"`City Net` bezdirib məni...." - GİLEY
Tarix: 12-11-2024, 12:48 |
Çap et
"City Net" provayderi artıq müştərilərini elə həddə çatdırıb ki, abunəçilər imtina qərarı vermək zorundadırlar. "DİA-AZ" bildirir ki, onlardan biri də Südabə Seyidova adlı sosial şəbəkə istifadəçisidir.
Narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında belə etiraz edir:
" "City Net" bezdirib məni.... Real 100 mb/s internet sürəti verən provayder məsləhət görün..."
Qeyd edək ki, bir başqa sosial şəbəkə istifadəçisi isə narazı abunəçiyə belə yol göstərib:
"Məndə KTV-dir... Əvvəl zəif idi, zəng etdim dedim istəmirəm Sizi... 20 dəqiqəyə qapıda idilər.
Son model "wifi" aparatı da hədiyyə etdilər. 1 manat da pul almadılar.
İndi 5G dəstəklənən 96-100 arası sürət olur. Hə... bircə bunu dedilər, arada söndürüb yandırın, sürət güclənir onda..."