həmin təbii göldən istifadə edib balıq tutub, ov edib ailələrini dolandırıblar: "İndi bir qrup vəzifə saxtakarları talançılıqla məşğul olub kənd camaatına zülm edirlər. Bu cinayət əməlləri araşdırılmalı və cavabdeh vəzifəli şəxslər məsuliyyətə cəlb edilməlidirlər. Cənab Prezident kənd təsərrüfatının inkişafı üçün mütərəqqi addımlar atsa da, buna qarşı çıxan İxtiyarovlar və Novruzovlar kimi məsuliyyətsiz və səriştəsiz vəzifəli şəxslər var". Ölkə prezidenti İlham Əliyevə müraciət edən kənd sakinləri yazır: "Cənab Prezident! Xalq sizə inanır və sizin arxanızdadır. Ancaq öz maraqlarına görə vəzifə saxtakarlıqları edən şəxslər sizə, dövlətə və qanunlara qarşı çıxırlar ki, onların barəsində təcili tədbirlər görülməlidir. Sizdən xahiş edirik ki, şikayətimizdə göstərdiyimiz qanunsuzluq faktlarının yerində, bizim iştirakımızla obyektiv araşdırılıb ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz". Məktubu kənd sakinləri adından Əhədov Abdulhəmid Abduləhəd oğlu, Sarıyev Qafar Qulu oğlu, Mürşüdov Münasib Abdul oğlu imzalayıblar.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10 |
|
|
|
| • 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06 |
|
|
|
| • Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02 |
|
|
|
| • İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01 |
|
|
|
| • Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49 |
|
|
|
| • “MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44 |
|
|
|
| • “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29 |
|
|
|
| • Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26 |
|
|
|
| • İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23 |
|
|
|
| • Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21 |
|
|
|
| • “Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19 |
|
|
|
| • Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16 |
|
|
|
| • "Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12 |
|
|
|
| • Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11 |
|
|
|
| • Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08 |
|
|
|
| • Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04 |
|
|
|
| • Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55 |
|
|
|
| • Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51 |
|
|
|
| • BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
| • Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41 |
|
|
|
| • Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39 |
|
|
|
| • Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37 |
|
|
|
| • İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32 |
|
|
|
| • Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28 |
|
|
|
| • “Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18 |
|
|
|
| • Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16 |
|
|
|
| • Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09 |
|
|
|
| • Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06 |
|
|
|
| • Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
| • Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55 |
|
|
|
| • Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51 |
|
|
|
| • Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44 |
|
|
|
| • Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40 |
|
|
|
| • Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
| • Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36 |
|
|
|
| • İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11 |
|
|
|
| • Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10 |
|
|
|
| • YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09 |
|
|
|
| • İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06 |
|
|
|
| • Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00 |
|
|
|
| • Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48 |
|
|
|
| • Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24 |
|
|
|
| • Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22 |
|
|
|
| • Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15 |
|
|
|
| • Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Dünən, 13:02 |
|
|
|
| • Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Dünən, 12:59 |
|
|
|
| • “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Dünən, 12:54 |
|
|
|
| • Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Dünən, 12:52 |
|
|
|
|