KEÇMİŞ REKTOR VİDEOLARI ALVER PREDMETİNƏ ÇEVİRİB
Tarix: 13-03-2013, 12:15 |
Çap et
NƏDƏN ELŞAD ABDULLAYEV «5 MİLYONLUQ» VİDEOMATERİALI AÇIQLAMADI?
DİA.AZ: - Redaksiyamız ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə bağlı maraqlı bir məlumat əldə edib. Xatırladaq ki, bir neçə gün əvvəl sabiq rektor bəyan edərək bildirmişdi ki, 5 milyonluq qalmaqaldan bəhs edən videomaterial yayacaq. Amma belə bir videomaterial yayılmadı və bunun əvəzinə fərqli videogörüntülər ortaya çıxdı.
Bu məsələ ilə bağlı DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, sabiq rektorun verdiyi vədinin arxasından qaçmasının nədəni açıqlanması elan olunan videomaterialla «vurulacaq» şəxslərdən biri ilə razılaşma əldə etməsilə əlaqədardır.
Xatırladaq ki, mətbuatda zaman-zaman Elşad Abdullayevin əlindəki videomateriallardan şantaj vasitəsi kimi istifadə etdiyi barədə də xəbərlər yayılıb. Və «5 milyonluq» videonun açıqlanmaması faktı da bu kimi söhbətlərin əsassız olmadığın ortaya qoymaqdadır.