Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Tarix: 15-11-2024, 16:48 |
Çap et
Gəncə şəhər sakini Abdullayev Turxan Rafiq oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətiçi deyir ki, vaxtilə ermənilər tərəfindən atılan raket nəticəsində evi yararsız vəziyyətə düşsə də, indiyədək aidiyyəti qurumlar təmirinə dəstək göstərməyib:
“Mən, Abdullayev Turxan Rafiq oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Gəncə şəhərində yaşayıram. Ermənilər tərəfindən atılmış raket nəticəsində evim yararsız vəziyyətə düşmüşdür. Mənə ayrılan smeta layihəsi Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən düzgün tərtib olunmamışdır. Qəbullarına gedirəm, mənim şikayətimə baxan yoxdur.
Verilən smetalar bir-birinə uyğun gəlmir. Başa düşə bilmirəm ki, 1 mərtəbəli evləri 3 mərtəbə artıra bilirlər. 2 mərtəbəli evim üçün isə mənə 3 smeta verilib.
Məhkəməyə müraciət etmişəm, heç bir nəticəsi yoxdur.
Dövlət Baş Layihə İnstitutuna getmişəm. Orada da deyirlər ki, bu smetalar uyğun deyil. Lahiyə İnstitutu da bizə düzgün cavab göndərmir.
Qeyd edim ki, 1 ildir kirayə pulumu da ödəmirlər. Çıxılmaz vəziyyətdə qalmışam”.