Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                     Blogerin əri xanımının ad günündə vəfat edibmiş .....                     DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                     "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." .....                     NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                 

Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər... - Maliyyə maxinasiyaları ittihamı
Tarix: 27-05-2015, 10:34 | Çap et
Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər...
Bəzən yaşlı nəsil "çox pis zəmanəyə gəlib çıxmışıq" dediklərində, ya onlara əhəmiyyət verilmir, yaxud da gülümsəyib keçilir. Lakin deyilən sözlərdə həqiqət var və bu danılmazdır. Bugünkü günümüzdə on nəfərdən doqquzunun banklara borcu var desək, yəqin ki, yanılmarıq. Banklarla bağlı ən çox gözəçarpan problem isə, təbii ki, kreditlərin yüksək faizlə verilməsidir. Əslində, bu, çox ciddi problemdir.

Məsələn, əvvəllər xaricdən 5-8 faizlə uzunmüddətli vəsait cəlb etmək mümkün idisə, artıq bu rəqəm 10-15 faizədək bahalaşıb. Banklararası bazarda da pulun qiyməti çox yüksəkdir. Qiymətlər baha olduqca, banklar faizlə daha çox qazanmaq istəyir. Ümumiyyətlə, bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri məhz bank sektorudur. Xüsusilə kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla banklar və kredit təşkilatları arasında daim narazılıqlar yaşanır ki, bunun da mediadan şahidi oluruq. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə, məhkəmələrin bu işləri yetərincə araşdırmaması səbəbindən insanlar çox vaxt əmlaklarını itirirlər. Zaman-zaman insanların kredit borcunu qaytara bilməməsindən özlərinə qəsd etmələri hallarına da rast gəlirik. Hətta bu kimi durumlar bu günlərdə daha geniş vüsət alıb ki, bu da çox acınacaqlı bir durumdur. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş vermişdi. Fərmana görə, Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır. Mərkəzi Bank artıq xeyli vaxtdır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də, reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi fərmanla gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir. Ümumiyyətlə, hazırda fəaliyyət göstərən bankların durumu heç də qənaətbəxş hesab edilə bilməz. Bizdə bank sektorunda kredit faizlərinin dərəcələrinin aşağı salınması ilə bağlı bəzi işlər görülsə də, yenə də qonşu dövlətlər və Avropa ölkələri ilə müqayisədə bu dərəcələr çox yüksəkdir. Məsələn, Avropada kredit almaq istəyən şəxs götürdüyü məbləğin 2-6 faiz civarında əlavə vəsait ödədiyi halda, bizdə bu rəqəm iki, bəzən də üç dəfə yuxarı olur. Ümumiyyətlə, hazırda bizdə banklarda baş verən fırıldaqçılıq daha geniş vüsət alıb. Yalnız reklamlarda bankların daha sərfəli kreditlər təklif etdiklərini, faizlərin aşağı olmasını, çox asan şəkildə kreditlərin əldə edildiyini görürük. Amma banklara yaxınlaşdıqda, edilən reklamın, təklif edilən şərtlərin yalan olduğu bəlli olur. Bu kimi durumlardan vətəndaşlar hər zaman şikayətçi olsalar da, amma məcburiyyətdən bankların təklif etdikləri şərtlərlə razılaşmalı olurlar. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə, müştərilərin incidilməsi, aldadılması hallarına yol verilir. Bu cür banklardan biri də məhz "Parabank" ASC-dir. İlk öncə qeyd edək ki, "Parabank" ASC-nin bir çox rayonlarda filialları var ki, zaman-zaman həmin filiallardan şikayətlər daxil olur. Daxil olan şikayətlərdə müştərilərin incidildiyi, get-gələ salındığı, faiz dərəcələrinin yüksək olması kimi hallar sadalanır. Məsələn, "Parabank" ASC-də hesabdan pul götürməyin müşkülə çevrildiyi söylənir. Və pul çıxarmaq üçün ən azı 1 həftə öncə sifariş verməlisən. Əks halda bu əməliyyatı həyata keçirə bilməzsən. Lakin əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, digər banklarda hesabdan pul çıxarmaq üçün əvvəlcədən hansısa sifarişə ehtiyac yoxdur. Yəni müştəri istirahət və bayram günlərindən başqa, istənilən vaxt heç bir problemlə üzləşmədən pulunu götürə bilər. Həmçinin daxil olan şikayətlər sırasında "Parabank" ASC-nin müştərilərə kredit verən zaman onlardan yüksək məbləğdə "şapka" istəməsi də yer alır. Belə ki, "Parabank"ın təqdim etdiyi kredit faizlərinin kifayət qədər yüksək olduğu halda, bu azmış kimi kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən "şapka" kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur. Bununla da, son nəticədə vətəndaş pulu ödəməkdə çətinlik çəkir. Belə olan halda isə, təbii ki, problemli kreditlərin artma ehtimalı da yüksək olur. Digər bir məlumata görə isə, "Parabank"ın fəaliyyətində nəzərə çarpan digər bir neqativ hal isə vətəndaşların girovlarının su qiymətinə əldən çıxması üçün qurulan mexanizmdir. Ki, bu proses zamanı vətəndaşlara külli miqdarda ziyan dəyir, bank isə asan yolla əlavə qazanc əldə edir. Müvafiq qaydalara görə, bankda girov qoyulan əmlakın hərracda satılan qiyməti müştəriyə məktubla göndərilməlidir. Bu isə edilmədiyindən bank öz işini asan şəkildə həyata keçirir. Çünki reallıqda heç bir avtomobil və ya mülk hərracda satılmır. Avtomobillər bazarda satılır, hərracdan isə filan əmlakın, filan qiymətə satılması haqqında sənəd verilməsi xahiş edilir.

Onu da diqqətinizə çatdıraq ki, sadalanan durumlar, faizlərin yüksək olması, vətəndaşlardan hansı şərtlər altında alınması barədə bank işçiləri müştəriləri bilgiləndirməli olduqları halda, heç bir məlumat vermirlər. Elə bu durumun özü də, yuxarıda sadalanan qanunsuzluqlarla eynidir ki, bu da təbii olaraq banka sərf edir. Bu səbəbdən də, vətəndaşlar sözügedən "Parabank" ASC ilə müqavilə imzalamadan, şərtlərlə daha dəqiq və ciddi şəkildə tanış olmalıdırlar ki, sonradan aldananlar sırasında olmasınlar. Əslində, qeyd edilən nöqsanlar, qanunsuzluqlar, şikayətlər barədə dəfələrlə söz açmış, gündəmə gətirmişik. Lakin məsələ ilə bağlı hələ ki, heç bir ciddi ölçü götürülməyib.
\\ gundelik-baku.com \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25
Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru