Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb .....                     Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... .....                     Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... .....                     “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” .....                     "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" .....                     "Bu o demək deyil ki, hər şey alınacaq.." .....                     Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir .....                     Moskvaya hücum: .....                     Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... .....                     Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? .....                     Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                     SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA .....                     "Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." .....                     Vətəndaş bu quruma qarşı iddia qaldırdı .....                     Demokratiya bax belə işləyir! .....                     Azərbaycanda çay istehsalı niyə azalıb? .....                     Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... .....                     "Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar" .....                     ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb .....                     Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” .....                     Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək .....                     Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                     Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                 

Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Tarix: Bu gün, 08:09 | Çap et

Belarusun müxalifətçi araşdırmaçıları “Deutsche Welle” və OCCRP jurnalistləri ilə birlikdə keçmiş məmur-siyasətçi Anatoli Kotovun 2025-ci ilin yayında Rusiyanın Federal Təhlükəsizlik Xidmətnin agentləri tərəfindən gizli əməliyyat zamanı qaçırıldığını bəyan ediblər.

Kotov 2020-ci ilə qədər Belarusda bir sıra dövlət qurumlarında çalışıb. Axırıncı prezident seçkisindən sonra o, seçki saxtakarlığını və təhlükəsizlik qüvvələrinin yol verdiyi zorakılığı pisləyib və etirazları dəstəkləyib. Daha sonra o, Polşaya mühacirət edib və orada Pavel Latuşkonun həmtəsisçisi olduğu "Gələcəyin Belarusu" fonduna rəhbərlik edib.

Anatoli Kotov 2025-ci ilin avqustunda yoxa çıxıb. O, avqustun 21-də Varşavadan Türkiyənin Trabzon şəhərinə uçub. Kotov ailəsinə işgüzar səfərdə olduğunu, həmkarlarına isə şəxsi səbəblərdən səyahət etdiyini deyib. Təhqiqatçılar aşkar ediblər ki, o, Türkiyədə “Shells” yaxtasına dörd sərnişinlə birlikdə minib. Jurnalistlərin adlarını da açıqladığı şəxslər bunlardır: Azərbaycan əsilli İordaniya vətəndaşı Qahirə Eynalova, iki rusiyalı - Yuri Qolovanov və Pyotr Qrib və belaruslu Yuri Puzikov. Sonuncu yaxta yola düşməzdən əvvəl gəmidən düşüb. Təhqiqatçılar Puzikovun Belarus DTK-sı ilə əlaqələrinin olduğunu aşkar ediblər.

Yaxta Soçiyə yola düşəcəkmiş, lakin son anda kapitan marşrutu dəyişərək Abxaziyanın Suxumi şəhərinə istiqamət götürüb. Təhqiqatı aparanların sözlərinə görə, 22 avqust səhəri FTX əməkdaşlarını daşıyan Rusiya sahil mühafizə gəmisi yaxtaya yaxınlaşıb və Kotovu yaxtada sərxoş vəziyyətdə ruslara hücum etdiyinə görə saxlayıb. İstintaq həmçinin iddia edir ki, FTX əməkdaşları keçmiş məmurun adının sərnişin siyahısından çıxarılmasını əmr ediblər. Ondan sonra Kotov bir daha heç yerdə görünməyib.

Sorğulara cavab olaraq, Rusiya və Belarusun penitensiar və hüquq-mühafizə orqanları Kotovu saxlamadıqlarını və onun həbsdə olmadığını bildiriblər.

Araşdırmaçılar Kotovun hələ də sağ ola biləcəyinə ümid etdiklərini bildirirlər, ancaq adamın həyatda olub-olmadığına dair heç bir işartı yoxdur.

"İnanmaq istərdim ki, o, hazırda Belarus həbsxanasında təcrid olunub. Bu, əlavə işgəncə formasıdır. Yəni baxın, heç kim sizin haqqınızda yazmır, hamı sizi unudub: nə Türkiyə, nə də Polşa sizin itkin düşməyinizlə bağlı cinayət işi açıblar. Heç kimin harada olduğunuzdan xəbəri yoxdur; sizi burada çürüdə bilərik", - təhiqiqatçılardan biri olan İqor Kuley deyib.

Onun sözlərinə görə, bu cür adam oğurluqları etirazlara qoşulan və Lukaşenkonu tənqid edən keçmiş məmurlardan qisas almaq üçün bir yoldur.

"Rejim bir vaxtlar onun içində olanlara qarşı belə sərt metodlardan istifadə edir. Kotov Belarusda məmur idi. Rejim keçmiş məmurları belə şeylərə görə bağışlamır. Bəzən soruşurlar: niyə Kotov? Axı o, müxalifətdə bir nömrəli adam deyildi. Bəli, amma eyni zamanda o, həmin qrupun bir hissəsi idi” – Kuley bildirib.

Yuxarıda qeyd olunduğu kimi, bu işdə Azəraycanda doöulub böyümüş, sonradan İordaniya vətəndaşlığı almış 49 yaşlı Qahirə Eynalovanın da adı keçir. Onun bu hadisələrdən çox əvvəl Kotovla şəxsən tanışlığı olub. Q.Eynalova jurnalistlərə bildirib ki, onunla Kotov arasında romantik münasibətlər olub. Müstəntiqlər onların yazışmalarını və 2023-cü ilə aid birgə fotoşəkili əldə ediblər.

Q.Eynalova deyib ki, Kotov ondan 5000 avro borc alıb. Türkiyəyə səfərindən qısa müddət əvvəl Kotovun həqiqətən BƏƏ-dən pul əldə etməyin yolunu axtardığı məlum olub.

Təhiqaqtçılar Kotovla Eynalova arasında dəqiq əlaqəni müəyyən edə bilməyiblər. Məlum olub ki, onlar Kotovun Dubaya səfərlərindən birindən sonra, 2023-cü ildən gec olmayaraq görüşüblər. Həmin vaxt Kotov tanışlarına tez-tez BƏƏ-dəki yeni əlaqələr və potensial biznes layihələri barədə danışırmış. Bir dostunun sözlərinə görə, Kotov hətta şahzadələrdən birinin məsləhətçisi olmaq təklifi aldığını bildirib. Yazışmalarında Eynalova ona bildirib ki, guya azərbaycanlı iş adamı Anar Məmmədov onun layihəsinə maraq göstərib. (Söhbət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan gedir).

2025-ci ilin aprelində Kotov yenidən Dubaya səfər edib və orada bir neçə görüş keçirib, bəzilərini hətta ən yaxın dostlarından belə gizlədib.

Türkiyə hakimiyyəti jurnalistlərin adam oğurluğu ilə bağlı mümkün istintaqla bağlı sorğularına cavab verməyib. Polşa hakimiyyəti isə Kotovun başqa bir ölkədə yoxa çıxdığını əsas gətirərək işi araşdırmadıqlarını bildirib.

Kotov 1980-ci ildə Minskdə anadan olub. O, Belarus Xarici İşlər Nazirliyində çalışıb və 2006-cı ildən 2015-ci ilə qədər Polşadakı Belarus səfirliyində müxtəlif vəzifələrdə işləyib. 2015-ci ildə Anatoli Minskə qayıdıb və şəxsən Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi Milli Olimpiya Komitəsində işləməyə başlayıb. 2019-cu ildə Anatoli Kotova Minskdə Avropa Oyunlarının təşkilinə rəhbərlik etmək tapşırılıb.

18 avqust 2020-ci ildə Kotov Lukaşenkonun administrasiyasından istefa verib və həmin gün Belarus idmançılarının seçki saxtakarlığına qarşı çıxan və zorakılığı pisləyən açıq məktubunu imzalayıb. Bundan sonra onun yolu Polşaya düşüb.

Q.Eynalova və A.Məmmədovdan başqa, bu işdə daha iki azərbaycanlının adı çəkilir. Onlar ər-arvad Emin və Səbinə Heydərovlardır. Kotovun sərnişin olduğu və yoxa çıxdığı “Shells” yaxtası Britaniyanın “MGA Yachting LTD” şirkətinə məxsusdur və bu şirkətin sahibi Səbinə Heydərovadır. Təhqiqatçılar onu da üzə çıxarıblar ki, E.Heydərov Belarusa çoxsaylı səfərlər edib.

Kotovun yoxa çıxmasından altı ay sonra gəmi Marşal Adalarında yerləşən şirkətə satılıb. Şirkətin əsl sahiblərinin adı açıqlanmır. Satışdan sonra yaxtanın adı dəyişdirilib, “YS Legacy” adlandırılıb.

Təhqiqatçılar şərh almaq üçün bu hadisənin iştirakçıları ilə əlaqə saxlayıblar. Qahirə Eynalova sualları başa düşmədiyini deyib və sual verənləri hüquqi nəticələrlə hədələyib. Yuri Qolovanov jurnalistin mesajını oxuyub, lakin cavab verməyib. Təhqiqat obyekti olan digər şəxslər də sorğulara cavab verməyiblər.

Beləliklə, təhiqatın nəticələrinin dərc olunduğu 18 iyun 2026-cı il tarixinə Anatoli Kotovun taleyi naməlum olaraq qalır. Ola bilər, o, ayağına ağır bir predmet bağlanmış şəkildə Abxaziya hövzəsində Qara dənizin dibinə endirilib, ya da İqor Kuleyin dediyi kimi Minskdə qapalı zindandadır. Dəqiq məlumatı çox az adam bilir.

Anatoli Kotovun yoxa çıxması Belarusda ilk belə hal deyil: 25 mart 2025-ci ildə Koordinasiya Şurasının sədri Anjelika Melnikova da yoxa çıxıb. O da Polşadan uçub, Aİ-ni tərk edib. Melnikovanın dəqiq yeri hələ də məlum deyil. Qızları da onunla birlikdə yoxa çıxıb.

Ötən əsrin 90-cı illərində də Belarusda müxalifətçilər və sabiq yüksək mənsəbli şəxslər yoxa çıxıblar və bəziləri hələ də axtarılır.

Araz Altaylı, Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Dünən, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Dünən, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Dünən, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Dünən, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Dünən, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Dünən, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Dünən, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Dünən, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Dünən, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Dünən, 08:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru