"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                 

Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Tarix: 18-11-2024, 11:46 | Çap et
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir
Məlum olduğu kimi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.

Bu arada Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi H/şəhərcik-3, ev 14, mən. 2 ünvanında yaşayan Talıbov Əhməd Mahmud oğlu tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında baş verən qanunazidd əməllər barədə media orqanlarına müraciət edərək, problemin mətbuatda işıqlandırılması yolu ilə mövcud məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının diqqətinə çatdırmaqla ictimaiyyətdən kömək istəyir.

Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Bildirirəm ki, mən, 03 dekabr 1990-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında sürücü vəzifəsində işə qəbul olunmuşam, dəfələrlə ən qızğın döyüş əməliyyatları gedən qaynar nöqtələrə ezam olunmuşam və hər zaman aldığım tapşırıqları yüksək səviyyədə yerinə yetirmişəm.

İşçisi olduğun MN-nin MBA-da aşkar şəkildə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməllərin törədilməsi barədə rəsmi dövlət orqanlarına məlumat verdiyimə görə, mənim haqqımda bilərəkdən saxta və uydurma sənətlər hazırlanaraq MOA rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmri ilə qanunsuz olaraq işdən azad edilmişəm.
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı iş üzrə 12.04.2021-si il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarı rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, Talıbov Əhməd Mahmud oğlunun öz əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Lakin qarşı tərəf “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 70.2-ci maddəsinin tələbini kobud şəkildə pozaraq məni öz əvvəlki işimə bərpa etməmişdir.

Qeyd edirəm ki, mən, işdən azad edilən günə qədər yük götürmə qabiliyyəti 26 ton olan MAZ 544005 markalı P 340 QQ nömrə nişanlı avtomobili idarə etmişəm. Minsk avtomobil zavodunun estehsalı olan Maz markalı avtomobillərin texniki götəricilərinin əks olunduğu kitabda həmin avtomobilin tam yüklü vəziyyətdə 100 km məsafəyə 60 km/saat sürətlə cəmi 28 litr yanacaq sərf etdiyi göstərilmişdir.

MƏA-nın Daşıma bölməsinin balansında olan yük maşınları “Maz”, “Kamaz” və “Qazel” markalı avtomobillərdən ibarətdir. Həmin avtomobillər üçün yanacağın sərfiyyatı norması istehsalçı zavod tərəfindən müəyyən edilmişdir. Lakin bununla belə, avtomobillər MBA-na daxil olan kimi onların sərfiyyat norması yenidən təyin olunur və bunun sayəsində tonlarla artıq yanacaq silinərək dövlətə külli miqdarda zərər vurulur. Mənim idarə etdiyim avtomobillə Bakı şəhərindən 370 km məsafədə yerləşən MBA-nın Gəncə bölməsinə 20-25 ton yükleə gedib-qayıtmaq üçün hər dəfə 200 litrden artıq yanacaq sərf etmədiyinin şahidi olmuşam, lakin buna barmayaraq həmin avtomobilə hər reys üçün təxminən 300 litr artıq dizel yanacağı silinirdi.

DTX-ya ünvanladığım müraciət Azərbaycan Respublikasınin Hərbi Prokurorluğuna göndərilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının Daşıma Bölməsinə məxsus avtomobillərin yanacaq sərfiyyatı zavod tərəfindən müəyyən edilmiş norma üzrə deyil, guya Azərbaycan Respublikası Müdafie nazirinin 05 may 2014-cü il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Silihlı Qüvvələrində hərbi texnikaların, silahların, avadanlıqların, texniki vasitələrin istismarı, təmin ve konservasiyası üçün yanacağın, yağların, sürtgülərin, xüsusi mayelərin sərfiyyatı Normalarında dəyişikliklər edilməsi haqqında 28.07.2017-ci il tarixli qərarına əsasən silinir. Həmin qərarda MAZ 544005 markalı avtomobilin 100 km məsafə üçün istehsalçı zavodun müəyyən etdiyi norma 21 litr artırılaraq 49 litr göstərilmişdir. Halbuki avtomobil istehsalı ilə heç bir əlaqəsi olmadığına görə Müdafiə Nazirliyinin avtomobil zavodunun müəyyən etdiyi normanı artırmaq səlahiyyəti yoxdur və bu sadəcə olaraq bir korrupsiya mənbəyidir.

Bununla əlaqədar “Google”-də axtarış verərərək müəyyən etmişəm ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Silihlı Qüvvələrində hərbi texnikaların, silahların,avadanlıqların, texniki vasitələrin istismarı, təmiri və konservasiyası üçün yanacağın, yağların, sürtgülərin, xüsusi mayelərin sərfiyyatı Normalarında dəyişikliklər edilməsi haqqında 28.07.2017-ci il tarixli qərarı ümumiyyətlə mövcud deyildir.

Nəzərə alsaq ki, hər bir avtomobilin illik yürüş norması 25000 kilometrdir, il ərzində dövlət büdcəsinə külli miqdarda maddi zərər vurulduğu göz qabağındadır.

Lakin bütün bunlara baxnayaraq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru Novruzzadə Elnur Elman oğlu 07 may 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir.

Azərbaycan Respublikası Cinayet Prosessual Məcəlləsinin 212.3-cü maddəsine əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğun 07.05.2024-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında Bakı Hərbi Məhkəməsinə şikayət vermişəm.

Bakı Hərbi Məhkəməsinin 6-1(093)-13/2024 saylı 29.07.2024-cü il tarixli qəraraı ilə Talıbov Əhməd Mahmud oğlunun verdiyi şikayət icraata götürülmədən geri qatarılmışdır.

Qərar onunla əsaslandırılmışdır ki, Talıbov Əhməd Mahmud oğlu yalnız bu qərar onun hüquq və azadlıqlarını pozduğu, onun hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət hüququnu məhdudlaşdırdığı təqdirdə həmin qərardan şikayət verə bilərdi.

Lakin məhkəmə onu nəzərə almamışdır ki, Azərbaycan Dövlətinin mənafeyine vurulan zərər hər bir Azərbaycan Respublikası vətəndaşının mənafeyinə vurulan zərər deməkdir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mütəşəkkil şəkildə dövlətə qarşı uzun illər boyu hər gün təkrar törədilən ağır cinayət əməlləri barədə dəfələrlə elektron qaydada və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında yerləşən 205 nömrəli otaqda məni qəbul edərkən adının Anar olduğunu bildirən əməkdaşa biləvasitə, yəni əlbə-əl ərizə təqdim etməklə rəsmi qaydada məlumat vermişəm.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər əsasında ölkəmizin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanıdır. Bu fəalliyyət çərçivəsində DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror- təxribat ve sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması İstiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir. Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq. kibercinayətlət, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda, həmin cinayətlərə dair işlər üzrə ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Lakin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə etdiyim müraciətlər araşdırılmadan, birbaşa Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Halbuki belə məlumatların araşdırılması Ali Məhkəmənin səlahiyyətləri dairəsinə aid deyildir. Halbuki belə məlumatların araşdırılması Ali Məhkəmənin səlahiyyətləri dairəsinə aid deyildir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi, Konstitusiyanın 131-ci maddəsinin I hissəsinə əsasən, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

Azərbaycan Respublikasının Ali Məhkəməsindən mənə göndərilən 08 oktyabr 2024- cü il tarixli 1-8/2-T-4941/5-23-12155/2024 в„–-li ve 25 oktyabr 2024-cü il tarixli 1-8/2-T- 4941/10-23-13231/2024 в„–-li eyni məzmunlu cavab məktublarında, əvvəlcədən mənə məlum olan məlumatlar təqdim etdiyim ərizələrdən köçürülərək göstərilmişdir: “Bildiririk ki,Bakı Hərbi Məhkəməsinin 2024-cü il 29 iyul tarixli 6-1(093)-13/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntulan barədə məlumatların araşdırılması şöbəsi tərəfindən 27C-24 saylı toplanmış araşdırma materialları əsasında qəbul etdiyi 2024-cü il 7 may tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından tərəfinizdən verilmiş şikayət icraata götürülməmiş və geri qaytarılmışdır.”

04 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə yenidən elektron qaydada müraciət edərək, başqa çıxış yolu tapa bilmədiyim üçün Müdafiə Nazirliyinin balansında olan avtomobillərə artıq yanacaq silinməklə dövlət büdcəsinə külli miqdarda zərər vurulması ilə nəcilənən cinayət əməllərinə son qoyulması məqsədi ilə media orqanlarına müraciət edərək, problemin mətbuatda işıqlandırılması yolu ilə mövcud məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının diqqətinə çatdırmaqla ictimaiyyətin köməyindən istifadə edəcəyimi bildirmişəm.

Həmin müraciət də araşdırılmadan Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş və cəmi 1 (bir) gün sonra Ali Məhkəmədən mənə verilən 05.11.2024-cü il tarixli 1-8/2-T-4941/11-23-13795/2024 в„–-li məktubun mətni əvvəlki məktublarin mətni ilə eynidir. Hesab edirəm ki, bütün bunlar dövlətə qarşı törədilən ağır cinayətlərin qarşısının alınmasına çalışdığın üçün mənim və Azərbaycan Respublikası Konstitusiyası ilə və digər qanunlarla təsbit edilmiş hüquq normalarının aşkar şəkildə ələ salınması deməkdir.

Buradan belə bir nəticəyə gəlmək olur ki, vəzifə borcu olaraq Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etməli olan yüksək vəzifə və qanun üzrə xüsusi səlahiyyətlərə malik olan şəxsləri dövlət mənafeləri deyil, yalnız özlərinin müxtəlif qanunsuz, haram yollarla xalqdan və dövlətdan talama yolu ilə topladıqları var-dövlətlərinin qorunması maraqlandırır.

Azərbaycan dövləti heç kimin şəxsi mülkiyyəti və yaxud atasından ona qalan miras əmlak deyildir. Bu dövlətin müdafiəsi uğrunda müqəddəs şəhidlərimiz öz canlarını qurban verərək onu qurumuşdurlar və heç kəsin dövlət məraqlarına zərər vurmaq haqqı yoxdur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin balansında olan avtomobillərə artıq yanacaq silinərək dövlət əmlakının mənimsənilməsi faktının hərtərəfli, obyektiv araşdırılıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə cinayət işinin başlanılması, təqsirkar şəxslərin dairəsinin tam müəyyən edilərək onların əməllərinə müvafiq hüquqi qiymət verilməsinidə mənə köməklik göstərməyi və müraciətimə baxılması haqqında talbov61@bk.ru elektron ünvana cavab yazmağı Sizdən xahiş edirəm.

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru