Müğənni Ayan Babakişiyeva keçirdiyi plastik və estetik əməliyyatlarından söz açıb.
dia-az.site olay-a istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb.
Proqramın aparıcısı Aytəkin Mərdənovanın "Bədənşəkilləndirmə əməliyyatı etdirmisən?" sualına Babakişiyevanın cavabı belə olub:
"Bu efir söhbətləri deyil. Əlbətdə etdirmişəm. Bel nahiyyəmdə kompleksim vardı. Onu da aradan qaldırmışam. Mən əməliyyat keçirdiyimi danmıram. Məndən soruşurlar ki, üzünüzdə hansı əməliyyatı etdirmisiniz. Cavab verirəm ki, burnumun formasını dəyişdirmişəm. Dodağımda dolğu var. Axı mən illər əvvəl belə deyildim. Necə hamının üzünə durub "Xeyr, əməliyyat etdirməmişəm" deyə bilərəm. Etdirmişəm. Bəlli toxunuşlar var. Sərhədləri keçməmək şərti ilə bilirsən ki, sənə nə yaraşar və həkimin isə öz işində uğurlu olmalıdır".