NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                 

Ağstafada əkməyə bir qarış torpaq da qalmayıb - Başçı ilə müavinin özəl biznesi...
Tarix: 7-02-2015, 18:04 | Çap et
Ağstafada əkməyə bir qarış torpaq da qalmayıb
Bu gün rayon rəhbərliyinin fəaliyyətindən çoxsaylı narazılıqların əks olunduğu şikayət məktublarının ölkə mətbuatına ünvanlandığı bölgələrimizdən biri də Ağstafa rayonudur. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi daxil olan məlumatlarda torpaq satışı ilə bağlı maxinasiyalar göstərilir. Mənbələrin bu xüsusda iddialarına görə, rayonda bir qarış torpaq qoymayan Məhərrəm Quliyev müavini Ramiz Tatarovla əlbir olaraq əraziləri satmaqla məşğuldurlar. Məlumatda qeyd olunur ki, hazırda Ağstafa rayonunun mərkəzində yerli sakinlər ev tikmək üçün torpaq sahəsi tapa bilmirlər. Səbəb isə budur ki, qonşu Tovuz və Qazax rayonlarının imkanlı adamları Məhərrəm Quliyevin keçirdiyi özünəməxsus “torpaq hərraclarında” iştirak edərək Ağstafada geniş torpaq sahələrinə yiyələniblər. Ona görə də, ağstafalılar məcburiyyətdən yaxınlıqdakı kəndlərə üz tutaraq, oradan torpaq əldə etməyə çalışırlar.Daxil olan digər məlumatlara əsasən hazırda Ağstafa rayonunda müxtəlif sosial problemlər də bir sıra çətinliklər yaradıb. Bunlara misal olaraq təhsil, səhiyyə, yolların təmiri və əhalinin sosial müdafiəsi sahəsindəki nöqsanları göstərmək olar. Mənbələr bildirirlər ki, Ağstafada ünvanlı yardımlar dövlətin təsdiq etdiyi formada verilmir. Biz əvvəllər də bu rayonda fəaliyyət göstərən ƏSMM-də baş alıb gedən özbaşnalıqlardan, bu mərkəzin əməkdaşları tərəfindən vətəndaşların hüquqlarının kobudcasına pozulması hallarından bəhs edən yazılar dərc etmişik. Redaksiyamıza daxil olan yeni məlumatlarda isə iddia olunur ki, Ağstafa ƏSMM özünün yarıtmaz fəaliyyətində bu gün də heç bir dəyişiklik etməmişdir. Mərkəzin direktoru isə özünü Ağstafa RİH başçısı Məhərrəm Quliyevə yaxın olan adam kimi göstərərək rayondakı mövqeylərini daha da möhkəmlətməyə çalışır. Rayon sakinlərini xüsusilə narahat edən əsas problemlərdən biri də Ağstafanın yolları ilə bağlıdır. Məlumatlarda bildirilir ki, rayon mərkəzi istisna olmaqla, bütün yollar yaman gündədir. Yağış, qar yağan kimi xüsusən kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Halbuki hər il dövlət büdcəsindən Ağstafada yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə böyük məbləğlərdə vəsaitlər ayrılır. Lakin rayon rəhbərliyinin qabarıq iştahası bu vəsaitlərin nəzərdə tutulan layihələrə xərclənməsini əngəlləyir.Həmçinin rayonun təhsil və səhiyyə sistemi də bu gün acınacaqlı haldadır. Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşların səhhəti ilə maraqlanmaq əvəzinə, həkimlər onların cibində pulun olub-olmadığını soruşurlar. Daha sonra məlumatlarda qeyd olunur ki, Məhərrəm Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Ağstafa rayonundakı heyvandarlıq təsərrüfatlarını da az qala özünün şəxsi obyektinə çevirib. Bu barədə bizə daxil olan məlumata görə icra başçısı rayonda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən təsərrüfatlarının direktorlarını aylıq ödəmə yığımları ilə bezdirib. Daxil olan məlumata əsasən Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsində Yardımçı Təcrübə Təsərrüfatı mövcuddur. İcra başçısı Məhərrəm Quliyev bu iki təsərrüfatı özünə şəxsi obyekti hesab edir və həmin təsərrüfatların gəlirlərini öz gəlirləri kimi idarə edir. Aldığımız bir başqa məlumatda isə vurğulanır ki, Məhərrəm Quliyev Ağstafada tikinti işlərinə sifarişlərin alınması üçün keçirilən tenderlərin də hamısına şərik olur. Belə ki, bu tederləri yaxınları və ya qohumlarının nəzarətindəki şirkətlərə qazandıran icra başçısı ayrılmış vəsaitin 20 faizə qədərini özünə götürür...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Dünən, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Dünən, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Dünən, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Dünən, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Dünən, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru