
"Arif Quliyev oğlu Fərid həbsxanaya düşəndən sonra ondan imtina etdiyini rəsmi olaraq elan etmişdi. Özünə sığışdıra bilmirdi. Amma yanına da gedirdi, yemək də aparırdı".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Natiq Fərzəliyev "Xəzər axşamı" verilişinin mərhum Xalq artisti Arif Quliyevin anım günü ilə bağlı hazırladığı süjetdə deyib. O bildirib ki, sənətçi yubileyini qeyd etməyi arzulayırdı:
"Son vaxtlarda tez-tez görüşürdük. Çox həvəsli idi. Deyirdi ki, 70 illik yubileyimi qeyd edək. Amma son günləri idi".
Qeyd edək ki, Arif Quliyev 2021-ci il mayın 7-də koronavirusdan vəfat edib.