KEŞMİŞ BAŞ NAZİRDƏN AŞURA TƏKLİFİ
Tarix: 3-12-2011, 13:45 |
Çap et
PƏNAH HÜSEYN: “BU GÜN QEYRİ-İŞ GÜNÜ OLMALIDIR”
“İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin yenidən seçilməsi üçün tezliklə seçki keçirilməlidir”. APA-nın məlumatına görə, bunu İctimai Palatanın sessiyasında çıxışında qurum üzvü, Milli Məclisin sabiq deputatı Pənah Hüseyn deyib. O bildirib ki, seçki növbəti sessiyada baş tutmalıdır: “Dekabrın sonuna qədər sessiya keçirilməsini təklif edirəm. Bu sessiyada fəaliyyətimizə də qiymət verilməlidir”.
P. Hüseyn İP-nin idarəçiliyində dəyişikliyə ehtiyac olduğunu vurğulayıb: “Təklif edirəm ki, İctimai Palatanın Koordinasiya Şurasının İdarə Heyəti yaradılsın və üzvlərin sayı 25 nəfər olsun. Həmçinin, regional əlaqələndiricilər təyin edilsin. Bununla yanaşı, İctimai Palatanın komissiyalarında qurum üzvlərin iştirakını nəzərdə tutan normativ akt qəbul olunmalıdır”.
P. Hüseyn onu da əlavə edib ki, İP hökumət qarşısında Məhərrəm ayında Aşura gününün qeyri-iş günü kimi elan olunması təklifi ilə çıxış etməli və bunun həllinə nail olmalıdır: “Bununla həmin inanca söykənən milyonlarla insana ictimai şərait yaradılmış olar”.