Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

Mərkəzi Hərbi Sanatoriyanın rəisi haqqında ŞOK İTTİHAMLAR - Yeyinti faktı...
Tarix: 17-08-2016, 09:41 | Çap et
Mərkəzi Hərbi Sanatoriyanın rəisi haqqında ŞOK İTTİHAMLAR
Moderator.az-ın poçtuna ağır ittihamlarla dolu bir şikayət məktubu daxil olub. Məktub müəllifləri baş verənlərin artıq Müdafiə Nazirliyi rəhbərliyi və Hərbi Prokurorluq üçün sirr olmadığını iddia edirlər:

"Hərb ilə bağlı istənilən mövzu cəmiyyətdə çox həssaslıqla və diqqətlə qarşılanır. Bu da təsadüfi deyil. Müharibə şəraitində olan, düşmən dövlətlərlə əhatələnən, azadlığı və ərazi bütövlüyü uğrunda minlərlə şəhidlər verən xaqlın ayaqda qalma, güvənc yeri də məhz onun ordusu, silahlı qüvvələridir. Amma təəssüflər olsun ki, bəzən burada da neqativ hallara rast gəlinir. Bəzilərinin tamahkarlığı, əliəyrliyi, pis niyyətləri, tutduğu vəzifəsindən sui-istifadəsi, qərəzliliyi və bu kimi məziyyətləri hərbi sahəmizin imici və cəmiyyətdəki mövqeyi ilə ziddiyyət yaradır.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında hərbçilərin və onların ailələrinin istirahət və müalicə alamağı üçün dövlət tərəfindən hər cür şarait yaradılıb. Ən müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Burada 160 nəfərdən çox əməkdaş çalışır və hər cür maddi-texniki təhcizata malikdir. Lakin sanatoriyanın idarəçiliyində və yanaşmada ciddi problemlər, qüsurlar var. Əvvəllər Göradil Hərbi İstirahət Evi kimi tanınan Mərkəzi Hərbi Sanatoriyada (MHS) iki il əvvəl Vadadi Əliyev adlı yeni rəis təyin olunandan sonra ab-hava da dəyişdi, idarəçilik də. Həmin vaxtdan eribarən MHS təzə rəisin “iş rejimi” və yaratdığı “qayda-qanunlarla” fəaliyyət göstərməyə başladı. Rəisin ilk gördüyü tədbirlərdən biri sanatoriyada istirahət edənlərin əksəriyyətinin qeydiyyatdan gizlədilməsi, pulların mənimsənilməsidir. Halbuki həmin vəsait büdcəyə oturmalı, sanatoriyanın maddi-texniki və tibb personalının saxlanılmasına yönəldilməlidir. Maraq üçün sanatoriyanın veb səhifəsinə göz gəzdirərərk göstərilən xidmət və tibbi personalla tanış olarkən məlum oldu ki, orda çalışan tibb işçilərinin bir qisminın “Odlar Yurdu” Universitetinin təhsil verdiyi həkimlərdı. Hansı ki, həmin özəl universitetin mükəmməl tibbi biliklər verən təhsil bazası yoxdu. Yaxud da, gündəlik xərcin 30 manat göstərilməsinə baxmayarq, bu qiymətə burada müalicəvi istirahət almaq sadəcə mümkün deyil. Verilən yeməklərin isə keyfiyyətindən danışmağa dəyməz.
Araşdırmamız zamanı tükürpədən bəzi faktlar da ortaya çıxdı. Məlum oldu ki, rəis Vidadi Əliyev bəzi əməkdaşların plastik kartlarını alıb pullarını mənimsəyib. Cəmilə Kərimova, Ramilə Hüseynova, Mətləb Allahverdiyev, Xəyal Xudiyev adlı əməkdaşlar rəis Vidadi Əliyevin tamahının qurbanı olaraq öz halal əməkhaqqlarını ala bilməyiblər. Çox çək-çevirdən sonra X.Xudiyevlə M.Allahverdiyevin pulu 3 aydan, C.Kərimova ilə R.Hüseynovanın pulu isə 6 aydan sonra ödənilib. Məsələ o qədər böyüyüb ki, Ramilə xanım öz haqqının bərpa edilməsi üçün Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə mürciət etmək məcburiyyətində qalıb. Bundan hiddətlənən rəis Ramilə xanımı gözümçıxdıya salır, ona müxtəlif təzyiqlər göstərməyə başlayır.

Daha detallı desək, Mərkəzi Hərbi Sanatoriyada Hüseynova Ramilə İlqar qızı 07.05.2015-ci il tarixdən, Kərimova Cəmilə Qələm qızı isə 06.05.2015-ci il tarixdən işləyirlər və işlədiyi dövrdən həmin xanımlar plastik maaş kartı ilə təmin olunurlar. Hüseynova Ramilə və Kərimova Cəmilə 2015-ci ilin iyun ayının maaşını plastik kartdan çəkmək istəyərkən kartda pulun olmadığı məlum olur. Hüseynova Ramilə və Kərimova Cəmilə tərəfindən sanatoriyanın maliyyə xidmətinə müraciət edildikdə pulların onların hesabına köcürüldüyü deyilir. Aydın olur ki, Hüseynova Ramilə və Kərimova Cəmilənın hesabından 287 manat pul çıxarılıb. Daha sonra pulların sanatoriyanın keçmiş maliyyə xidməti rəisi –baş mühasib Əlimirzəyev Ceyhun Ağasəlim tərəfindən çıxarıldıgı məlum olmuşdur. Yuxarıda qeyd olunan fakt Respublika Hərbi Prokurorluğunda araşdırlır. 2016-ci ilin fevral ayında pulları maaş kartından icazəsiz olaraq çıxardılan Hüseynova Ramilə həmin faktla bağlı Müdafiə Nazirliyinə şikayət edir. Həmin şikayət əsasında Müdafiə Nazirliyinindən sanatoriyaya cavab məkutubu gəlir və bu işin araşdırılması tapşırılır. Bundan sonra sanatoriya rəisi Vidadi Əliyev tərəfindən Müdafiə Nazirliyi Tibb Baş İdarəsinə cavab verilir və qanunsuz olaraq Hüseynova Ramilə və Kərimova Cəmilənin maaş kartından pulu götürən Əlimirzeyev Ceyhun tərəfindən pul hissə-hissə geri qaytarılır. Pul kartından pulu icazəsiz götürülən Hüseynova Ramilə Vidadi Əliyevin təlimat və təzyiqi ilə Respublika Hərbi Prokurorluğunda öz ifadəsini dəyişərək başqa məzmunda ifadə verir. Belə ki, Ramilə Hüseynova Müdafiyə Nazirliyinə yazdığı şikayətində Ceyhun Əlimirzəyev tərəfindən pullarının mənimsənildiyini göstərdiyi halda, 6 ay sonra Respublika Hərbi Prokuroluğunda verdiyi ifadədə Əlimirzeyev Ceyhuna maaş kartından pul çəkilmədiyini, pulu borc verdiyini deyir. Ramilə Hüseynova tərəfindən yazdığı izahatlarda da 287 manat pulun Ceyhun Əlimirzeyev tərəfindən ona və Kərimova Cəmiləyə hissə -hissə qaytarıldığı göstərilib.
Indiki halda isə, yuxarıda qeyd olunan faktın Vidadi Əliyevin öz əlehinə çevriləcəyinə ehtiyat etdiyi üçün, qabaqlayacı tədbir olaraq Hüseynova Ramiləni dəyişik ifadə verməyə məcbur etmişdir, hansı ki, həmin faktla bağlı Müdafiə Nazirliyi ilə Mərkəzi Sanatoriya arasında yazışmalar durur.

Vidadi Əliyev tabeçiliyində olan işciləri çağıraraq, onları kabinetində təlimatlandırdıqdan sonra, işçilər Respubilka Hərbi Prakurorluğuna ifadə verməyə gedirlər. Bu qədər qanunsuzluqlar etməsinə baxmayaraq, o, çox rahat və arxayındır. Vidadi Əliyev özünü arxalı saydığından heç kimi saymır.

Hələ bu harasıdır. Deyilənlərə görə, zirək rəis Ağayev Namis Ramiz oğluna 400 manat əməkhaqqı və 400 manat da “paket” söz verərək, ondan 2000 manat rüşvət alaraq Mənzil İstismar Xidmətinə rəis təyin etsə də, verdiyi sözü tutmur. Aldadıldığını başa düşən Namis Ağayev rəisin yanına gedib ondan verdiyi 2000 manatı geri qaytarmasını tələb edir. Əvəzində isə kabinetdə rəisin ən ağır təhqir və söyüşləri ilə üzləşməli olur. Bundan hiddətlən Namis Ağayev də üz tutur Müdafiə Nazirliyinə və Respublika Hərbi Prokurorluğuna ki, ona qarşı edilən haqsızlıqlar dayandırılsın və rüşvət olaraq verdiyi 2000 manat geri qaytarılısın. Bu müraciətlə bağlı da Respublika Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.

Namisin bu müraciəti rəisi o qədər əsəbləşdirir ki, onu MİX rəisi vəzifəsindən çıxararaq camaşirxanıya göndərir.
Sanatoriyanın rəisi Vidadi Əliyevin 2-ci qrup Qarabağ Müharibəsi Qazisi Xudiyev Elşən Qürbət oğlunun başına gətirdiyi müsibətlər, ona sərgilədiyi münasibət təkcə Elşən Xudiyevə deyil, bütünlükdə Qarabağ Qazilərinə, Azərbaycan Silahlı Qüvvələrinə, onun ərazi bütövlüyünə olan neqativ, vicdansız və düşmən münasibətin göstəricisi sayılmalıdır. Belə bir şəxsin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında hələ də rəis vəzifəsində qalması heyrət və təəccüb doğurur.

2-ci qrup Qarabağ Qazisi Elşən Xudiyev 2006-cı ilin iyul ayından Goradil Hərbi İstirahət Evində, hal-hazırda isə Mərkəzi Hərbi Sanatoriyada 25.01.2016-cl ilə qədər gözətçi vəzifəsində işləyib. O, 1994-cü ilə qədər torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, vətən və torpaq üçün əlindən gələni əsirgəməmişdir. 26.11.2007-ci ildən 25.01.2016-cı ilədək Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasında gözətçi–mühafizə bölmə rəisi vəzifəsində işləmişdir. Işlədiyi dövrdə öz işinə vicdanla yanaşmış. 10 il müddətində cəzalandırılmamış və töhmət almamışdır. Dəfələrlə fəxri fərmanla təltif olunmuş və mükafatlandırılmışdır. 2015-ci ilin yanvar ayından isə sanatoriyaya yeni təyin olunan rəis, polkovnik-leytenat Vidadi Əliyev tərəfindən E.Xudiyevə qarşı münasibət dəyişmişdi. MHS-nın kollektivi 04.03.2015-ci ildə E.Xudiyevin ad gününü qeyd edirdi, sanatoriyanın rəisi də ordaydı. Vidadi Əliyev məclisdə öz çıxışı ilə Elşən Xudiyevi təbrik etmək əvəzinə, onun ləyaqət və şəxsiyyətini təhqir edir. Sanatoriya rəisi Vidadi Əliyev öz çıxışında qeyd edir ki, mən 10 gün Qarabağ və Şuşada oldum, gördüm ki, Qarabağda döyüşənlərin hamısı narkoman və arvadbazdır. Bu söz E.Xudiyevə ağır gəlsə də ədəbini gözləyərək rəisə cavab verməyib. Vidadi Əliyev Elşən Xudiyevi adi sözlə də olsa təbrik etməyib. Bu soyuq münasibət getdikcə artmağa başlayır. Vidadi Əliyev tərəfindən 2006-cı ildən 2015-ci ilin iyun ayına qədər bir dəfə də olsun töhmət və xəbərdarlıq cəzası olmayan Elşən Xudiyevə 2015-ci ilin iyun ayında şəxsi işinə yazılmaqla şifahi xəbərdarlıq verilir. Səbəb olaraq da göstərir ki, guya Elşən Xudiyev mühafizə xidmətinə aşağı səviyyədə nəzarət edir.
2015-ci ilin yay ayları istirahətçilərin və hərbiçi ailələrin aktiv olaraq istirahət etdikləri dövrdür və çox ailənin də öz şəxsi avtomobilləri var. Bu avtomobillər həmin tarixə qədər sanatoriyanın avtodayanacağından hər zaman pulsuz istifadə ediblər, 2015-ci ilin yay ayından isə artıq bu qaydalar dəyişib. Gələn istirahətçilərdən avtomobillərin avtoparkda saxlanmasına görə rəis tərərfindən verilən tapşırığa əsasən pul alınmağa başlanılır. İstirahtçilər bu zaman etiraz etdilər ki, indiyədək bizdən pul alınmayıb. Elşən Xudiyev Sanatoriya rəisi Vidadi Əliyevin otağına gedərək onun diqqətinə çatdırır ki, istirahətçilər yığılan pula görə çek istəyirlər. Vidadi Əliyev isə Elşən Xudiyevə maliyyə bölməsi ilə əlaqə saxlamasını tapşırır. Maliyə bölməsi buna öz etirazini bildirərək olmaz deyir. Bundan sonra Elşən Xudiyev bu işin olmayacağını Vidadi Əliyevə bildirir və ondan bununla bağlı daxili əmr istəyir. Vidadi Əliyev isə “zəhmət çək çek istəyən istirahətçiləri mənim yanıma gətir, hara istəyirlər gedib şikayət etsinlər” cavabını verir. Bundan sonra məcbur qalan mühafizəçilər dayanacaq pulu yığır və Elşən Xudiyev 2015-ci ilin iyul ayı üçün avtodayanacaqdan istirahətçilərdən qanunsuz olaraq yığılan 238 manat pulu maliyyə bölməsinə aktla təhvil verir.
Lakin pulun maliyyədə qeydiyyata düşüb-düşmədiyini bilmir. Bu narazılıqlardan sonra növbəti aylar üçün istirahətçilərdən artıq pul yığılmayır. Elşən Xudiyev eyni zamanda pul yığma məsələsini mühafizəçilərə aidiyyatı olmadığını Vidadi Əliyevə bidirdikdən sonra onun qara günləri başlayır. Vidadi Əliyev Elşən Xudiyevi çağıraraq nə üçün pul yığmadığını soruşduqda Elşən qorxduğunu və bu işin qanunsuz olduğunu rəisə bildirir. O tarixdən sonra sanatoriya rəisi Qarabağ əlilinə qarşı daha da aqresivləşir. Elşən Xudiyev 07.10.2015-ci il 27.11.2015-ci il tarixləri arasında məzuniyytədə olur və məzuniyyətdən qayitdiqdan sonra isə Vidadi Əliyevin Elşənə qarşı münasibətlərində yaxşılığa doğru bir dəyişiklik baş vermir. Rəis 01.12.2015-ci ildə ENB-2-yə baxış zamanı müəyyən nöqsanlar aşkarlayır. Həmin tarixdə ENB-2-də gözətçi Abbasov Hafiz, növbə rəisi Əsgərov Kamil Sənan oğlu olur. Həmin nöqsanların birbaşa səbəbkarı olan gözətçi Abbasov Hafiz və növbə rəisi Əsgərov Kamil heç bir cəza almadıqları halda, sadəcə Elşən Xudiyevin cezalandırlması ikinci qrup Qarabağ əlilinin sağlığına pis təsir edir. Elşən Xudiyevə ən çox təsir edən isə həmin töhmətin Vidadi Əliyev tərəfindən 3 dekabr 2015-ci ildə Respublika Əlillər günündə elan edilməsi olur. Heydər Əliyevin anım günündə keçirilən tədbirdə Elşən Xudiyev olmaya-olmaya deyir ki, belə getsə mən Elşənə ikinci töhməti verdikdən sonra əmək müqaviləsinə xitam verəcəm. Belə hallar Elşənin psixologiyasına ve sağlığına çox pis təsir göstərir. Həmin tarixlərdən sanatoriya rəisi Elşəni görəndə heç Allahın salamını da vermir, xidmət və bölmə rəislərini iclasa çağıranda tapşırır ki, Elşənden başqa hami gəlsin, Elşən komisiya üzvü olduğu halda onu çıxardıb adi gözetçini onun yerinə komisiya üzvü təyin edir.

Sanatoriyada aylıq cavabdeh qaldığı halda, onu cavabdehlikdən uzaqlaşdırır. Bütün bunları Elşən Xudiyev özünə təhqir hesab etdiyindən və bu təqib və təzyiqlər onda ciddi psixoloji sarsıntılar yaratmış və onu intihar həddinə çatdırmışdır. Həmin tarixdə verilən töhmət cəzası səbəbindən onun 25% lik mükafatı 6 ay ərzində kəsilmişdir. Qarşılaşdığı haqqsızlıqlardan təngə gələn 2-ci qrup Qarabağ əlili Elşən Xudiyev Azərbaycan Respublikası Müdafiə Nazirinə teleqram vurur. Teleqramla əlaqədar olaraq onu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinə dəvət edərək orada onunla görüşərək bildirilib ki, narahat olma get işini gör və bir daha belə hal olmayacaq. 25.01.2016-ci il tarixdə səhər yenə də Müdafiə Nazriyinin Tibb Baş İdarəsində qəbulda olur. 25.01.2016-ci il tarixdə məzuniyyətdən qayıdan sanatoriya rəisi Vidadi Əliyev səhər- səhər iclas kecirərək Müdafiyə Nazirliyi Tibb Baş İdarəsi rəhbərliyinin sözünü belə eşitməyərək , sayamayaraq Elşən Xudiyevi vəzifəsindən uzaqlaşdırmış və özünü sığortalamaq və təzyiqlərdən qorumaq üçün onu gözətçi vəzifəsinə təyin edib. Halbuki sağlığında problem olan Qarabağ əlilinə 24 saat növbədə durmaq olmaz. Bir əmələ görə bir cəza verilir, Elşən Xuduyev isə töhmət aldıqdan sonra, həm mükafatı 6 ay kəsilmiş, həm də daha aşağı vəzifəyə keçirlilmişdir. Bütün bunların səbəbi isə Elşən Xuduyevin öz haqqını qorumaq ümüdü ilə, Azərbaycan Respublikası Müdafiə Nazirinə teleqramı səbəb olmuşdur.
Elşən Xuduyev Mudafiə Nazriliyinə vurduğu teleqramla,öz hüquqlarını bərpa edəcəyini düşündüyü anda, 26.01.2016-ci ildə Vidadi Əliyevin keçirdiyi iclasda ,etdiyi hərəkət və sözlər,Elşən Əliyevin ümidlərini öldürmüşdür. Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəhbər işçilərinin Elşən Xuduyevə verdiyi söz,yəni get işinlə məşgul ol,narahat olma sözü Elşən Xuduyev üçün nə qədər ümid idisə, Vidadi Əliyevin heç kimi sayamamazlığı və Elşən Xuduyevə söz verilməsinə baxmayaraq həmin gün işindən uzaqlaşdırlmağı onun hər şeyə inamı öldürüb. 25.01.2016-ci il tarix iclasda Vidadi Əliyev Elşən Xuduyevi iclasda danlayaraq sən kimsən özbaşına şikayət edirsən, buranın patronu mənəm, səni işə mən götürüşəm və səni də mən işdən çıxarda bilərəm deyə və başqa ifadlərlə onu təhqir edib.

Göründüyü kimi, MHS-ni özünün obyektinə çevirən, dövlət pulunu həzm-rabedən keçirən rəis Vidadi Əliyev Nazirlikdəki havadarlarının sayəsində hələ də at oynatmaqda, onun-bunun haqqını yeməkdə davam etməkdədir. Əslən Göyçaydan olan Daxili Qoşunlarda bir vaxtlar həkim-masajist işləyən və istefada olan polkovnik-leytenantın Z.Həsənovun Müdafiə Naziri təyinatından sonra “cirtdəyinin çırtlaması” dövrü başlayıb və pul, para gözünü o qədər örtüb ki, cəzasızlıq mühitində istədiyi hər hər cür hərəkəti çəkinimədən, qorxmadan həyata keçirir. Qardaşı, bacısı oğlu, bacısı qızı, qızı, demək olar ki, bütün qohum-əqrabasını başına toplayaraq nazirliyin o boyda Mərkəzi Hərbi Sanatoriyasını ailə biznesinə çevirib. Yan-yöyrəsinə yığdığı adamlarla, komandası ilə sanatoriyanı çapıb-talamaqdadırlar. Şikayət edənlərə, etiraz səsini qaldıranlara isə göz verb, işıq verilmir.

Mövzuya qayıdacağıq. Eyni zamanda materialda adı keçən hər kəsin, ittiham olunan səlahiyyət sahiblərinin mövqeyini işıqlandırmağa hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru