GÜLƏR ƏHMƏDOVA BU GÜN "MƏRKƏZ"DƏ İCLAS ÇAĞIRIB
Tarix: 16-11-2012, 10:39 |
Çap et
KEÇMİŞ DEPUTAT QƏZETİNDƏ YARANMIŞ PROBLEMİ ÇÖZMƏYƏ ÇALIŞIRDİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı gizli video çəkilişlə həm siyasi və həm də ictimai karyerası şübhə altına düşən və nəticədə mandatından olan Gülər Əhmədovanın eyni zamanda rəhbərlik etdiyi «Mərkəz» qəzetində də müəyyən problemlər yaşadığı məlumdur.
Belə ki, çalışdırdığı redaksiya kollektivi ilə maaş problemi yaşayan keçmiş deputatın «Mərkəz»in ofisində az-az göründüyü də söylənilir. Amma bu gün onun işə çıxacağı haqda məlumat əldə etmişik.
«Mərkəz»də çalışan həmkarlarımızdan birinin DİA.AZ-a bildirdiyinə görə, hətta Gülər Əhmədova bu gün iclas da çağırıb: «İclasda nəyin müzakirə olunacağını bilmirik. Ola bilsin ki, maaş məsələsindən danışılacaq. Amma hamımıza saat 11-də redaksiyada olmaq tapşırığı verilib».