CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                 

“Atamın hələ də Muğam Mərkəzində büstü, yaşadığı binada barelyefi yoxdur, müraciət etsək də...” - MALƏSƏF...
Tarix: 28-05-2025, 09:52 | Çap et

“Atam 2015-ci ildə dünyasını dəyişdi. Onun ürəyində bir nisgil var idi. O da vətən həsrəti idi. Atam olduqca ciddi insan idi, amma Qarabağ adı çəkiləndə gözyaşlarını saxlaya bilmirdi. O Qarabağ torpaqlarının işğal altında olmasını, Xocalı soyqrımını və bütün bu faciələri yanğı ilə öz çalğısında əks etdirirdi. Hətta bəzən hönkürtü çəkib ağlayırdı da. İnsanların o faciəsini öz ağrısı kimi qəbul edib yaşayırdı. Həssas bir insan idi. Bu onun çalğısından da bəlli idi. Hətta bir dəfə bu yanğılı ifaları ilə bağlı mən ona sual da verdim. Dedi ki, belə yanğılı ifamın əsas səbəblərindən biri Qarabağ dərdidir. Nə qədər ki, bu dərd var, mənim ifalarım həmişə belə olacaq. Atam kaşki sağ olaydı və biz ona deyərdik ki, ata, artıq torpaqlarımız azaddır, sən orada rahat yat. Bizim şəhidlərimizin qanı, qazilərimizin canı bahasına, Ali Baş Komandanımızın göstərdiyi şücayət sayəsində torpaqlarımız işğaldan azad olundu. İnanıram ki, atam indi bunu görür və onun ruhu çox şaddır”
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva deyib. O daha sonra bildirib ki, ermənilər atasına sənətdə çox mane olublar:
“Atam sənətə gələndən sonra kamança alətinin çalğı üslubunu tamamilə dəyişdi. Ermənilərin hər zaman çaldığı o kamanın üslubunu dəyişərək öz üslubuna saldı. Artıq onların çalğısı Habil kaman çalğısının yanında bir heçə çevrildi. Ermənilər onun kamançasına müdaxilə etməyə, ona sənətdə mane olmağa, incitməyə çox çalışdılar, amma buna nail ola bilmədilər. Çünki mənim atamın ürəyi ifa edirdi. Onun çalğısı, ifası kamançanı çalan ermənilərdən çox-çox fərqli idi. Erməni ifaçıları kaman çalır, kaman ifa edirdilər, amma mənim atamın ürəyi ifa edirdi. Sanki kaman ağlayırdı.. Onu ağladan da Habilin kamanı oldu. Ermənilər atamı məyus etməyə çox çalışdılar, amma ona gücləri çatmadı. Yenə də mənim atam qalib oldu. Biz musiqimizdə də onlara qalib gəldik” deyə sənətkarın qızı bildirib.
Vəfa xanım deyir ki, atası övladlarına qarşı çox tələbkar olub və daim məsləhətlər verib:
“Biz ailədə 3 bacı, bir qardaşıq. Üçümüz də həkimik, Rəvan hüquqşünasdır. Atam istəyirdi ki, xalqa layiq övladlar olaq. O deyirdi ki, mən həkim olsaydım o sahədə də yüksək səviyyədə olardım. Bizə məsləhət verib deyirdi ki, əgər bir sahəyə yiyələnirsinizsə, onun ən yaxşısı olmalısız. Xalqa, vətənə sadiq olmağı hər dəfə dönə-dönə tapşırırdı. O sevmirdi ki, insan yalana, başqa fırıldaq işlərə əl atsın, işindən kənar məsələlərə qoşulsun. Düzgünlüyü, dürüstlüyü, halallığı bizə atamız aşılayıb. Çünki bizim evimizə hər zaman halal pul girib. Mənim atam övladlarını zəhmətinin halal pulu ilə yetişdirmişdi, bizə də onu tövsiyyə edirdi. Hər birimiz də öz sahəmizdə bu şəkildə işləyirik. Bizi tanıyanlar da bilir ki, öz sahəmiz üzrə heç bir kənar hərəkətimiz, addımımız ola bilməz. Biz düzgün şəkildə vətənimizə, xalqımıza xidmət göstəririk” deyə o bildirib.
Vəfa xanım atasının pedaqoji fəaliyyətlə məşğul olmamağının səbəblərindən də danışıb:
“Atam tələbə yetişdirməsə də özünüz görürsünüz ki, bütün kamança ifaçıları onun yolu ilə çalır. Mənim atamın tələbə yetişdirməməyinin, pedaqoji fəaliyyətlə məşğul olmamağının yalnız bir səbəbi var. O bir az səbrsiz adam idi. Ustad müəllimdə bir az səbr olmalıdır. Bir də o deyirdi ki, mən segahı bu gün bir cür ifa edirəm, sabah onu başqa cür ifa edirəm. Mən tələbəyə bu gün bir cür, sabah başqa cür öyrədə bilmərəm. Bu improvizasiya daxildən gələn bir bacarıq idi. Atam musiqiyə yeniliklər gətirirdi deyə ona görə tələbə hazırlaya bilmirdi” deyə o bildirib.
Vəfa Əliyeva bildirib ki, atasının əsas kamançası onun nəvəsindədir:
“Atamın bir neçə kamançası olub. Əsas ifa etdiyi kamança oğlum Bəhruzdadır. Çünki Bəhruz bir hobbi kimi skripkada ifa edir. Atam bilirdi ki, Bəhruz onun kamançalarından birini istəyir. Elə öz kamançasını atam rəhmətə gedəndən sonra anam Bəhruzə bağışladı. Bir kamançası da var ki, qızıl, sədəf, brilliant qaşlarla bəzədilib. O da hazırda atamın ev muzeyindədir. Əsas ifa etdiyi kamançası Bəhruzdadır. Bəhruz da onu göz bəbəyi, canı kimi qoruyur” deyə sənətkarın övladı bildirib.
Vəfa xanım onu narahat edən bəzi məsələlərdən də danışıb:
“Atamın büstü hələ də Beynəlxalq Muğam Mərkəzində foyedə qoyulmayıb. Bu məni həqiqətən də narahat edir. Tək məni deyil, onun dörd övladının dördünü də narahat edir. Orada bütün muğam ifaçılarının, musiqiçilərin büstü qoyulub, amma atamınkından başqa. Azərbaycan muğam sənətində mənim atamın çox böyük zəhməti olub, çox işlər görüb. Kamança alətini dünyada tanıdıb. Bunu Azərbaycan rəhbərliyi də bilir və hər zaman onu qiymətləndirib. Bu gün büstün olmaması məni çox narahat edir. Məni çox qorxudur. Düşünürəm ki, mənim atam artıq yaddanmı çıxdı? Ulu Öndər Heydər Əliyev, cənab prezidentimiz İlham Əliyev, Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyeva atama sağlığında bütün ordenləri, mükafatları, fərdi təqaüdləri və fəxri adları vermişdilər. Amma düşünürəm ki, mən birdən dara düşsəm, bir problemim olsa görəsən bu gün nəzərə alarlarmı bu Habil Əliyevin övladıdır? Ona bu işdə güzəşt olunsun və s. Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Sadəcə olaraq bu laqeyd münasibət məni hərdənbir qorxudur. Məni ən çox düşündürən və narahat edən bu sualdır. Bütün bu problemlər zamanında rəhmətlik anamı da narahat edirdi. Niyə də etməsin? Atamın yaşadığı binada bir barelyefi yoxdur. Elə bir yerdə adına küçə verilib ki, heç tanınmır. Biz heç bilmirik ki, ora haradır? Yenə də sağ olsunlar veriblər. Mən çox istərdim ki, mərkəzi küçələrdən birinə atamın adı verilsin. Amma Muğam Mərkəzində atamın büstünün qoyulması onun haqqıdır. 2015-ci ildə bu insan rəhmətə gedib. Onun üstündən 10 il keçir. Anam zamanında Mədəniyyət Nazirliyinə, Muğam Mərkəzinə müraciət etsə də, hər kəs “bizlik deyil” deyib boyun qaçırdı. Çox istərdik bunun səbəbini bilək. Hər kəs problemi bir-birinin üstünə atır. Atam kimi böyük sənətkarları yaddan çıxartmaq olmaz. Gələcək nəslin onları tanıması vacibdir” deyə Vəfa Əliyeva bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru