"Nəhayət həyatıma, ömrümə gəldin. Məhəbbətdən, sevgidən, gözəl görüşdən danışılır. Pozitiv, üfüq saçan mahnıdır".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Afaqla 10-lar" verilişində deyib. Pop kraliça yeniliklərindən danışıb:
"Bilirsiniz sizi nə gözləyir? Möhtəşəm şeylər. Ard-ardına gözəl işlər təqdim edəcəyəm. Gənclərlə çalışıram. Repertuarımı son günlər onların bəstələri bəzəyir. Bundan sonra bir neçə mahnı olacaq. Yay mövsümünə çıxanda tez-tez mahnı təqdim edirəm. Çünki sevənlərim özüm kimi 40 günlükdür. Biz 2 ay gözləyə bilmərik.
Trend söhbətlərini son günlər bilirəm. Trenddə bilirsiniz ki, başqa ifaçılar olur. İndi estrada janrının trenddə irəliləməsi gözəl irəliləyişdir. Ciddi musiqi ilə məşğul olanlar nə demək istədiyimi gözəl anlayır".