RƏSUL QULİYEVİN VARİS PLANI
Tarix: 4-12-2011, 16:08 |
Çap et
KEÇMİŞ SPİKER DƏ OLİQARXLARLA AYAQLAŞIR
DİA.AZ: - 1996-cı ildə Azərbaycanı və həm də hazırki hakim komandanın sıralarını tərk edən keçmiş spiker Rəsul Quliyevin oğlu keçən həftə mətbuatda göründü. İlk dəfə olsa da, Pərvin Quliyevin hakimiyyətin ünvanına sərt ittihamları ilə diqqətə gəldi.
Və bildirək ki, bu olay haqlı olaraq bəzi ekspertlər tərəfindən belə qiymətləndirildi ki, necə Kəmaləddin Heydərov oğlu Taleh Heydərovu, Ziya Məmmədov oğlu Anar Məmmədovu, Ramiz Mehdiyev oğlu Tymur Mehdiyevi karyera yüksəlişinə hazırlayır, eləcə də Rəsul Quliyev oğlu Pərvin Quliyevin ictimaləşməsində siyasi fiqur kimi tanınmasında maraqlıdır.
Onu da qeyd edək ki, Rəsul Quliyevin oğlu açıqlamasında «Hətta mən Amerikada yaşasam da Nyu-York şəhərində baş verən “Uoll Striti Zəbt Elə” (Uoll Strit Nyu Yorkun ənənəvi maliyyə rayonun adıdır) hərakatındakı insanların etirazları ilə yaxından tanış olanda tamamilə fərqli fikirlər yarana bilər» ifadəsini işlətməklə özünü kifayət qədər ağıllı bir sima kimi də təqdim etməyə çalışıb.
Hər halda, bütün bunlar Rəsul Quliyevin köhnə YAP-çı xüsusiyyətlərindən hələ də əl çəkməməsinin göstəricisidir. Və o da «varis planı» üzərində bu səbəbdən baş sındırır.