"Tiflisə qatar biletinin aşırı bahalığı haqqında REAL partiyasının elektron poçt ünvanından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə mayın 22-də sorğu göndərmişdik..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Hətta ictimai çağırış da eləmişdik və çağırışımıza səs verərək oxşar müraciəti təxminən 40-50 vətəndaş da rəsmən onlara göndərmişdi. 2-3 həftə əvvəl Dövlət Agentliyindən bildiriş gəlib ki, müraciətinizə baxılma müddəti daha 30 gün uzadılıb. Bu da edir avqustun ilk ongünlüyü. Yaxşı, gözləyək görək bu sadə sorğumuza bu qədər vaxt fikirləşib nə cavab verirlər..."



















