QƏRAR VERİLDİ: SABİQ NAZİRLƏR AZADLIĞA ÇIXIR
Tarix: 26-11-2012, 13:05 |
Çap et
ƏLİ İNSANOVLA FƏRHAD ƏLİYEV YENİ İLİ EVLƏRİNDƏ QEYD EDƏCƏKLƏRDİA.AZ: - Məlum olduğu kimi, bu ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əfv fərmanının verilməsi gözlənilir. Bununla bağlı DİA.AZ-a məlumat verən hüquq-müdafiəçilərindən birinin sözlərinə görə, gözlənilən növbəti əfv fərmanı özünün miqyasına görə az qala amnistiya aktı ilə eyni tutula bilər.
Yəni daha böyük əhatə dairəsi olacaq əfv fərmanının prezident seçkiləri öncəsi hakimiyyətin cəmiyyətə və məhbus ailələrinə böyük jesti kimi dəyərləndirən həmsöhbətimiz bildirib ki, bu əfv fərmanı ilə hazırda həbsxanada saxlanılan, 2005-ci ilin 17 oktyabr hadisələri zamanı «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunan, 2007-ci ildə iqtisadi cinayətlərə görə mühakimə olunan keçmiş nazirlərin - Fərhad Əliyevin və Əli İnsanovun da azadlığa çıxacağı gözlənilir.
Mənbəmizin söylədikləri: «Artıq «yuxarılar» bu məsələ ilə bağlı olumlu cavab veriblər. Və 31 Dekabrı öz ailəsinin başında keçmiş nazirlər də olacaq».