"Mənim şikayətim SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Gəncə regional qaz idarəsinin işçilərindəndir". "DİA-AZ" xəbər verir ki, bunu Gəncə şəhər sakini Vüqar Qasımov yazıb.
Narazı vətəndaş daha sonra bildirir: "Demək, 2 gündür sayğac klapanı bağlanıb. Qurumun Qaynar xəttini yığmışam... deyir, ancaq sayğacdakı kodu xüsusi kartla açmaq olur. 2 gündə 2 dəfə yığmışam. O kart ki yalnız AzəriQaz işçilərinə məxsusdur...
3-cü gün gördüm ki, heç bir maraqlanan yoxdur... özüm tanışlar vasitəsilə bir əməkdaşı tapıb sayğacı blokdan çıxartmışam...
Gəncə qaz idarəsinə səslənirəm: ayib olsun.. bir klapanı ki 2 dəqiqə ərzində açmaq mümkün olduğu halda bu nə idi mənə yaşatdınız... Görün, bu vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..."









