Keçən günlərdə Yasamal rayon sakinləri adından edilən müraciəti təqdim etmişdik. Qeyd edək ki, müraciətdə sakinlər yerli icra hakimiyyətinin başçısından, habelə Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətsizliyindən gileylənirdi.
Biz də "DİA-AZ" olaraq iddia olunanları öz gözümüzlə görmək üçün sakinlər deyən ərazidə olduq və gözlərimizlə Yasamal xərabələrinə şahidlik etdik. O xərabələri ki, onun ərsəyə gəlməsinin nədəni məmur məsuliyyətsizliyidir.
Beləliklə, əziz oxucular hər yeri natəmizlik, hər yeri üfunət olan Yasamal rayonu İsfəndiyar Zülalov küçəsi (68-70) bu gün həm də ilanların oğlağıdır... Sakinlər özləri ərazidəki qurumuş otları yandıraraq ilanları hürküdürlər... Yoxsa oradan uşaqların keçidi belə təhlükəsiz olmaz... Çox uzatmırıq... Şəkillər zatən danışır...





























