"SOCAR rəhbərliyinin hərəsinin 8-9 vəzifəsi var, hər vəzifədəndə özlərinə yaxşı minimum 5 rəqəmli maaşlar yazdırırlar..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında yazan SOCAR işçisi Teymur Ağayev olduqca ilginc faktları da açıqlayıb.
O daha sonra fikrini belə davam etdirir: "Hələ bu rəsmi maaşlarıdır, qeyri-rəsmi və əlavə olaraq nə qədər bonus, səmərəlik, operativlik, layihələrə təyin etdiyi şirkətlərdən geri faiz alınması və s. Bunlar yazıq fəhlə, mühəndis heyətinin əməkhaqqısını fikirləşirlər sizcə? Yaxşı bilirlər ki, müvəqqətidirlər orada... İşi bacarmırlar, neft hasilatı sıradan çıxıb... Ona görə gic-gic reklamlarla məşğul olub, bacardıqları qədər yeyirlər...
***
Təsəvvür edin adını çəkməyəcəm, amma SOCAR-ın şirkətlərinin birinin serverleri bitcoin emal eləməyə yüklənmişdi, dövlət şirkəti, internet serverləri bitcoin emal edir, bitcoin satılır və şəxsi ciblərə gedir. Görün, nə tipli işlərlə məşğuldurlar..."









