Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı .....                     “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                 

“Kino hikkə ilə, inzibati qaydalarla idarə olunmaz” - ETİRAZ
Tarix: 22-08-2024, 07:09 | Çap et
“Kino hikkə ilə, inzibati qaydalarla idarə olunmaz”
“Bu kino ki, var...” tavtologiyası ilə başlamayacam, aqressiv tamaşaçılar kimi “kino yoxdur” da deməyəcəm. Kino çəkilir, son vaxtlar hətta tez-tez çəkilir. Mətbuatda müzakirə də olunur. Sadəcə, istədiyimiz odur ki, daha çox və daha keyfiyyətli kino olsun. Müstəqil Azərbaycanın kinosu sovet Azərbaycanının kinosunu kölgədə qoysun. Yaxşı arzu oldu...

Kinorejissor Tahir Əliyev də bunu istəyər. Bəlkə istədiyi başqa şeylər də var, hər halda, söhbət əsnasında onun da nə istədiyi bəlli olar. Pressklub.az-ın qonağı kinorejissor Tahir Əliyevdir – sosial şəbəkələrdən Tahir Tahiroviç kimi tanıdığımız kino adam...

- Sizi oxucuya mən təqdim edim, yoxsa özünüz təqdim edirsiniz? Rejissor aktyor deyil və bizim reallıqda öz-özünə populyarlıq qazanmır, ona görə təqdimata ehtiyac var.

- Məncə, xüsusi təqdimatıma ehtiyac yoxdur. Azərbaycanın kino sahəsində məni az-çox tanıyırlar. Azərbaycan kinosu, cəmiyyəti, ictimai-siyasi həyatı üçün indiyə qədər gördüyüm işlər bunu deməyə müəyyən qədər əsas verir. Yalnız borcumu deyil, həm də vicdan borcumu yerinə yetirmişəm. Sənət borcu ilə vicdan borcu fərqli məfhumlardır. Rahat vicdanla yaşaya bilərəm. O ki qaldı populyarlığa, ona ehtiyac yoxdur, bizim sənətə aid də deyil. Bizim sənət kamera arxası sənətdir, publik deyil, ona görə populyar olmamaq normaldır.

- Azərbaycanda rejissor olmaq nədir?

- İndi rejissor olmaq çox asandır. Ətrafında peşəkar kinematoqrafçılar olsa, başqa məsələ, amma Azərbaycanda asan məsələdir, çünki son 20 ildə kino rejissorluğu sənətdən peşə səviyyəsinə düşüb. İstənilən adam film çəkə bilər. Heç bir qadağa, sərhəd yoxdur. Yəqin özümüz bu peşəyə sahib çıxmadıq. Məsələn, musiqimizi qoruyub saxladılar, sənətdən peşəyə düşmədi. Musiqimizin yiyəsi oldu. Bəstəkarlar İttifaqının üzvü olmaq asan deyil. Orda qoymazlar ki, mühəndislik təhsili ilə gəlib İttifaqa üzv yazılasan. Musiqi təhsilin yoxdursa, sənə heç əsər təqdim etməyə imkan verməzlər. Kinoda isə açıq qapıdır. Bəstəkar kino çəkir, memar da rejissorluq edər, heç kim də deməz ki, sən rejissor deyilsən. Həm də kinomuzun şəxsiyyət problemi hələ də davam edir. Təəssüf...

- Niyə rejissor oldunuz?

- Sovet İttifaqı dağılmasaydı, təyyarəçi olacaqdım. Ya da coğrafiyaçı. Qismət elə gətirdi ki, rejissor oldum. Amma peşman deyiləm. Azərbaycan kinosu məni elmə yaxınlaşdırdı. Dünyanı gəzdim, yaxşı insanlarla ünsiyyətdə oldum. Bacardığım qədər Azərbaycan sənədli filminə töhfə verdim. Artıq yaş ötür. Bundan sonra istərdim ki, Azərbaycan kinosunda bir neçə bədii film çəkim. Çalışacam bunun öhdəsindən gəlim.

- Siz maarifləndirici sənədli filmlərin rejissoru, bəzilərinin həm də ssenari müəllifisiniz. O filmlərin ki, həm mövzu etibarı ilə, həm də sənət baxımından keyfiyyətli və maraqlı işlərdir, xüsusən Cümhuriyyət mövzusunda. Hətta “Tahir sənədli filmlərin atasıdır” - deyirlər. Sonuncu filminiz isə səhv etsəm, düzəldin, lütfən, “O, Xarqo idi” adlı filmdir, 2021-ci ildə çəkilib. Aradan 3 il keçib. Niyə film çəkmirsiniz, qarşınızda maneə var?

- Deməzdim ki, sənədli kinoda birincilərdənəm. Sadəcə, çalışmışam sənədli kinoda öz sözümü deyim. Ətrafımdakı ziyalı insanlar bu sarıdan mənə çox kömək olublar. Xüsusən, Ramiz Abutalıbovun mənə inamı, dəstəyi. İkinci dünya müharibəsi ilə bağlı “Salnamə” film studiyasında 9 film çəkmişəm. Festivallarda qazandığım uğurlara görə də bu mövzuya minnətdaram. 10 ilə yaxındır ki, Cümhuriyyət dönəmini araşdırıram. Həm araşdırmaçı kimi işləyirəm, həm də o mövzuda ssenarilər yazıram. XX əsrin əvvəlləri Azərbaycan tarixi ilə bağlı filmlərin hamısını Ramiz Abutalıbovla işləmişəm. Dediyiniz sonuncu filmim əslində 2020-ci ilin filmidir, sadəcə olaraq, pandemiya ilə bağlı bir il gec təhvil verdik.

3 ildir film çəkmirəm, çünki 15 il çalışdığım “Salnamə” studiyasının fəaliyyətinin səngidilməsi bizə, bu sahədə çalışan insanlara, o cümlədən mənə ağır oldu. Bir gözləntim də yoxdur.

- Ümid yaxşı şeydir, gözlənti də hər zaman var, məncə... Bir rejissor, ssenarist, ümumiyyətlə, kino adamı kimi bu gün Azərbaycan kinosunun vəziyyətini necə dəyərləndirirsiniz?

- Bu sualı hazırda film çəkən rejissora versəniz, deyəcək hər şey yaxşıdır. Hazırda film çəkmiş olsam da belə, çatışmazlıqları deməyə bilmərəm. Vəziyyət təxminən bu cürdür: “Sən mənim canım, dinmə”, “Qoy nazirlikdə layihən keçsin”. Kino hikkə ilə, inzibati qaydalarla idarə olunmaz, sərbəst idarə olunmalıdır.

- Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunursunuz, iki qurum birləşdi, bu yaxınlarda yeni vahid sədr də seçildi. Sizcə, bu qurum Azərbaycan kinosu üçün hansı funksiyanı yerinə yetirməlidir və onu edə bilirmi?

- AKİ ictimai təşkilatdır. Bacardığı qədər kinematoqrafçılara kömək edir. Söz yox ki, əlimizdə daha çox resurs olsa, daha effektli işləmək olar. “Nizami” kino mərkəzini İttifaqın idarəçiliyinə verilsə, inanın ki, iş daha səmərəli olar.

- Azərbaycan Respublikasının Kino Agentliyi də var...

- ARKA publik hüquqi şəxsdir. Əslində, ARKA dövlət kino agentliyi olmalı idi, amma yenə şöbə səviyyəsindədir. Nazirlikdə sektora tabedir. Heç olmasa, ARKA rəhbəri nazir müavini statusunda olmalıdır. ARKA böyük anlamda müstəqil olmalıdır. Bir də ki, biz kino sahəsini ümumilikdə Mədəniyyət Nazirliyindən də gözləməli deyilik. Televiziyalar da kino istehsalında susmamalıdırlar. İTV və AzTV-dən savayı, o biri televiziyalarda, demək olar, sənədli filmlər istehsalı yoxdur. 2016-2020-ci illərdə ARB “Aranfilm” yaradıcılıq mərkəzində ard-arda müxtəlif janrlarda 97 film istehsal etdik. Mədəniyyətimiz və ictimai həyatımız üçün xeyli töhfələr verdik. Amma qısqanclıq ucbatından işlər yarımçıq dayandı. Təbii ki, bunların bir səbəbi var. Televiziya rəhbərliyi. Onlara bu sahə maraqlı deyil.

- Bir də nəsil problemi var, qocamanlar gəncləri, gənclər qocaman kinematoqrafçıları qəbul edə bilmirlər? Niyə?

- Yalan söhbətdir, Azərbaycan kinosunda o problem yoxdur, o söhbət bitib, qocalar qalmayıb. 3-4 nəfər var, onlar da tədbirlərdə qabaq sırada otururlar, arada qalxıb sağlıq deyirlər. İndi Azərbaycan kinosunda çox istedadlı gənclər var, rejissorlar, ssenaristlər, operatorlar. Sadəcə, onlara yiyə çıxmaq lazımdır.

- Kino sahəsində hamı və hər şey yerindədir, sizcə? Xilas yoluna haradan başlanılmalıdır? Hansı sahəsindən - rejissordan, aktyordan, ssenaridən, bəlkə prokatdan, yaxud reklamdan?

- Kinomuz diridir hələ. Ən yüksək kateqoriyalı festivallara da qatılırıq. Bunu genişləndirmək, filmlərin sayını artırmaq lazımdır. Bununla yanaşı, “Azərbaycanfilm” kinostudiyası, “Salnamə” studiyası bərpa olunmalıdır. Deyəndə adamı qınayırlar, deyirlər bilirik, düzəldəcəyik, amma yenə həmin qaydada davam edirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru