MƏDƏT QULİYEVDƏN TÜRMƏ RƏİSLƏRİ ŞİKAYƏTÇİ DÜŞÜB
Tarix: 4-10-2013, 15:03 |
Çap et
MƏCBURİ QAYDADA RÜŞVƏTİN MİQYASI ARTIR
DİA.AZ: - Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə bağlı redaksiyamıza maraqlı bir informasiya daxil olub. Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, Mədət Quliyev bu gün həbsxana rəhbərlərilə rəsmən kölə kimi davranır.
Bu barədə danışan qaynaq iddia edir ki, əvvəllər bəlkə də daha az rüşvət alan kolon rəisləri məhz rəhbərliyin sayı bitməz tələbləri qarşılığında hətta rüşvətin miqyasını genişləndirmək zorunda qalıblar.
Mənbənin söylədikləri: «Bu gün türmə rəisləri rəsmən Mədət Quliyevdən şikayətçidirlər. İctimai nəzarətin güclü olduğu şəraitdə Mədət Quliyev əvvəlki rəhbərlikdən qat-qat artıq haqq tələb edir. Bunlar azmış kimi, bu gün onlarla kənar qurumlara da məhz Mədət Quliyevin göstərişi ilə türmə rəisləri haqq ödəyir».
Onu da bildirək ki, artıq bir neçə türmə rəisi bununla bağlı «yuxarılara» şikayət etməyə hazırlaşırlar.
Qarşı tərəfi də dinləməyə hazırıq.