İSLAMÇILARIN İDDİASI TƏMİN EDİLMƏDİ
Tarix: 29-11-2011, 12:55 |
Çap et
MƏHKƏMƏ BAKI MERİNƏ TƏRƏF DURDU
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia ərizəsi üzrə baxış iclası keçirilib. AİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda iddia ərizəsi əsassız hesab olunub.
Qeyd edək ki, oktyabrın 26-da AİP 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə BŞİH-ə qarşı iddia ərizəsi ilə müraciət etmişdi. İddia ərizəsində İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanıb, bu qurumun partiyaya 5000 manat təzminat ödəməsi və aksiya üçün münasib yer ayırması tələb olunub.