Əsas Səhifə > Şou-biznes > "Tamaşaçı indi başa düşür ki, Turan, qədim türk fəlsəfəsi, mifologiyası nədir"
"Tamaşaçı indi başa düşür ki, Turan, qədim türk fəlsəfəsi, mifologiyası nədir"2-09-2024, 10:10 |
Rejissor Aqil M.Quliyev ilk dəfə illər əvvəl lentə aldığı və mərhum Xalq artisti Amaliya Pənahovanın çəkildiyi sonuncu film olan "Şaman"ın aqibətindən danışıb. Bu haqda Axşam.az-a açıqlama verən rejissor filmin təqdimatının gecikmə səbəbindən danışıb: "Tamaşaçı indi başa düşür ki, Turan, qədim türk fəlsəfəsi, mifologiyası nədir. Son 2-3 ildir ki, auditoriyamızda buna maraq yaranıb və məlumat əldə edilib. 13 il əvvəl bunu edəndə hər bir aktyora sıfırdan qədim türk mifologiyasının qəhrəmanları kimdir izah etdim. Məhsulu gərək o zaman çıxarasan ki, bazar ona hazırdır. Filmin montaj və səsləndirməsi qalıb. Orada bir çox mərhum Xalq artistimizin gözəl obrazları var". A.M.Quliyev bildirib ki, film gələn il işıq üzü görəcək. Geri qayıt |