“Premium Bank”ın nağd vəsaitləri azalıb .....                     Ukrayna hökuməti istefaya göndərildi .....                     Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub .....                     Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti .....                     Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı .....                     ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? .....                     Ermənistan əhalisini ikiqat artırmaq istəyir .....                     Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu .....                     Flora Kərimovanın müalicəsi ev şəraitində .....                     Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi .....                     Antiinhisar Agentliyi “Kontakt Home” barəsində .....                     “Xalq Sığorta”da yeni təyinat olub .....                     Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər .....                     Bu ay hansı məhsullar bahalaşıb? .....                     "Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır?" .....                     Qarabağ Universitetində yeni təyinat .....                     "Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb .....                     AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır .....                     “AccessBank” ÇÖKÜRMÜ: YOXSA? .....                     Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu .....                     Yardımlıda zəmilər göz görə-görə MƏHV OLUR... .....                     “Quru sərhədlərlə bağlı yumşalmalar ola bilər” .....                     "Ağrılarım son vaxtlar daha da artıb" .....                     Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib .....                     "Bütün günü suyun gəlməsini gözləyirik..." .....                     Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır .....                     Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir .....                     Naxçıvanda iki dövlət qurumu ləğv edilir .....                     Zaur Nəbioğlu vəzifəyə təyin olundu .....                     Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarının sonuncusuna zərbə endirib .....                     Kriminal aləmin nümayəndələri Qod Nisanovun bazarına girdi: SAHİBKARLARDAN PUL TƏLƏBİ .....                     “Bu, boks rinqi deyil, milli məsələdir!..” .....                     “Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...” .....                     Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna .....                     Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb .....                     TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     “İstedadsız gəlir, istedadlını üstələyir” .....                     EHTİYATLI OLUN: .....                     Vardanyanın arvadının “humanitar təşəbbüsü” .....                 

Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər - GÖRÜNƏNİ ODUR Kİ...
Tarix: Bu gün, 16:21 | Çap et

Son vaxtlar sosial şəbəkələrdə xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin üzləşdikləri problemlərlə bağlı məlumatlar yayılıb.

Bildirilir ki, xaricdə Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələrin bir qismi təhsil aldıqları ali təhsil müəssisələrindəki ixtisaslarını dəyişmək məcburiyyətində qalırlar və bu zaman ciddi çətinliklərlə qarşılaşırlar.

Nəticədə isə Azərbaycan Elm və Təhsil Nazirliyi onların təhsil hüququnu ləğv edir.Hətta bu barədə media nümayəndəsi Esmira Qasımova “Facebook” səhifəsində öz övladı ilə bağlı qarşılaşdığı problemə geniş yer verib.

O, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bir il oxuyub fakültəsini dəyişməyə məcbur olduğu üçün Azərbaycana gələcəyi təqdirdə ölkədən çıxışına “stop” qoyulan tələbə qızına müraciətində qeyd edir ki, “Mənim ürəyim, sən vətənə gəlməyəli 2 il oldu.

Tətilə qayıdan qardaşın Muhamməd məndən soruşur “mən Amerikada kampusda işləyib hər ay sənə 200-300 manat pul göndərə bilsəm, Zümrüdün Dövlət Proqramına olan borcundan ödəsən, onun “stop”u götürülər? Paylaşımlarında da “ölkəmə getmək istəyirəm, amma o məni deyəsən, istəmir” yazmısanmış.

Mənim balam, axı sən təhsil ardınca Belçikaya yola düşəndə çamadanına ilk qoyduğun şey böyük bayrağımız olmuşdu. Ölkəndən, vətənindən küsmə, gülüm. Onun zərrə qədər də günahı yoxdur. Vətən hamımızın anasıdır, hamımızı sevir, bunu unutma. 10 il, 20 il sonra əlbbət ki, bura qayıda biləcəksən, doyunca gəzib dolaşacaqsan. Vətənə borcun da qalmayacaq.

Qızım Brüsselin KU Leuven ali təhsil müəssisəsinə IT mütəxəssisi olmaq üçün oxumağa getdi. Dövlət Proqramı təhsili və digər xərclərini maliyyələşdirdi. Oxuduğu bir il müddətində fakültənin sənaye mühəndisi hazırladığını öyrəndi.

Universitetin ağır proqramına 1-ci kursda oxuyan 33 azərbaycanlı tələbədən 29-u dözməyərək ixtisası dəyişməli oldu, qızım da həmçinin. Eyni universitetin başqa ixtisasında istəmədən davam etdi. Bu sırada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi proqramın tələblərini pozmuş tələbələri məhkəməyə verdi.

Qızım Brüsseldə təhsil prosesində olduğu üçün məhkəmə prosesində iştirak edə bilmədi. Məhkəmə Dövlət Proqramının maliyyələşdirdiyi vəsaitin iki ay ərzində qaytarılması barədə qərar çıxardı.

Qızımı öz vəsaitim hesabına oxutduğum üçün banklara xeyli borcumun olması əl-qolumu bağladı. Nəticədə icraya yönəldilən iş qızımın ökəyə gələcəyi təqdirdə çıxışına “stop” qoyuldu.

Yəni tələbə ölkəyə tətilə gələrsə, bu pulu ödəməsə, qayıdıb təhsilini davam etdirə bilməz. Ona görə də uşağım vətənə qayıda bilmir. Əks təqdirdə, təhsili, gələcəyi tamamilə məhv olacaq”.

Qeyd edək ki, xaricdə təhsil alan 30-dan çox azərbaycanlı tələbənin eyni problemlər üzləşdiyi deyilir. Doğurdanmı Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin ixtisasını dəyişməsinə icazə verilmir və indiyədək neçə tələbə barəsində məhkəmə qərarı var?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupundan “Cebheinfo.az”-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş "Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası"nın 3.11-ci bəndinə, eləcə də proqram iştirakçıları ilə bağlanmış Nümunəvi Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən, təhsil müddətində tələbələrin ixtisas istiqamətlərinin dəyişdirilməsinə birmənalı olaraq yol verilmir:

“İxtisasın dəyişdirilməsi müqavilə şərtlərinin kobud pozuntusu hesab edilir və bu halda qaydalara əsasən şəxsin proqram iştirakçılığı ləğv edilərək ona çəkilmiş xərclərin 2 ay ərzində dövlətə geri qaytarılması tələb olunur.

Lakin ixtisasını dəyişdiyi üçün barəsində məhkəməyə müraciət edilmiş tələbələrin dəqiq statistik sayının rəqəmlə ifadə edilməsi metodoloji və hüquqi baxımdan uyğun hesab edilmir.

İxtisas dəyişimi də daxil olmaqla, müqavilə öhdəliklərini pozan hər bir hal İdarəetmə Qrupu tərəfindən fərdi qaydada araşdırılır və dövlət vəsaitinin qanunvericiliyə uyğun olaraq geri qaytarılması istiqamətində zəruri hüquqi tədbirlər görülür”.

Nigar Abdullayeva
“Cebheinfo.az”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Bu gün, 17:28
Ukrayna hökuməti istefaya göndərildi
Bu gün, 17:26
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub - FOTO
Bu gün, 17:14
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti TƏKMİLLƏŞDİRİLİR
Bu gün, 17:11
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 17:08
Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı - FOTO
Bu gün, 17:00
ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:57
Ermənistan əhalisini ikiqat artırmaq istəyir - KİV
Bu gün, 16:45
Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 16:39
Flora Kərimovanın müalicəsi ev şəraitində DAVAM EDİR
Bu gün, 16:34
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:30
Antiinhisar Agentliyi “Kontakt Home” barəsində inzibati protokol tərtib edib
Bu gün, 16:26
“Xalq Sığorta”da yeni təyinat olub - ƏMR
Bu gün, 16:24
Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 16:21
Bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
Bu gün, 16:04
"Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır?" - Əməkdar artist üzləşdiyi təhlükəli anlardan DANIŞDI
Bu gün, 16:03
Qarabağ Universitetində yeni təyinat - DOSYE
Bu gün, 15:58
"Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb - DETALLAR
Bu gün, 15:56
AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır - Daha təhlükəsiz yollar naminə...
Bu gün, 15:53
“AccessBank” ÇÖKÜRMÜ: YOXSA? - NƏ BAŞ VERİR?
Bu gün, 15:50
Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu - ƏMR
Bu gün, 15:40
Yardımlıda zəmilər göz görə-görə MƏHV OLUR... - ETİRAZ VAR...
Bu gün, 15:26
“Quru sərhədlərlə bağlı yumşalmalar ola bilər” – Natiq Cəfərli ilə gündəm SÖHBƏTİ
Bu gün, 15:20
"Ağrılarım son vaxtlar daha da artıb" - Xalq artisti
Bu gün, 14:52
Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib
Bu gün, 14:48
"Bütün günü suyun gəlməsini gözləyirik..." - NARAZILIQ VAR!
Bu gün, 14:40
Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır - MƏQALƏ
Bu gün, 14:29
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:28
Naxçıvanda iki dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 14:22
Zaur Nəbioğlu vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 14:09
Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarının sonuncusuna zərbə endirib - KİV
Bu gün, 14:03
Kriminal aləmin nümayəndələri Qod Nisanovun bazarına girdi: SAHİBKARLARDAN PUL TƏLƏBİ - TƏFƏRRÜAT
Bu gün, 13:57
“Bu, boks rinqi deyil, milli məsələdir!..” – Sabir Rüstəmxanlıdan Ayaz Salayevə sərt cavab
Bu gün, 13:50
“Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...” - Əməkdar artist
Bu gün, 13:47
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb
Bu gün, 13:43
Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb
Bu gün, 13:37
TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:25
“İstedadsız gəlir, istedadlını üstələyir” - Cavidan Novruz
Bu gün, 13:17
EHTİYATLI OLUN: -Bakıda yeni dələduzluq yayılıb
Bu gün, 13:11
Vardanyanın arvadının “humanitar təşəbbüsü” - Absurd müraciət, boş cəhd
Bu gün, 13:02
Tovuzda yeniyetmə xəstəxanada öldü
Bu gün, 12:58
"Söhbət 2 manatdan getmir... AMMA..." - AXI NİYƏ?
Bu gün, 12:55
"Tik-tok"er Bəniz 11 illik həbs ediləcək? – Gələn prosesdə hökm oxunacaq
Bu gün, 12:48
Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur – Şair Prezidentə məktub yazdı
Bu gün, 12:46
İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir - TƏFƏRRÜAT
Bu gün, 12:01
Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 11:55
İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: - "Dedi ki, bu ay heç nə görməyəcəksən..."
Bu gün, 11:42
21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Bu gün, 11:41
Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı
Bu gün, 11:32
““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” - İlahiyyatçıdan QMİ-yə sərt sözlər
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru