BU GÜN VİCDAN MƏHBUSLARININ MƏHKƏMƏSİDİR
Tarix: 5-12-2011, 12:47 |
Çap et
ONLARIN APELYASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ
Bu gün saat 15.00-da Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri A.Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının apelyasiya şikayətinə baxılacaq. Bu barədə “Yeni Müsavat”a A.Hacılının vəkili Nemət Kərimli məlumat verdi. Proses hakim Vaqif Mursaquliyevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, sözügedən şəxslər İctimai Palatanın (İP) aprelin 2-də Fəvvarələr meydanında keçirdiyi mitinq zamanı saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanı pozan hərəkətləri təşkil etmə və bu kimi hərəkətlərdə fəal iştirak) maddəsi ilə cinayət işi açılıb. Altı ay həbsdə saxlanılandan sonra oktyabrın 3-də A.Hacılı, T.Abbaslı və M.Məcidli Səbayel Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib. F.Qəhrəmanlı isə məhkəmənin qərarı ilə 1 il şərti cəzaya məhkum olunub.