“Sahil - S İnşaat” MTK rəhbərliyi niyə həbs edilmir? - NARAZILIQ!
Tarix: 28-03-2022, 09:51 | Çap et
 Bakıda 2010-2012-ci illərin rüzgarı yenidən əsməkdədir. Həmin dövrdə şəhərdə kimə daş atsan, gedib fırıldaqçı tikinti firmasına dəyirdi. O zamanlar bəlkə də minlərlə payçı mənzil dələduzluğunun qurbanı olmuşdu. Və az qala hər gün Prezident Sarayı qarşısında aksiyalar keçirilir, bu cinayətlərə son qoyulması tələb olunurdu. Bəs, o dönəmdə dələduz tikinti maqnatları kimləriydi – “Gen” MMC, “Mur-Ay” MMC, “Oskar” MMC və s. Sonra dövlət bu işə əl qoydu, fırıldaqçıların hamısını bir-bir içəri saldılar, aldadılanların məsələsi əsasən biznesmen Şərurlu İsfəndiyara tapşırıldı, o da qiyməti artırıb mənzillər satmaqla problemi pis-yaxşı yoluna qoymağa başladı. Bununla da uzun müddət paytaxtda fırıldaqçı tikinti şirkətləri qəhətə çıxdılar. Çünki həbs edilənlərə cəzalar ağır verilmişdi, kimisi 13, kimisi 15 il azadlıqdan məhrum edilmişdi. Üstəlik, dövlət maraqlıydı ki, etibarlı firmalar olsun, insanlar kredit ödənişi edərək mənzil sahibi olsunlar. Amma axır illərdə yenə göbələk kimi belələri artmağa başlayıb. diaaz.space anaxeber.info-ya istinadən bildirir ki, onların sırasında Yeni Günəşlidə “Sahil - S İnşaat” MTK, Xırdalanda “Proqress 2016” MTK, Təbriz küçəsində “Sipark İnşaat”, həmçinin Şərifzadə küçəsində “İnşaat Konstruksiyaları” MMC kimi firmaları göstərmək olar. Sözügedən şirkətlərin adların son dövrlər ən çox şikayət edilən MTK-lar arasında hallanır. Onlar vətəndaşların mənzillərini vermir, pullarını qaytarmır, insanları əsir-yesir edib, özləri azadlıqda rahat gəzirlər. Xüsusən də Yeni Günəşlidə Sahil - S İnşaat” MTK-nin yol verdiyi dələduzluğun miqyası daha genişdir. Çünki bu şirkət 200-ə yaxın ailəni aldadıb. Firmanın rəhbəri Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, o cümlədən onların yan-yörəsində dolaşan “makler” şəbəkəsi bu fırıldağın başında dayanırlar. Nəticədə 200-ə yaxın ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır - bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır. Əvəzində isə Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, həmçinin “mafioz makler” dəstəsi heç bir məsuliyyət daşımadan, sanki belə də olmalıymış kimi, azad-arxayın gəzirlər. Baxmayaraq ki, haqqı pozulan sakinlər dəfələrlə Prezident Adminstrasiyasına gedib, Baş Prokurorluğa müraciət edib, onlarla məktublar ünvanlayıb. Amma çi fayda?! Görünür, bir-iki fırıldaqçı dövlətin ali orqanlarına, qanunlarına üstün gəlməyi bacarır. Belə çıxır ki, qanun şah deyil, şah Taley Alaverdiyevlə şəriki Pənah Kərimovdur. Əks təqdirdə onların qolun qandal vurub həbsə göndərməliydilər. Lakin nədənsə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaq hərəkətlərini donmuş formada saxlayıb. Hərçənd Baş Prokurorluq nümayəndəsi Real TV-yə demişdi ki, “Sahil S İnşaat” MTK-nın rəhbər şəxsləri barəsində cinayət işi açılıb, iş nəzarətimizdədir, istintaqın nəticəsi açıqlanacaq. Amma nə istintaq başa çatır, nə şirkətin sahibləri sakinlərlə görüşə gəlib problemdən çıxış yolu göstərir, nə həmin binada inşa işləri aparılır. Qeyd edək ki, həmin bina Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşir. 200-ə yaxın ailə “Sahil S İnşaat” MTK ilə müqavilə bağlayıb mənzillər alıb, kimisi ilkin ödəniş edib kredit verib, kimisi nağd alıb və bu qədər insan, onların ailələri, övladları sevinib ki, nəhayət, kirayə həyatı bitir, öz şəxsi evləri olacaq. Ancaq necə deyərlər, sən saydığını say, gör Taley Alaverdiyevlə şəriki Pənah Kərimov nə sayır... Bu şəxslər vətəndaşların önünə çıxıb heç bir aydınlıq gətirmirlər. Sadəcə, ilk vaxtlarda söz veriblər ki, guya problemi yoluna qoyacaqlar. Amma bu da sakinlərin “başının altına yastıq qoymaq” məqsədi güdüb. İndisə növbə prokurorluğundur. Axı bir tikinti şirkəti rəhbərinə qarşı niyə qəti, ciddi tədbirlər görülmür? Maraq nədən ibarətdir? Bu şəxsləri qoruyan kimlərdir, onları arxayın edən səbəblər nədir? İlk dəfə belə iradəsizlik və qətiyyətsizlik nümayiş etdirilir. Hərgah, şirkətin hər iki vəzifəlisini həbsə göndərmək və məhkəmə qərarı ilə həbs qətiimkan tədbiri seçilməsinə nail olunmalıdır. Ölkədə bir fiziki şəxsə qarşı 100 manat dələduzluq, yaxud quldurluq etmiş cinayətkarı dərhal həbs edirlər, amma 200-dək ailə iki nəfərin əlində qalıb...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54 |
|
|
|
| • Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40 |
|
|
|
| • DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13 |
|
|
|
| • Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04 |
|
|
|
| • Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57 |
|
|
|
| • "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49 |
|
|
|
| • “Çevik” azadlığa çıxdı
Bu gün, 05:48 |
|
|
|
| • Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44 |
|
|
|
| • Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01 |
|
|
|
| • Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59 |
|
|
|
| • Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50 |
|
|
|
| • Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29 |
|
|
|
| • İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23 |
|
|
|
| • Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21 |
|
|
|
| • Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19 |
|
|
|
| • Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16 |
|
|
|
| • "Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14 |
|
|
|
| • Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57 |
|
|
|
| • David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52 |
|
|
|
| • Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50 |
|
|
|
| • "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47 |
|
|
|
| • Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26 |
|
|
|
| • Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22 |
|
|
|
| • Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10 |
|
|
|
| • Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06 |
|
|
|
| • Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53 |
|
|
|
| • AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52 |
|
|
|
| • Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36 |
|
|
|
| • Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10 |
|
|
|
| • Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07 |
|
|
|
| • Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05 |
|
|
|
| • Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07 |
|
|
|
| • "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03 |
|
|
|
| • Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00 |
|
|
|
| • Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35 |
|
|
|
| • “Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29 |
|
|
|
| • “Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25 |
|
|
|
| • Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Dünən, 12:22 |
|
|
|
| • Bakıda kişi binadan yıxılaraq ölüb
Dünən, 12:19 |
|
|
|
| • "Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Dünən, 12:12 |
|
|
|
| • "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Dünən, 12:01 |
|
|
|
| • Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Dünən, 11:57 |
|
|
|
| • İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Dünən, 11:55 |
|
|
|
| • Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Dünən, 11:49 |
|
|
|
| • Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Dünən, 11:40 |
|
|
|
| • “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Dünən, 11:33 |
|
|
|
| • Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Dünən, 11:24 |
|
|
|
| • Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Dünən, 11:20 |
|
|
|
|