Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

В«AqrolizinqВ» ASC-də 300 milyonluq tender fırıldağı - İTTİHAM VAR
Tarix: 22-06-2016, 09:09 | Çap et
В«AqrolizinqВ» ASC-də 300 milyonluq tender fırıldağı
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən bəzi qurumların işi elə də qənaətbəxş deyil. Bildiyiniz kimi, bir neçə ay əvvəl Kənd Təsərrüfatı Nazirliyində bəziləri üçün unudulmaz, bəzi məmurlar üçün sonuncu olan bir iclas keçirildi. Nazir Heydər Əsədovun sədrli ilə “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan toplantı kəskin tənqidlərlə yadda qalıb. Nazirin qəzəbinə tuş gəlib işini itirənlər də var. İclasda ayrı-ayrı bölgələr üzrə ciddi qanun pozuntularına yol verildiyini deyən nazir filial rəhbərlərini əvvəlcədən xəbərdar etdi. Heydər Əsədov dedi ki, xüsusilə gübrələrin satışında ciddi nöqsanlar var. Yeni texnikalar da yararsız hala salınıb. “Aqrolizinq” ASC-nin sədrinin çıxışından sonra ayrı-ayrı bölgələr üzrə filial rəhbərləri danışdı. Satdığı gübrənin pulunu toplamaqda çətinlik çəkdiyini deyən Beyləqan rayonu “Aqroservis”in rəhbəri nazirin ciddi iradı ilə üzləşdi. Daha sonra Goranboy rayonu “Aqroservis”in rəhbəri nazirə öz təşəkkürünü bildirmək istəsə də, gözləmədiyi reaksiya ilə qarşılaşdı. Onun fəaliyyət göstərdiyi müəssisədə qanun pozuntuları əsasən texnikalardan istifadəyə görə ödənişlərin qaydaya uyğun aparılmaması ilə bağlı idi. Xocavənd rayonu üzrə “Aqroservis” filialının göstəriciləri yüksək olsa da, sədr iclasa hazırlıqsız gəlmişdi. Məlum oldu ki, Qusar rayonu “Aqroservis” filialının rəhbəri gübrə satışından xəbərsizdir. Daha sonra iclas mətbuata qapalı şəraitdə davam etdi. Beləliklə, işindəki nöqsanlara görə, 8 “Aqroservis” filialının rəhbəri işdən azad olunub. “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova xəbərdarlıq olunub. Müavini Aydın Əzizova töhmət verilib, qurumun Aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub. Həyata keçirilən bu kimi islahatlara baxmayaraq, nazirliyə tabe olan bəzi qurumlarda hələ də ciddi problemlər qalmaqdadır. Həmin qurumlardan biri də В«AqrolizinqВ» ASC-dir. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, son 6 ildə ASC-də 300 milyon manatdan artıq tender həyata keçirilib. Amma bu müəssisənin mənfəəti barədə web-resurslarda nəinki məlumat yoxdur, maliyyə hesabatını belə vermirlər. Səhmləri 100 faiz dövlətdə olan "Aqrolizinq” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı dövlət büdcəsindən xərclər 2011, 2012, 2013, 2014-cü illərin hər birində 35 milyon, 2015-ci ildə 40 milyon, 2016-cı il üçün 32 milyon manatdır. Prezidentin Ehtiyat Fondundan da cəmiyyətə iri məbləğlər ayrılıb. 2009-cu ildə 3 milyon, 2010-cu ildə 5 milyon, 2011-ci ildə yenə 5 milyon, 2012-ci ildə 10 milyon manat ayrılıb. 2014-cü ilin 9 ayı üçün verilən hesabatda maliyyə naziri Samir Şərifov deyib ki, "Aqrolizinq” ASC-yə dövlət büdcəsindən verilmiş vəsaitlə yanaşı, Prezidentin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30 milyon manat pul ayrılıb. Əslində bu məlumatlar maliyyə qurumlarının, eləcə də müəssisənin öz saytında ayrıca yerləşdirilmədiyindən ayrılan vəsaitləri özündə tam əks etdirmir, bununla belə büdcəsi haqqında müəyyən təsəvvür yarada bilir. Cəmiyyətin həmin pulları necə xərclədiyi də diqqət çəkir. Araşdırmalar göstərir ki, ASC-yə Elşən Məmmədov rəhbərlik etsə də, qurumda əsas söz sahibi onun müavini, tender komissiyasının sədri Aydın Əzizovdur. Məlumat üçün bildirək ki, bu adam neçə ildir ki, ASC-də işləyir və o sabiq nazir İsmət Abasovun kadrı kimi tanınır. Əldə etdiyimiz məlumatlara görə, В«AqrolizinqВ»in bütün tender işlərinə nəzarət edən Əzizov ötən müddətdə böyük maliyyə kapitalına sahiblənməyi bacarıb. Yayılan məlumatlardan aydın olur ki, 2010-cu ilin satınalmalar reyestrində ASC-nin keçirdiyi 47 tenderdə xərclədiyi vəsait 53 557 598 manat təşkil edib. 50 tenderdən 30-u 200 min, ondan 20-si 1 milyon, bunun da 11-i 2 milyon manatın üzərindədir. Məsələn, bir ildə "Solola Group LTD”-dən düz 12 008 916 manatlıq mineral gübrə və pessesidlər alınıb. Həmin şirkətdən 2 524 320 manata da qərzəkli məhsulların qovrulması və emalı avadanlığı əldə edilib. Soyuducu kamera və kartof anbarına avadanlığa 4 985 338 manat ("Lexus İnvestment Group limited”), yenə soyuducu kamera və ona əlavə avadanlığa 2 970 000 manat ("South Trading”), atmosfer kontrollu soyuducu kamera Ceyranbatana 1 880 000 manat ("Dafoltetec Partnes” LTD), Goranboya 1 550 000 manat ("Baktac” LTD), Şəmkirə 615 000 manata ("Adegar Alliance” LLP) alınıb. "Baktac” LTD-dən daha 373 500 manata suvarma və istehsal avadanlığı götürülüb. Göygöl və Abşeronda 2 ha sahədə istixana avadanlığı və konstruksiyalara 4 268 942 manat ("Proline Technology” LTD), bu işin Şəmkirdə görülməsinə 2 070 003 manat ("Alten Group” MMC), Masallıda 2 070 000 manat ("Yuqa Motors” MMC) xərclənib. Qusar, Ağcabədi, Biləsuvar rayonlarında aqroservis filialının tikintisinə 3 082 500 manat ("Texaqro” MMC) gedib. Neftçala və Saatlıda aqroservis filialı, Bərdə və Cəlilabadda regional logistik gübrə anbarının tikintisinə 6 516 095 manat sərf olunub ("Xəzər Sənaye İnşaat” MMC). Traktora qoşulan müxtəlif kənd təsərrüfatı texnikası, kartofun çeşidlənməsi, təmizlənməsi və yüklənməsi üçün avadanlıq, motorlu otbiçən və dırmıq 1 772 947 manat ("Rimls” LTD), Yevlax və Abşeronda suvarma qurğusu 1 286 000 manat ("Streamford Worldwide Limited”), meyvə qurutma avadanlığı 990 795 manat ("Murova Sistems”), sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıq 601 509 manata ("Distant Complex Limited”) satın alınıb. Quş kəsim sexinin texnoloji avadanlığı 2 096 587 manat ("Swisspoint Merchants” LTD), 20 ədəd ekskavator 700 000 manat ("Halkin Commercial Group”), ASC-nin təchizat bazalarında təmir və yenidən qurma 361 997 manat ("SS İnşaat” MMC), meyvə və giləmeyvələr üçün şok soyutma avadanlığı 159 700 manat ("Fayton”MMM), gübrə anbarına taxta altlıq 125 000 manat ("Bakı-Şərab-1” MMC), Ucar, Kürdəmir, Horadiz və Göygöl aqroservis filiallarının tikintisi, cəmiyyətin inzibati binasında təmirin layihə-smeta sənədlərinin hazırlanması 109 699 manat ("Murad M” MMC) təşkil edib. İri büdcəli tenderləri əsasən əcnəbi şirkətlər götürüb. Həmin il 53,5 milyon həcmində işlər görülüb və texnika alınıb, amma bundan yalnız 187 480 manatı cins damazlıq heyvanların sığortalanmasına gedib ("Alfa Sığorta” ASC). Cəmiyyətin iri büdcəli tenderlərini qazanan xaricdə təsis olunmuş şirkətlər də var. Deyilənə görə, həmin şirkətlərin əksəriyyəti offşor zonalarda yerləşir və bu şirkətlərlə Aydın Əzizovun yaxın münasibətləri var. Özəl mənbənin bildirdiyinə əsasən, hələ Əli Bayramovun ASC-yə rəhbərlik etdiyi vaxtlarda tenderlərə nəzarət edən Aydın Əzizov bu gün öz qaranlıq işlərini daha rahat şəkildə həyata keçirir: В«O özünü cəmiyyətin sədri kimi aparır, bir sıra məqamlarda Elşən Məmmədova tabe olmaq istəmir. Sədr müavininin fəaliyyəti araşdırılsa, onun dövlət büdcəsinə nə qədər ziyan vurduğu dəqiqliyi ilə üzə çıxarВ». Növbəti yazıda Heydər Əsədovun töhmət verdiyi Aydın Əzizovun nazirdən kimə şikayətlənməsi, eləcə də onun illərdir yığdığı sərvəti barədə ilginc faktları açıqlayacağıq. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru