BOKT "International" ASC-nin vergi borcu DAHADA ARTIB: Səhmdarlar Həsənov qardaşlarıdır
"Bank Olmayan Kredit Təşkilatı "International"" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu böyüməkdə davam edir.32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən BOKT-un hazırda dövlət qarşısında 566.795,20 AZN məbləğində vergi borcu mövcuddur.
Qeyd edək ki, 10.000.000 AZN nizamnamə kapitalı olan ASC Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk pr., ev 12A ünvanında hüquqi qeydiyyatdadır. Təşkilatın qanuni təmsilçisi Nicat Vaqif oğlu Həsənovdur.
Mediada gedən məlumatlara görə, məşhur BOKT "International"-ın səhmdarlarından biri də qanuni təmsilçi Nicat Həsənovun qardaşı Rifat Həsənovdur.



















