
"BAKI KONDİSİONERİ" Açılğan Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, ASC-nin mövcud vergi borcu dəqiq 855.058,42 AZN təşkil edir.
Məlumat üçün bildirək ki, 3.179.050,00 AZN nizamnamə kapitalına malik olan və Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 10 ünvanında hüquqi qeydiyyatda bulunan səhmdar cəmiyyətinin qanuni təmsilçisi Fuad Əliyev Sahil oğludur.
























