Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi .....                     AZAL Atırauya ilk reysini həyata keçirib .....                     “Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” .....                     İranşünasdan Bakıya qarşı .....                     “İtirən siz olarsınız, Türkiyə yox” .....                     Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır .....                     Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi .....                     "Cəhənnəmə gedən özünə yoldaş axtarır" .....                     Azərbaycan daha az buğda alıb, .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     “Əsgər formasında rəqs: .....                     "Paşa Bank"dan "Paşa Holdinq"ə... .....                     “Qutusu açılmayıb” deyib köhnə telefon satırlar .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib .....                     “Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” .....                     Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: .....                     “Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” .....                     Agentlik sədri özünə yeni müşavir təyin etdi .....                     DSX-nin hərbi qulluqçuları təltif edilib .....                     Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib .....                     Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib .....                     "Unibank kartdakı pulumu oğurlayıb..." .....                     Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? .....                     “TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu .....                     İran AzTV-yə danışan məmurları həbs edəcək .....                     Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... .....                     Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir .....                     "Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? .....                     Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. .....                     Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri .....                     Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? .....                     " Uşağı doyunca qucaqlaya bilmədik..." .....                     Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub .....                     Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib .....                     Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? .....                     Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur .....                 

"Bu heç də yaxşı bir gələcək vəd etmir..." - deputat
Tarix: 15-07-2026, 00:11 | Çap et

Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunsa da, ictimai yerlərdə icazəsiz dini təbliğatın aparılması, vətəndaşların dini cərəyanlara cəlb edilməsi və prozelitizm fəaliyyəti qanunvericiliyin tələblərinə zidd hesab olunur. Bu istiqamətdə illərdir nəzarət tədbirləri həyata keçirilir, müxtəlif dini qrupların qanunsuz fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən addımlar atılır.

Lakin Musavat.com əməkdaşının bir neçə gün əvvəl ictimai nəqliyyatda qarşılaşdığı hadisə göstərir ki, "Yehova şahidləri" kimi dini cərəyanların fərdi təbliğat üsullarından istifadə etməsi hələ də davam edir.​ Belə ki, əməkdaşımızın 12 nömrəli marşrut avtobusunda "Yehova şahidləri" təriqətinin təbliğatçısı ilə qarşılaşması və ona "pulsuz teokratik dərslər" adı altında gizli təkliflərin olunması, bu qeyri-ənənəvi dini cərəyanın hələ də aktiv iş başında olduğunu növbəti dəfə sübut edir. Paytaxtın ictimai nəqliyyatında, xüsusən də "Qara Qarayev" metrostansiyası istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin emosional boşluqlarından istifadə edərək aparılan bu gizli təbliğat həm qanunvericilik, həm də milli təhlükəsizlik baxımından ciddi suallar doğurur.

(Daha ətraflı linkdə: https://musavat.com/mobile/news/yehova-sahid-leri-yene-is-basinda-emekdasimiza-gizli-teklif-pulsuz-olacaq-foto_1272832.html)

Azərbaycanda ictimai nəqliyyatda və digər ictimai yerlərdə bu formada dini təbliğat qanunvericiliyə uyğundurmu?

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycandakı bu cür dini təbliğat işləri yeni deyil. Uzun illərdir ki, "Yehovanın şahidləri" ölkəmizdə bu formada təbliğat aparırlar. Onlar məktəblərdə, evlərdə, küçələrdə və avtobuslarda fəaliyyət göstərirlər və günü-gündən bu icmaya üzv olan insanların sayı artmaqdadır. Ümumiyyətlə, bu gün Azərbaycanda dini xəritənin ciddi formada dəyişdiyini görməkdəyik ki, bu da gələcəkdə bizim üçün çox ciddi problemlər yaradacaqdır. Bəli, Azərbaycan müstəqil ölkədir, burada dini etiqad azadlığı mövcuddur. Amma bu dini etiqad azadlığı ilə Azərbaycanın milli təhlükəsizliyi arasında mütləq bir balans gözlənilməlidir. Təəssüf ki, bu gün Azərbaycanda qeyri-ənənəvi həm müsəlman, həm də qeyri-müsəlman icmaları getdikcə daha da fəallaşırlar. Bu gün çox məqsədli şəkildə Azərbaycanda dini düşüncə dəyişdirilir".

Deputat əlavə edib ki, süni və sürətli bir formada qeyri-ənənəvi dinlər, təriqətlər və məzhəblər ətraflarına daha çox insanı cəmləyə bilirlər:"Hazırda Bakının bir çox yerində, parklarda və ayrı-ayrı məkanlarda bu cür təbliğatların davamlı olaraq aparıldığını görürük. Əvvəllər də çıxışlarımda dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda kor-koranə şəkildə dinə qarşı güclü bir meyil var. Bu meyil bəlkə də kənardan o qədər hiss olunmasa da, cəmiyyətdə sürətli bir dindarlaşma prosesi gedir və insanların dinə yönəlməsi sürətlənir. Təəssüf ki, əksəriyyət daha çox qeyri-ənənəvi, Azərbaycan üçün xas olmayan dinlərə, təriqətlərə, təlimlərə və məzhəblərə yönəlir. Bu proses yaxın gələcəkdə Azərbaycanda çox ciddi problemlərə yol açacaqdır. Bir daha xüsusi qeyd edirəm ki, qeyri-ənənəvi dinlərin, təriqətlərin və bəzən radikal xarakter daşıyan qrupların üzvlərinin sayının artması bizi ciddi şəkildə narahat etməlidir".

Ceyhun Məmmədov xatərladır ki, bu istiqamətdə mütləq ciddi işlər aparılmalı, maarifləndirmə prosesi getməlidir:" Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, dinimiz xalqımızın milli-mənəvi sərvətidir. Cənab Prezident də bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə yeni məscidlər qurur və inşa edir. Amma məsələ ondadır ki, bu gün bizim dini mühitimiz çox ciddi təhdidlərlə üz-üzədir. Ən çox diqqət çəkən məqamlardan biri də odur ki, bu qeyri-ənənəvi təriqətlər Azərbaycandakı milli azlıqları daha çox öz tərəflərinə çəkməyə çalışırlar. Onlar milli azlıqlar arasında aktiv təbliğat aparır və özlərinə daha çox ardıcıl toplamağa cəhd edirlər. Buna görə də mən düşünürəm ki, bu sahədə qətiyyətli addımlar atılmalıdır. Qanunvericiliyə görə, heç kim öz rəsmi qeydiyyatda olduğu ünvandan başqa bir yerdə dini təbliğat apara bilməz. Lakin mənə də tez-tez parklarda, küçələrdə və ayrı-ayrı yerlərdə bu cür qanunsuz təbliğatların aparıldığı barədə vətəndaşlardan məlumatlar daxil olur. Qanun çərçivəsində buna icazə verilmir. Misal üçün, siz bu məsələyə bəlkə də fərqli yanaşır, amma bu gün nə qədər insan bu vədlərə şirniklənərək prosesə qoşulur. Əgər həmin qeyri-ənənəvi icmaların, qeyri-islam təriqətlərinin ibadət yerlərinə getsəniz, orada nə qədər azərbaycanlının olduğunu açıq-aydın görəcəksiniz. Bu gün hətta bir sıra hallarda kilsələrdəki insanların sayının məscidlərdəkindən daha çox olduğunun şahidi oluruq. Bəli, ölkəmiz müsəlman ölkəsidir, dini etiqad azadlığı var və hər bir insanın istədiyi dini seçmək hüququ mövcuddur. Amma eyni zamanda, bizim üzərimizdə milli təhlükəsizliyimizi və milli dəyərlərimizi qorumaq məsuliyyəti var.

Bu gün Azərbaycanda məqsədli şəkildə, bir sıra hallarda "dini maarifləndirmə" adı altında İslamın gözdən salınması və İslam dəyərlərinin sıradan çıxarılması prosesi gedir. Mən uzun illərdir bu barədə ciddi formada həyəcan təbili çalır və öz fikirlərimi bildirirəm. Ona görə də hesab edirəm ki, bu məsələlər dərindən araşdırılmalı, ciddi bir tədbirlər planı və proqramı hazırlanmalıdır. Bu sahədəki siyasət yalnız maarifləndirmə yolu ilə məhdudlaşmamalı, eyni zamanda inzibati tədbirlərə də yer verilməlidir. Aidiyyəti strukturların, mərkəzi icra hakimiyyəti orqanlarının və hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinə ciddi ehtiyac var. Əks halda, bir neçə ildən sonra Azərbaycanda dini sahədə xəritənin tamamilə dəyişdiyinin və bu prosesin bütövlükdə dövlətimizin əleyhinə işlədiyinin şahidi olacağıq. Bu isə heç də yaxşı bir gələcək vəd etmir. Bəziləri əvvəllər keçirilən görüşlərdə bunu normal bir istiqamət kimi təqdim etməyə çalışıblar, bu prosesə daha çox meydan verməyin müsbət tərəflərindən danışıblar, lakin bu yanaşma kökündən yanlışdır. Biz çox çalışmalı, böyük səy göstərməli və bu cür təhlükəli prosesləri xüsusi dövlət nəzarətində saxlamalıyıq".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 14:50
AZAL Atırauya ilk reysini həyata keçirib - FOTO
Bu gün, 14:45
“Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” – Parlamentin sədri Rubinyandan müxalifətə sərt cavab
Bu gün, 14:41
İranşünasdan Bakıya qarşı SƏRSƏMLİK
Bu gün, 13:18
“İtirən siz olarsınız, Türkiyə yox” - Ərdoğandan MESAJ
Bu gün, 13:16
Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:09
Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi – AÇIQLAMA
Bu gün, 13:05
"Cəhənnəmə gedən özünə yoldaş axtarır" - Xarici "ət" və Belarus domeni ".bel"
Bu gün, 13:03
Azərbaycan daha az buğda alıb, amma daha çox xərc çəkib
Bu gün, 12:59
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 12:57
“Əsgər formasında rəqs: - Müğənninin görüntüləri etiraz doğurdu”
Bu gün, 12:55
"Paşa Bank"dan "Paşa Holdinq"ə... - Əmir Məmmədov menecer təyin edildi
Bu gün, 12:51
“Qutusu açılmayıb” deyib köhnə telefon satırlar - Azərbaycanda alıcıları necə aldadırlar?
Bu gün, 12:48
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:40
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - İyun ayında saxlanılmışdı...
Bu gün, 12:34
“Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” – meşədəki qətlin TƏFƏRRÜATI
Bu gün, 12:31
Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: - Məsrur Bərzaninin rezidensiyası hədəf alındı
Bu gün, 12:28
“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO
Bu gün, 12:23
Agentlik sədri özünə yeni müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:20
DSX-nin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:14
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SİYAHI
Bu gün, 12:13
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib - ADLAR
Bu gün, 12:12
"Unibank kartdakı pulumu oğurlayıb..." - BU NƏDİ BELƏ?
Bu gün, 12:06
Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? - İNCƏLƏMƏ
Bu gün, 11:57
“TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:53
İran AzTV-yə danışan məmurları həbs edəcək – Tehranda yeni qanun
Bu gün, 11:51
Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... - AÇIQLAMA
Bu gün, 11:42
Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
Bu gün, 11:35
"Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? - NARAZILIQ VAR...
Bu gün, 11:25
Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. - FOTOFAKT
Bu gün, 11:15
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri AÇIQLANDI
Bu gün, 11:03
Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı - Rejim güneylilərə qarşı basqıları artırdı...
Bu gün, 11:01
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 10:58
Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
Bu gün, 10:55
" Uşağı doyunca qucaqlaya bilmədik..." - NARAZILIQ VAR...
Bu gün, 10:50
Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:36
Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? - GƏLİŞMƏ
Bu gün, 10:34
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
Bu gün, 10:32
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? - AKTUAL
Bu gün, 10:28
Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur - “Fars News”
Bu gün, 10:23
“Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:20
Bakıda axşam konsertləri davam edir - FOTO
Bu gün, 09:58
İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
Bu gün, 09:54
"Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..." - ƏMƏLLİ-BAŞLI BAZAR AÇIBLAR!
Bu gün, 09:45
Kəlbəcərdə narazılıq yaradan KİMDİR? - Görünəni odur ki...
Bu gün, 07:23
Bu sahədə də GERİDƏ QALMIŞIQ... - MALƏSƏF...
Bu gün, 07:17
Keçmiş deputatın şirkəti QANUN BİLMİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:13
Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
Ruslar “Fire Point” zavodunu vura bilib? - Rəsmi Kiyev təkzib edir...
Bu gün, 07:00
Allahı sonradan tanıya bildim... - REPLİKA
Bu gün, 06:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru