"Tamaşaçı indi başa düşür ki, Turan, qədim türk fəlsəfəsi, mifologiyası nədir"
Tarix: 2-09-2024, 10:10 |
Çap et
Rejissor Aqil M.Quliyev ilk dəfə illər əvvəl lentə aldığı və mərhum Xalq artisti Amaliya Pənahovanın çəkildiyi sonuncu film olan "Şaman"ın aqibətindən danışıb.
Bu haqda Axşam.az-a açıqlama verən rejissor filmin təqdimatının gecikmə səbəbindən danışıb:
"Tamaşaçı indi başa düşür ki, Turan, qədim türk fəlsəfəsi, mifologiyası nədir. Son 2-3 ildir ki, auditoriyamızda buna maraq yaranıb və məlumat əldə edilib. 13 il əvvəl bunu edəndə hər bir aktyora sıfırdan qədim türk mifologiyasının qəhrəmanları kimdir izah etdim. Məhsulu gərək o zaman çıxarasan ki, bazar ona hazırdır. Filmin montaj və səsləndirməsi qalıb. Orada bir çox mərhum Xalq artistimizin gözəl obrazları var".
A.M.Quliyev bildirib ki, film gələn il işıq üzü görəcək.