KƏMALƏDDİN HEYDƏROVA ŞOK ZƏRBƏ GƏLDİ
Tarix: 31-01-2013, 13:19 |
Çap et
KORRUPSİYA TƏDBİRLƏRİNDƏ TUTULAN ŞƏXS FHN ŞEFİNİN QOHUMU İMİŞ
DİA.AZ: - Az öncə məlumat verərək bildirmişdik ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyat keçirib.
Məlumata görə, əməliyyat ötən gecə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsində aparıb. Əməliyyat zamanı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsi rəisinin sürücüsü Vaqif Abdullayev saxlanıb. Onun nədə ittiham olunduğu açıqlanmır.
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsindən APA-ya V. Abdullayevin saxlanılması faktını təsdiqləsələr də, əlavə açıqlama verilməyib.
DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, Vaqif Abdullayev heç də sıradan birisi deyilmiş. Mənbə iddia edir ki, saxlanılan şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bibisi qızının əridir və onun məhz qohumuna güvənərək bir çox qeyri-qanuni əməllər törətdiyi iddia olunur.
Bütün tərəfləri dinləməyə hazırıq. Əlavə məlumatları diqqətinizə çatdıracağıq.