AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

NAZİR İSMAYILLIDA MÜŞAVİRƏ KEÇİRİB
Tarix: 18-01-2012, 11:52 | Çap et
NAZİR İSMAYILLIDA MÜŞAVİRƏ KEÇİRİB

"BİZ SOSİAL SİYASƏTDƏ DƏ ÇOX UĞURLA ADDIMLAR ATIRIQ”

Bu gün İsmayıllı rayonunda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə nazirliyin aztəminatlı vətəndaşların rifah halının yüksəldilməsi, həmçinin 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş zona müşavirəsi keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Fizuli Ələkbərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun siyasəti sayəsində ölkəmizin inkişaf dinamikasının ötən il də uğurla davam etdirildiyini vurğulayaraq, bildirib ki, 2011-ci ildə respublikada iqtisadi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz, qeyri-neft sənayesində isə 11,1 faiz təşkil etmişdir. İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. İnflyasiya birrəqəmli səviyyədə qalaraq 7,9 faiz olduğu halda əhalinin pul gəlirləri 19,6 faiz artmışdır. Deməli, əhalinin pul gəlirləri inflyasiyanı 2,5 dəfə üstələmişdir.

Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, "biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq". Belə ki, sosial proqramların icrası işləri uğurla davam etdirilir, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min, hər bir ailəyə düşən yardımın orta aylıq məbləği 106 manat təşkil edir.
2011-ci il sosial sahədə bir sıra yeni proqramların işə salınması ilə əlamətdar olmuşdur. Yəni ötən il aztəminatlı ailələrin öz potensial imkanlarından istifadə etməklə gəlirlərini artırmalarına şərait yaradılması üçün Birdəfəlik sosial yardım - Özünədəstək proqramı hazırlanmışdır. Ölkə rəhbərinin sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, ötən ilin martında Tovuz rayonunun Ermənistanla həmsərhəd Vahidli kəndində sınaq işlərinə başlanılan bu layihənin cari ildən bütün ölkədə icrası planlaşdırılır. Proqramda iştirak edən ailə artıq ünvanlı yardım almayacaq və sosial reabilitasiya olunaraq yoxsulluq həddindən çıxacaqdır.

Eyni zamanda ötən il vətəndaşlarına xidmətin keyfiyyətcə yüksəldilməsi, onlara dövlət təminatlarından yararlanmaq məqsədilə alternativ müraciət imkanlarının yaradılması, həmçinin ünvanlı yardımların təyinatı işində şəffaflığın artırılması, bu sahədə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə başlanılmışdır. İlkin olaraq pilot layihə kimi Cəlilabad və Balakən rayonlarında sınaqdan keçirilməsinə başlanılan bu sistem cari ildə digər rayon və şəhərlərdə də tətbiq olunacaqdır.

Eyni zamanda, Azərbaycan Prezidentinin 23 may 2011 tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrası olaraq, Nazirlik tərəfindən əhaliyə göstəriləcək elektron xidmətlərin təşkili istiqamətində müəyyən işlər görülmüş, Nazirliyin fəaliyyət istiqamətləri üzrə təşkil edilməsi nəzərdə tutulan elektron xidmət növlərinin siyahısı müəyyənləşdirilmişdir. Elektron xidmətlər nəticə etibarilə vətəndaşların Nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar birbaşa müraciət və xidmətlərdən yararlanmaq imkanlarının xeyli artmasına səbəb olacaqdır.
Görülən işlərdə şəffaflığın artırılması məqsədilə ötən il nazirlikdə vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctimai Şura yaradılmışdır ki, bütün sosial müdafiə tədbirlərinin təşkilində, eləcə də Özünədəstək layihəsinə cəlb olunan ailələrin seçilməsində həmin Şuranın üzvləri iştirak edirlər.
2011-ci ildə nazirliyin əsas diqqət yetirdiyi məsələlərdən biri də vətəndaşların qəbulu və onların öz iştirakı ilə müraciətlərinə yerində və obyektiv baxılması olmuşdur. Nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif şəhər və rayonlarında ümumilikdə 560 nəfərdən artıq vətəndaş qəbul edilərək, onların müraciətləri yerində araşdırılmış, konkret tədbirlər görülmüşdür. Bu işlər də nazirlikdə yaradılan İctimai Şuranın üzvlərinin fəal iştirakı ilə həyata keçirilmişdir. Müşavirədə əhalinin sosial müdafiəsi sahgəsində həyata keçirilən tədbirlər, cari ildə görüləcək işlər ətraflı müzakirə olunub.

Tədbirdə 20 Yanvar faciəsinin 22-ci ildönümünün yaxınlaşdığını qeyd edən nazir Fizuli Ələkbərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının həmin insanlara daha layiqli səviyyədə çatdırılması, onların və ya digər sahədə problemlərinin həllinə hərtərəfli kömək göstərilməsi qarşıda duran əsas vəzifələrdən biridir.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" 5 dekabr 2011-ci il tarixli, 99 nömrəli sərəncamının icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Yanvar Cəmiyyəti və 20 Yanvar Fondu ilə birlikdə müvafiq tədbirlər görmüş və 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar nazirlik tərəfindən 127 şəhid ailəsinin və 328 nəfər əlilin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi məqsədilə vəsait ayrılmışdır.

"20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı almış şəxslərin ailə üzvlərinə ayda 300 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. Eyni zamanda, Azərbaycan Prezidentinin 19 yanvar 2011-ci il tarixli, 370 в„–-li Fərmanına əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təsis edilmişdir.

Hər il 20 Yanvar faciəsinin ildönümündə nazirlikdə 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirilir və onlara birdəfəlik maddi yardımlar verilir. 20 Yanvar əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 51 nəfər şəhid ailəsi və 20 Yanvar əlili mənzillə, 50 nəfər əlil isə minik avtomaşını ilə təmin edilmişdir.
Bununla yanaşı, 7 nəfər 20 Yanvar əlilinin respublikadan kənarda və respublika daxilində müalicəsinə müvafiq köməklik göstərilmiş, həmçinin Nazirlikdə fəaliyyət göstərən komissiyanın qərarı ilə 85 nəfər 20 Yanvar əlilinə birdəfəlik maddi yardım verilmişdir. Son üç ildə bu təbəqədən olan 25 nəfər əlil vətəndaşın yay mövsümündə Nabran istirahət zonasında dövlət hesabına istirahəti təşkil edilmişdir. Hər il istedadlı əlillərə maddi və mənəvi dəstək verilməsi məqsədilə keçirilən Ümumrespublika yaradıcılıq baxış müsabiqələri və idman yarışlarında istedadlı 20 Yanvar əlillərinin də iştirakı təmin olunur.

Tədbir çərçivəsində əlil ictimai birliklərinin rəhbərləri ilə nazirliyin məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə əlillər, o cümlədən 20 Yanvar əlilləri və şəhid ailələri ilə bağlı görülən işlər və bu sahədə qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru