2020-ci il mart ayının 8-də feministlər və g*ylərin Bakıda qeyri-əxlaqi şüarlarla aksiya keçirmişdilər. Həmin şüarlar hər kəsin yadındadır. Dövlətin əsas funksiyalarından biri milli-mənəvi dəyərləri, ənənəvi ailə institutlarını qorumaqdır.
Aksiyanın təşkilatçıları olan bu adamlar həddi-buluğa çatmayan qız uşaqları arasında da təbliğat apararaq, onları zəhmətkeş valideynlərinə, dinlərinə, dəyərlərinə, milli ideologiyaya qarşı çıxmağa sövq edirdilər. Və buna nail olmuşdular.
Həmin vaxt bütün ölkə mediası bar-bar bağırırdı, xalq belə bir rüsvayçılığı qətiyyətlə rədd edirdi. Amma nə baş verdi?
Aksiyanın təşkilatçılarından olan qadına yüksək etimad göstərildi. O, 2024-cü il mart ayının 12-də Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini vəzifəsinə təyin edildi.
Heç cür başa düşə bilmirəm. Uşaqlarımızı "azadlıq" adı altında çılpaqlığa, azğınlığa səsləyən bu adam hansı meyara görə bu vəzifəyə təyin olunub?
Ümumiyyətlə, fikirləşirəm, bu, nə xəttdir, hansı istiqamətdir, nə baş verir, hansı kanalın uzantısıdır... Kim nəyə qarşıdırsa, onu gətirib həmin şeyin başına qoyurlar. İndi biz necə düşünməyək ki, bu adamlar məhz uşaqlarımızı məhv etmək üçün bu vəzifəyə gətirilib!?
Bu, çox ciddi ideoloji təhlükəsizlik məsələdir. Məndən yazmaq.
Müəllif: Samir Feyruzov - mənbə: "DİA-AZ"








