Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                 

"Gələn təklifləri təkidlə rədd etmişəm"
Tarix: 19-06-2025, 10:07 | Çap et

Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Rasim Balayev “Real FM”ə müsahibə verib. Bu barədə danışan aktyor bütün dünya ulduzlarının reklamlarda rol aldığını bildirib.

“Deyir, Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir. Reklamdır da bu. Neçə ildir çəkilmirəm. Kamera üçün darıxmışam, reklama çəkilirəm. Kino çəkilmir, ortada normal iş yoxdur. Bədbəxt aparıcı var, deyir ki, Rasim Balayev yoxdur, ölüb. Kino var ki, orada çəkiləm? Ssenari, yaxşı rejissor olmasa, alınmaz. Bu, kollektiv sənətdir. Onsuz da mən də, sən də öləcəyik, ay bədbəxt! Düşük-düşük çıxıb danışmağa görə bu gündəyik”.

Sosial şəbəkələrdə və media müstəvisində iki fərqli mövqe formalaşıb: bir tərəf sənətkarın reklamda görünməsini sənətə hörmətsizlik sayır, digər tərəf isə sənətçinin buna məcbur qaldığını və təqdir olunmalı olduğunu bildirir.

Dünyada necədir?

Qardaş Türkiyədən tutmuş Hollivuda qədər bir çox ölkələrdə tanınmış aktyorların reklam çarxlarında iştirakı kifayət qədər yayılmış praktikadır. Məsələn, Al Paçino, Robert De Niro, Morqan Friman kimi dünya şöhrətli aktyorlar qəhvə, avtomobil, saat, bank, hətta dərman reklamlarında çəkiliblər. Türkiyədə Haluk Bilginer, Kenan İmirzalıoğlu, Kıvanç Tatlıtuğ kimi sənət adamları tez-tez böyük reklam kampaniyalarının siması olurlar.

Bəs niyə Azərbaycanda bu məsələ birmənalı qarşılanmır?

Məsələ ondadır ki, Azərbaycan cəmiyyətində Xalq artisti adına xüsusi bir yük, simvolik status yüklənir. Rasim Balayev kimi sənət adamları bir çoxlarının gözündə yalnız monumental bədii obrazlarda görünməli, yüksək ideya daşıyan əsərlərlə assosiasiya olunmalıdır. Onun “Nəsimi” obrazı ilə yadda qalmış aktyor kimi kolbasa reklamında çəkilməsi bu simvolik auraya zidd qəbul edilir.

Amma bu mövqeyin özü də suallar doğurur: kino sənayesi durğun vəziyyətdədirsə, aktyor illərlə işsiz qalırsa, sadəcə, “simvol” olaraq yaşamaq mümkünmü? Digər tanınmış sənətçilər, aktyorlar müəyyən məbləğ qarşılığında reklama çəkilərdilərmi? Onlar Rasim Balayevi haqlı sayırmı?

Xalq artisti, tanınmış aktyor-rejissor Şeyx Əbdül Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Şeyx Əbdül kolbasa reklamına çəkildiyi üçün həmkarını sərt şəkildə qınayıb: “Rasim Balayev kinonun hesabına çatdığı mərhələdən heç olmasa utanardı. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir, kinonun rəhbərlərindən biridir, lazım gələndə ölkə rəhbəri ilə görüşə o gedir. Bəs niyə bu kino üçün heç nə etmir? Axırda "Nəsimi"dən sonra gedib kolbasa reklamına çəkilir. Görün, indi kinomuz hansı səviyyəyə çatıb. Mən də onun davasını çəkirəm ki, gəlin milli kinomuzu ayağa qaldıraq. Şəxsən mənim “Şah İsmayıl Xətai”, “Ağaməhəmməd Şah Qacar” və daha neçə-neçə ssenarim ortada qalıb. “Qapı bağlı” olduğu üçün gedirlər kolbasa reklamına çəkilirlər. Belə getsə, kolbasa reklamına çəkilməyə şükür edəcəklər - onları bundan da pis reklamlar gözləyəcək.

Sənətkarların reklama çəkilməsinə gəlincə, reklamların da səviyyəlisi, səviyyəsizi olur. Əlbəttə ki, Türkiyədə də məşhur sənətkarlar reklamlarda çəkilirlər. Amma baxın, onlar özlərinə layiq olan reklamlarda çəkilirlər.

Mənə də reklama çəkilmək üçün təkliflər olub. Məsələn, bu günlərdə iki belə təklif almışdım - biri paltar, biri isə yemək reklamı idi. Dedim: gedin yeməyi satın, geyimi də ekranlara çılpaq çıxan qadınlara geyindirin. Bəli, mənim ehtiyacım çoxdur. Amma əgər normal ideologiyamıza, milli-mənəvi dəyərlərimizə uyğun reklam olarsa, çəkilərəm. Bu gün bütün dünya reklam üzərində qurulub. Amma baxır kim, nə və hansı şəraitdə, hansı mövzuda reklama çəkilir".

Əməkdar incəsənət xadimi, məşhur aktyor və rejissor Elxan Cəfərov isə deyib ki, bu məsələ çox şəxsi və spesifik məsələdir: “Burada aksiom yoxdur. Demək olmaz ki, bunu etmək olar və yaxud etmək olmaz. Təbii ki, dünyada belə təcrübələr var. Elə aktyorlarımız var ki, seriala çəkilir, eləsi də var ki, çəkilmir. Bədii filmdə çəkilən aktyorlarımız serialda da, reklamda da görünür. Bu, yaradıcı insanların sosial dayanıqlı bir mövqedə olmamalarından irəli gələn məsələlərdir. İndi, təbii ki, kimsə 5 manat artıq qazanmaq istəyirsə, burada qəbahətli heç nə yoxdur.

Əlbəttə, Rasim Balayevin kolbasa reklamına çəkilməsi şəxsən mənim üçün, bir tamaşaçı kimi, bir qədər dartınaraq qəbul etdiyim hal oldu. Bizim çoxsaylı sənətkarlarımız var ki, bəzən onları avtobusda, metroda görəndə insan bir anlıq tərəddüd edir. Düşünürsən ki, mənim qəhrəmanım mənim üçün əlçatmazdır, bir xülyadır - niyə adi insan kimi metroya, avtobusa minməlidir?", - rejissor deyib.

“Bəs sizə reklama çəkilmək üçün təkliflər gəlibmi?” - sualına isə Elxan Cəfərov belə cavab verib: “Çox gənc yaşımda, yaxın bir dostun və tanışın xahişi ilə bir mobil operatorun reklamına çəkilmişdim. Amma ondan sonra çəkilməmişəm. Gələn təklifləri isə təkidlə rədd etmişəm və bildirmişəm ki, bir daha bu cür təkliflər olunmasın.

Şəxsən mən istəməzdim o cür reklamlarda çəkilim. İstəyərdim ki, insanların düşüncəsində yaradıcı insanlara qarşı olan o mifik münasibəti qoruyub saxlayım".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru